Kompyuter-internet vasitəsi ilə yaradılışın izah edilməsi və möhür hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən olacaq
ucgen

Kompyuter-internet vasitəsi ilə yaradılışın izah edilməsi və möhür hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən olacaq

1826

Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman əlamətlərindən biri olaraq xəbər verdiyi və Elmalılı Məhəmməd Həmdi Yazır, Tirmizi və İbni Macə kimi böyük əhli-sünnə alimlərinin Peyğəmbərimiz (s.ə.v)-dən köçürdükləri dabbət-ül ərz ilə əlaqədar bəzi hədisi-şəriflərdə, hz. Mehdi (ə.s)-ın yanında “bir möhür”“hz. Musa peyğəmbərin əsasının olacağına dair məlumatlar verildiyini görürük:

"Qaldı ki, Əhməd Tayalisi, Naim ibn Həmməd, Abd ibn Hamid, Tirmizi həsən hədis deyərək, İbni Macə, İbnü Cərir, İbnü Münzir, İbnü Əbi Xəttim, İbnü Mərdiyə və Beyhaki kimi şəxslərin Əbu Hüreyrə (r.ə)-dən rəvayət etdikləri bir hədisdə Rəsulullah (s.ə.v) buyurmuşdur ki: "Dabbət-ül ərz, Musanın əsası, Süleymanın möhürü yanında olaraq çıxacaq, möhür ilə möminin üzünü parıldadacaq, əsa ilə kafirin burnunu qıracaq (inkara əsaslanan fikir sistemlərini yox edəcək)..."  (Elmalılı tefsiri)    
"Dabbet-ül ərz ilə birlikdə (Süleyman Peyğəmbərin möhürü ilə Musa peyğəmbərin əsası olduğu halda) çıxar. Əsa ilə möminin üzünü parıldadar. Möhürlə də kafirin burnunu damğalayar (inkara əsaslanan fikir sistemlərini yox edəcək)..."   (Tirmizi, İbn-i Mace)     

Sözü gedən hədislər araşdırıldığında Peyğəmbərimiz (s.ə.v)-in, bu işarələri istifadə edərək; hz. Mehdi (ə.s)-ın Axırzamandakı zühuru və həyata keçirəcəyi fəaliyyətləri haqqında müsəlmanları məlumatlandırdığı, insanların hz. Mehdi (ə.s)-ı tanıya bilmələri üçün sanki ipucları verdiyi görüləcəkdir.

Məsələn, hədisdə hz. Mehdi (ə.s)-ın yanında hz. Musanın əsası olacağı bildirilmişdir. Bilindiyi kimi, Quranda hz. Musa peyğəmbərin, Fironun gətirtdiyi cadugərlərin cadularına qarşı əsasını atarkən əsanın həqiqi ilana çevrildiyi bildirilir (Əraf surəsi, 107-117). Taxtanın həqiqi ilana çevrilməsinin ardınca bu ilan cadugərlərin bütün cadularını udaraq yox etmişdir.

Göründüyü kimi hz. Musa (ə.s), cansız əsasını ataraq bu əsanı Allahın qatından ona verilmiş möcüzə olaraq canlı ilana çevirir. Bu şəkildə dövrünün inkarçılarına qarşı Allahın "Ol!" deməsi ilə bir anda yoxdan yaratdığını, yəni Allahın yaratma gücünü isbat edir. Hz. Mehdi (ə.s) da Axırzamanda dabbəni, yəni öz dövründəki kompyuter və interneti eynilə hz. Musa (ə.s)-ın əsası kimi istifadə edərək, bütün insanlara internet yolu ilə Yaradılış Həqiqətini izah edəcək. Bu şəkildə bütün möminləri maarifləndirəcək, inkara əsaslanan inanc sisteminin bütün səhvlərini və yalanlarını da ortaya çıxararaq onların oyunlarını pozacaq.

Elmalılı Məhəmməd Həmdi Yazırın hədis təfsirinə, Tirmizi və ibni Macə, Seyid əl-Bərzənci həzrətləri kimi böyük əhli-sünnə alimlərinin köçürdüyü bu hədislərin ardına baxdığımız zaman isə hz. Mehdi (ə.s)-a Axırzamanda kömək etməsi üçün Allahın yaratdığı bu sistem içində “Dabbənin bir möhür kimi olacağı”ndan bəhs edildiyi də görüləcək. Bu möhürün hədislərdə işarə edilən bir xüsusiyyəti onunla möminlərin şövqləri artıb, üzləri işıqlanarkən, inkar edənlərin eqoizmlərinin qırılmasıdır.

"Möminə rast gələcək möminin üzünü damğaladığında üzü tərtəmiz olacaq. Kafiri damğalayınca qapqara qaralacaq". (Kıyamet Alametleri, Muhammed B. Resul Al-Hüseyni El Berzenci, səh. 277)

Həmçinin, hədislərdə bu möhürün Peyğəmbərimiz (s.ə.v)-ə aid olan möhür olduğuna da işarə edildiyi görülür. (Doğrusunu Allah bilir). Yenə eyni hədislərdə Axırzamanda nüzul edən hz. İsa peyğəmbərin və yenə Axırzamanda zühur edən hz. Mehdi (ə.s)-ın; üzərlərində Peyğəmbərimiz (s.ə.v)-in bu qızıl möhürünün olduğu əsərlərlə insanlara Allahın varlığını və din əxlaqını izah edəcəkləri də bildirilir:

Hz. Cəfər Sadiq (ə.s) belə buyurur: "Sanki Qaimi (hz. Mehdi (ə.s)-ı) görür kimiyəm ki,... PEYĞƏMBƏRİN QIZIL MÖHÜRLƏ MÖHÜRLƏNMİŞ müqaviləsini cibindən ÇIXARIR. MÖHÜRÜNÜ AÇARAQ ONU İNSANLARA OXUYUR..."   (Bihar-ül Envar, c. 52, səh. 326      
"İsa (ə.s) onu (sandığı) alıb açacaq və İÇİNDƏ BİR MÖHÜR, min kitab tapacaq, bu kitablarla şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) canlandıracaq." (Risalet'ül Meşrep elverdi fi mezhebi bil Mehdi, Ali bin Sultan Muhammed-el Kari, səh. 4 -Enis el-Cülesci kitabından)

Elə ki, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gözlənildiyi Axırzamanda internetə girən hər kəs Rəsulullah (s.ə.v)-in bu möhürü ilə və Allahın və Quranın elmi ilə qarşılaşacaqlar. Peyğəmbərimiz (s.ə.v)-in öz dövründə; Uca Rəbbimiz və Qurani- Kərim ilə əlaqədar izah etdiklərini də yenə internet vasitəsilə oxuya biləcəklər. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr