Axırzamana aid texnologiya işarələri
ucgen

Axırzamana aid texnologiya işarələri

1207

Peyğəmbərimiz (s.ə.v), gərək öz yaşadığı dövrlə gərəksə də İslam aləminin gələcəyi ilə bağlı bir çox xəbər vermiş və Rəbbimizin möcüzəsi olaraq bu xəbərlərin hamısı doğru çıxmışdır. Hz. Məhəmməd (s.ə.v)-in İslam aləminin gələcəyi ilə bağlı verdiyi məlumatların böyük hissəsi, Axırzamanla bağlı hadisələri əhatə edir. Axırzamanda zəlzələlərin artacağı, quraqlıq baş verəcəyi, göy üzündə fövqəladə hadisələrin görüləcəyi, böyük müharibələr olacağı, qarışıqlıq və anarxiyanın artacağı, təhlükəsizliyin azalacağı, inqilablar olacağı Peyğəmbərimiz (s.ə.v)-in verdiyi və içində yaşadığımız dövrdə reallaşdığına şahid olduğumuz xəbərlərdir. Peyğəmbərimiz (s.ə.v), Axırzamanda müsəlmanların və iman edənlərin müxtəlif çətinliklər yaşayacağını, bu çətin dövrün sonra hz. İsanın yenidən yer üzünə qayıdışı və hz. Mehdinin zühur etməsi ilə birlikdə bütün möminləri aydınlıq dövrün gözlədiyini də müjdə vermişdir. Hz. İsa və hz. Mehdinin gəlişi ərəfəsindəki əlamətləri çox ətraflı açıqlayan Peyğəmbərimiz (s.ə.v) bu mübarək şəxslərin zühuru ilə birlikdə yaşanacaq gözəllikləri də geniş olaraq tərif etmişdir.

Hədislərdə dəccalın çıxış əlamətləri və bu dövrdə meydana gələcək hadisələr haqqında da müxtəlif məlumatlar verilmişdir. Bu hədislərdən günümüzə işarə edən hadisələrdən bəziləri belədir:

 

YAĞIŞ BOMBASI

Müslimin Nüvvas ibn Səmandan nəql etdiyi hədisdə belə varid olmuşdur:

“Göyə əmr edib yağış yağdıracaq...”

(Qiyamət əlamətləri, nəşr 10, səhifə 219)

Hədisdə axırzamanda istənilən vaxt yağış yağdıracaq üsullar kəşf ediləcəyi bildirilmişdir. Belə ki, günümüzdə bu üsullar istifadə edilir. Yağış bombası və ya bulud mayalama kimi tanınan bu metod belə həyata keçirilir:

Yağış bombası, çox soyuq buludlara, buz kristalları saçaraq yağış və qar şəklində yağışın təmin edilməsidir. Çox soyuq buludlar tez-tez görülür. Bunlar 0°C-nin altında və ya hətta -40°C-nin altında olan çox kiçik su damcılarından ibarətdir. Belə bir buluda buz kristallarının atılması şərtləri dəyişdirir. Kristallar suya görə daha aşağı buxar təzyiqinə malik olduğu üçün, su damcılarının buxarlanmasına səbəb olurlar. Daha sonra bu rütubət, buz kristallarının üzərində cəmləşir. Beləliklə, buz kristallarının ölçüsü aşağı düşərkən həmişə artır. Bu şəkildəki bulud mayalaması, yüksək səviyyələrdə buz kristallarının əmələ gəlməsi ilə təbii olaraq meydana gəlir. Buz kristallarının buluda düşməsi və ya atmosferdəki buzlaşmış tozların olması hadisəni tamamlayır. Süni bulud mayalama havadan və ya yerdən edilə bilər. Bir təyyarə istifadə edilərək, buludların içinə qatı karbondioksid (quru buz) hissəcikləri saçılır. Temperaturları çox aşağı olduğu üçün bu hissəciklərdə çox miqdarda buz kristalları vardır”.

(http://ansiklopedi.turkcebilgi.com/Yağmur_Bombasım)

 

Bu üsulun günümüzdə tez-tez istifadə edildiyi yerlərdən biri də Kanadadır. Mövzu ilə bağlı National Geographic jurnalının internet saytında bu məlumatlar verilmişdir:

“Kanzasda (ABŞ) kimi bəzən toplanan buludlar yağış forması yaradır, amma bir cür boşalmaz; bunun əvəzinə biçinə ziyan vuran doluya çevirdiyi vaxtlar da olur. Qərbi Kanzas Hava Vəziyyəti Modifikasiya Proqramı buludları yola gətirmək üçün təyyarələr göndərir. Qanadlara taxılmış ocaq, atdığı gümüş yox tüstüsü, yüksələn havanı, müəyyən tufan buludlarını sıfır dərəcə altındakı iç hissəyə doğru yönəldir. O yüksəklikdə gümüş yod hissəcikləri, bulud suyunun ətrafında dona biləcəyi nüvə funksiyasını görür. Yetərli çəkiyə çatan buz dənələri düşməyə başlayır və eniş zamanı çataraq yağışa çevrilir. Nəzəri olaraq baxıldığında, bu strategiya yalnız yağış miqdarını artırmaqla qalmaz, rütubətin buludlar içində yuxarıya sürüklənərək dolu halına gəlməsinin də qarşısını alar…

(http://www.nationalgeographic.com.tr/ngm/mercek.asp?Konu=2&Mercek=5&Yil=05&Ay=06)

 

Rəsmdə Kanzasda təyyarədən gümüş yod tüstüsü püskürdərək həyata keçirilən bulud mayalama prosesi görülür.

(Qaynaq: National Geographic saytı)

 

Yağış bombası son 60 il ərzində inkişaf etdirilmiş texnologiyadır. Günümüzdə içlərində ABŞ, İsrail, Kanada, Rusiya, Tailand, Mərakeş, Avstraliyanın da olduğu təxminən 24 ölkə bu üsulu daha çox yağış təmin etmək üçün istifadə edir. (http://www.aksam.com.tr/haber.asp?a=77081,10) Aşağıdakı şəkillərdə günümüzdə istifadə edilən gümüş yod və bulud mayalama cihazlarından bəziləri görülür:

 

Təyyarə qanadına taxılmış bulud mayalama patronları

 

50 q gümüş yod olan bulud mayalama patronlar

 

Bir bulud mayalama avadanlığının sınaq atışı

 

SÜD İSTEHSALINDA ARTIM

Peyğəmbər Əfəndimiz (s.ə.v)-in axırzamana aid hədislərində dəccalın çıxış əlamətlərindən biri olduğu bildirilən hadisələrdən biri də süd istehsalındakı artımdır. Yaşadığımız bu dövrdə heyvandarlıq sahəsində qeyd edilən irəliləyişlər, hədislərdə işarə edilən bu səmərə artımına səbəb olmuşdur. (Doğrusunu Allah bilir)

Bu hədis İbnil-Münadi Ali (ə.s)-dən rəvayət edilmişdir.

Müslimin Nüvvas ibn Semandan nəql etdiyi bir hədisdə belə varid olmuşdur:

Bir qisim insanlara gəlib dəvət edəcək, onlar ona inanacaqlar... Göyə əmr edib yağış yağdıracaq... Yerə əmr edib əkin bitirəcək... Heyvanlarını da bollaşdıracaq. Məmələrini də südlə dolduracaq.

(Qiyamət əlamətləri,10-cu nəşr, səh. 219)

 

Günümüzdə, qısa müddət əvvəl istifadə edilməyə başlanan heyvanların populyasiyasına süni mayalama aparılması, embrion transferi və yüksək məhsuldar heyvanlar ilə heyvan keyfiyyətinin artırılması, Hollandiya və Belçika başda olmaq üzrə bütün ölkələrdə süd istehsalında böyük artıma səbəb olmuşdur. Məsələn, Hollandiyada bir inəkdən alınan gündəlik süd miqdarı orta hesabla 35 litrə yüksəlmişdir. Hətta gündəlik 53 litr süd verən inəklərin də olduğu məlumdur.

 

XƏZİNƏ DETEKTORU

Axırzamanı izah edən, dəccalın çıxışını və xüsusiyyətlərini izah edən bir hədisi şərifdə də, dəccalın bir binanın yanından keçərkən, bu binanın altında gizli olan dəfinəni xəbər verdiyi bildirilir:

(Dəccal) Yıxılmağa üz tutmuş bir xarabalığının yanından keçərkən “Tez altında gizli olan dəfinəni çıxart!” deyə əmr verəcək, dərhal dəfinə meydana çıxacaq...”

(Müslim, Nuvvasdan nəql edilmişdir) (Qiyamət əlamətləri, səhifə 219)

Məlum olduğu kimi, günümüzdə yer altındakı metalları aşkar edən, dəyərli və qiymətli olmayan metalları və metal ərintilərini bir-birindən ayıran detektorlar geniş istifadə edilir. Bu detektorlar sayəsində, bir binanın, uçqunun, ya da torpağın altında basdırılmış metal olub olmadığı dərhal aydın olur. Basdırılmış qızıl, gümüş, mis, bürünc kimi metalların yerlərinin asanlıqla müəyyən edilməsini təmin edən bu detektorlar mühəndislik, tikintidə, hərbidə tez-tez istifadə edildiyi kimi, bəzi insanlar tərəfindən də dəfinə detektoru kimi istifadə edilir.

Yuxarıdakı hədisdə də, dəfinə detektoru kimi alətin istifadə edilməsinə işarə edilmiş ola bilər. Bu yolla, yıxılmaq üzrə olan binanın altında xəzinə olduğu müəyyən edilmiş və bu xəzinə yer üzünə çıxmış ola bilər. (Doğrusunu Allah bilir.)

 

TRAL OVÇULUĞU

Onun (Dəccalın) ağılları heyrətə gətirən işlərindən biri də budur: Gündə üç dəfə dənizə baş vuracaq; əllərinin biri uzundur. Uzun olan əli ilə dənizin dibinə tutunacaq, digər əli ilə dənizin dibinə tutunacaq, digər əlləri ilə dərinliklərdəki balıqlardan istədiyini tutub çıxaracaq...

(Əbu Nuaym Hüzeyfə (ə.s)-dan nəql edilmişdir). (Qiyamət əlamətləri, 10-cu nəşr, səhifə 216)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində axırzamanda Dəccalın “dənizin dibinə uzanaraq, dərinlərdəki balıqları tutub çıxaracağına” işarə etmişdir. Hazırda su məhsulları ovunda istifadə edilən “tral torları”, hədisin işarəsi ilə tam olaraq uyğun görünür (Doğrusunu Allah bilir).

 

Tral torları ilə ovçuluq, bir çox növün eyni anda ovlanıldığı ovçuluq sahəsi olduğundan “çoxlu ovçuluq” da adlanır. Bir sürütmə toru olan tral, dib və orta su balıqçılığında istifadə edilir. Polad kanatlarla dənizin dibini darayan bu torlar, qarşısına çıxan bütün balıqları içinə alar.

Tral toru, kornet formasında böyük kisəyə bənzər və ağzı təxminən 30 metr genişliyindədir. Tor atılarkən ağzı açıq tutmaq üçün hər iki tərəfinə taxta lövhələr yerləşdirilir. “Qapı” adlanan bu taxta lövhələr da polad kabellərlə tral gəmisinə bağlanır. Dəniz dibinin əyri olmadığı yerlərdə dib balıqlarını ovlamaq üçün adətən dib tralı istifadə edilir. Tral gəmisindən dənizə buraxılan tral toru, gəmidə sürüklənir və tor dəniz dibini darayaraq yolunun üzərindəki balıqları toplayır. Toru sürükləmə işi 1,5-3 saat qədər çəkir. Sonra tor kran vasitəsilə çəkilir və içindəki balıqlar gəmiyə boşaldılır. Balıqlar təmizlənib yuyulduqdan sonra, gəminin anbarında buzların arasına basdırılaraq saxlanılır. Bəzi böyük və inkişaf etmiş tral gəmilərində balıqlar təmizləndikdən sonra soyuducu qurğularında dondurulur. Bu növ katerlər dənizdə daha uzun müddət qalıb ov etməyə davam edə bilər.

 

 

 

ÖMÜRLƏRİN UZANMASI

Hədislərdə də xəbər verildiyi kimi, axırzamanın və hz. Mehdinin zühurunun əlamətlərindən biri də, bu mübarək dövrdə “ömürlərin uzanacaq olmasıdır”. Mövzu ilə əlaqəli hədis və rəvayətlərdən bəziləri belədir:

Onun (hz. Mehdinin) zamanında ömürlər uzanacaq. Ömürlərin uzanması onun (hz. Mehdinin) da uzun ömürlü olmasını tələb edir.

(Qiyamət əlamətləri, səhifə 184)

 

Onun (hz. Mehdinin) zamanında... ömürlər uzanacaq və əmanət zayı olmayacaqdır...  

(Əl-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 43)

 

Ömürlər uzanacaq, əmanətlər yerinə təslim ediləcək.

(İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və Diriliş, səh. 1699, səh.179)

 

Ötən dövrlərdə də insan ömründə nisbi olaraq artım baş vermiş, ancaq heç bir dövrdə 21-ci əsrdə olduğu kimi gözlə görünən artım olmamışdır. Aparılan araşdırmalar insan ömrünün bu əsrdə 50% artdığını, 100 yaşını keçən insanların sayının növbəti illərdə daha çox olacağını ortaya qoymuşdur.

 

Əsrlərə görə insan ömründə artım

1800-cü illərdə ortalama yaşama dövrü 24 il

1900-cü illərdə ortalama yaşama dövrü 48 il

2000- cü illərdə ortalama yaşama dövrü 63 il

 

 

20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində gen texnologiyasında baş verən inkişaf və gendə aparılan araşdırmalardan əldə edilən nəticələr, “həyatların daha da uzanacağını” göstərir. Məsələn, National Geographic jurnalında yer alan xəbərdə, “Daha uzun və sağlam ömür çatdırmaq üçün lazım olan formulun çox yaxında apteklərdə tapılacağı” yazılır. İnsanın uzun ömürlü olmasını təmin edən geni aşkar etdiklərini söyləyən elm adamları, yaxın gələcəkdə insan ömrünün 100 ildən çox ola biləcəyini ifadə edirlər. Aparılan başqa araşdırma isə bu illərdə doğulan uşaqların, 125-150 yaşına qədər yaşayacağını söyləyir. Bir çox tədqiqatçı da, 21-ci əsrin ikinci yarısında “150 yaşlı insanların qəribə qarşılanmayacağını” dilə gətirir və insan ömrünün 21-ci əsrdə, keçmişlə müqayisə olunmayacaq dərəcədə uzanacağına diqqət çəkirlər.

Peyğəmbərimiz (s.ə.v)-in bundan 1400 ildən çox əvvəl xəbər verdiyi məlumatın, belə açıq və dəqiq olaraq reallaşması, həqiqətən, möminlər üçün çox qiymətli müjdədir. Eynilə bu xəbər kimi, Peyğəmbərimiz (s.ə.v)-in digər xəbərləri də bir-bir baş verərək, 21-ci əsrdə bəşəriyyət çox xoşbəxt hadisələrə şahid olacaqdır. Allahın izniylə hz. İsa yenidən dünyaya gələcək, hz. Mehdi zühur edəcək, bu mübarək şəxslərin vəsiləsiylə İslam əxlaqı bütün dünyaya hakim olacaq. İslam əxlaqının yer üzünə hakim olması, Quranda da vəd edilmiş olan müjdədir. Nur surəsinin 55-ci ayəsində, Rəbbimiz bu şəkildə buyurmuşdur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

(Nur surəsi, 55)

 

DAHA UZUN YAŞAMAQ MÜMKÜNDÜR

 

İNSAN ÖMRÜNÜN ÜST SƏRHƏDİ VARMI?

Hürriyyət qəzeti, 18 mart 2004-cü il

 

Bəzi elm adamlarına görə bu gün doğulan uşaqlar 150 yaşına qədər yaşaya bilər, bəziləri isə uzun həyatın üst sərhədinin olmadığı qənaətindədir. Həyat müddəti, hər 10 ildə çox müntəzəm olaraq 2 il uzanır. Buna görə 2150-ci ildə orta ömür müddəti 122.5 olacaq və 150 yaşına çatmış insanlar normal qarşılanacaq. ABŞ-da bu gün 100 yaşının üzərində 40.000 insan var. Halbuki bu say 1950-ci illərdə 2.300-ə yaxın idi. Almaniya, Rostocktaki Maks Plank Demoqrafik Tədqiqat İnstitutundan Ceyms Vaupel, yüz yaşlı insan sayının sənayeləşmiş ölkələrdə hər 10 ildən bir ikiyə artacağını irəli sürür.

 

http://webarsiv.hurriyet.com.tr/2004/03/18/429832.asp

 

Tempo jurnalı, 25 iyun 2004-cü il

 

9-cu əsrin sonundan bu yana insan ömrü az qala iki dəfə uzandı. Genetik tibdəki irəliləyişlər sayəsində, insan ömrünün daha da uzanacağı ehtimal edilir. Anti-Aging tibb jurnalının apardığı tədqiqatda, 60 qocalıq mütəxəssisindən, 2100-cü ildə dünyaya gələn bir körpənin nə qədər yaşacağını təxmin etmələri tələb olunub. Ekspertlərin çoxu suala “ən azı 100 il” deyə cavab verərkən, bəziləri həyat müddətinin 150, hətta 200 il ola biləcəyini söylədilər.

 

GÜNƏŞ OCAQLARININ KƏŞFİ

 

Havada uçan quşu tutacaq dərhal Günəşin altında qızarda biləcəkdir.

Qiyamət əlamətləri, 8-ci nəşr, tərcüməçi: Naim Ərdoğan, Pamuk Nəşriyyat, səhifə 216.

 

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən yuxarıdakı hədislərdə, dəccalın dövrü ilə bağlı “ovlanan canlının olduğu yerdə dərhal bişirilib yeyilə bilməsinə” diqqət çəkilir. Təriflərdəki digər istiqamət də; Bu hadisənin “Günəşli ortamda” baş verməsidir. Hədislərdəki bu açıqlamalar, günümüzün texnologiyası ilə istifadə edilən “günəş ocaqlarına” diqqət çəkir. (Doğrusunu Allah bilir.)

Günümüzdə LPG, qaz, elektrik, odun və kömürün yerinə alternativ olaraq istehsal edilən “günəş ocaqları” sayəsində, Günəşin altında ət kimi yeməklərin belə dərhal bişirilib yeyilməsi mümkün olur.

Günəşdən gələn istilik, şəkildə göründüyü kimi daxili səthi parlaq lövhələr sayəsində ocağa yönəldir. Ocağın ortasına yerləşdirilən yemək, əks etdirilən Günəş şüalarından gələn yüksək temperatur sayəsində bişir. (Emily Krone, “Elburn-made solar ovens give hope to many Third World”, Daily Herald, 26 sentyabr 2004, səh. 1, 3.)

Axırzamanla bağlı bu təriflər, içində olduğumuz dövrə aid yönü ilə son dərəcə əlamətdardır.

 

DUMAN BULUDLARI

Dəccal, “Mən Aləmlərin Rəbbiyəm... Məhz bu günəş mənim icazəmlə seyr edir, istəsəniz onu həbs edim! deyəcək. Yaxşı həbs et görək, - deyəcəklər. Bundan sonra günəşi həbs edəcək, bir günü bir ay kimi, bir həftəni də bir il kimi edəcək”.

(Nuaym ibn Hammad və Hakim İbni Mesutdan (ə.s) rəvayət edilmişdir) (Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219, 220)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərin birində, dəccalın günəşi həbs edəcəyinə işarə edilmişdir. Günümüzdə müxtəlif texniki üsullarla tüstü buludları yaradıla bilir və bu buludlar vəsiləsi ilə günəş işığı əngəllənir. Tüstü buludlarının yaranmasını təmin edən duman bombaları, I və II Dünya müharibələrində istifadə edilmiş, bütün göy üzünü örtmüş, görüşü tamamilə bağlamış və göy üzündəki təyyarələrin və paraşütlü əsgərlərin müəyyən edilməsini əngəlləmişdir. Bu, süni yaradılma, hədisdə işarə edilən günəşin həbs edilməsi, yəni günəşin işığının əngəllənməsi üçün istifadə ediləcək üsuldur və hədislə uyğun görülür. (Doğrusunu Allah bilir.)

 

DƏCCAL, TƏHSİLSİZSİZ CAHİL ŞƏXSLƏRİ TƏSİRİ ALTINA ALACAQDIR

Hədislərdə işarə edildiyinə və İslam alimlərinin açıqlamalarına görə axırzamanda dəccalın ən böyük fitnəsi, dinsizliyi genişləndirməsi, bu yolla insanlar arasında anarxiya və qarışıqlıq çıxarması olacaqdır. İnsanları inkara, dinsizliyə, əxlaqsızlığa sürükləyən dəccaliyyət bunu edərkən materializmi və darvinizmi istifadə edəcəkdir. Ancaq hədislərdə diqqət çəkildiyi kimi, dəccaliyyətin materialist təbliğatı xüsusilə təhsilsiz, cahil insanlar üzərində olacaqdır.

Dəccalın təsiri bu şəkildə açıqlanır:

(Dəccal) Məhz qadın və kəndli cahilləri daha asanlıqla aldada biləcək... (Qiyamət əlamətləri, səh. 216)

 

 

Yaxın keçmişdə Çin, Sovet İttifaqı, Şimali Koreya, bəzi Cənubi Amerika ölkələri kimi kommunist qiyamın baş verdiyi yerlərə baxanda bu hədisin işarə etdiyi məlumatın baş verdiyi görüləcəkdir. Kommunist liderlər, adətən kənd yerlərində və ya dağlıq ərazilərdə yaşayan, təhsil səviyyəsi yüksək olmayan və ya heç olmayan şəxsləri materialist təlqinlərlə aldatmış, böyük fitnələrə səbəb olmuşdurlar. Lenin Rus kəndlilərini, Mao Çin kəndliləri ayağa qaldırmış, Kastro inqilabı Kubanın kənd və meşə sahələri içində, o bölgədə yaşayan xalqı təsiri altına alaraq yeritmişdir. Şimali Koreyada və bəzi Cənubi Amerika ölkələrində, hazırda, kənd yerlərində kommunist partizan hərəkatları varlığını davam etdirir. Ölkəmizdə də kommunist separatçı terror təşkilatının, fəaliyyət sahəsi kimi dağlıq bölgələri seçməsi, o bölgədə yaşayan və təhsil imkanlarından məhrum insanları aldatmağa çalışması çox diqqət çəkicidir. Əlbəttə, regionda yaşayan fərasət və bəsirət sahibi xalqımız separatçı terror təşkilatının dinsiz quruculuq içində olduğunu hər keçən gün daha yaxşı anlayır və terrorçuların bu oyununa gəlməyəcəkdir.

 

İNSANA SƏSİNİN DANIŞMASI

Nəfsim yeddi qüdrətində olan (Allah)-a and içirəm ki, yırtıcı heyvanlar insanlarla danışmadıqca, insana səsi və ayaqqabısı danışmadıqca və əhlinin nə etdiyini ona bildirmədikcə qiyamət qopmaz”.

(İmam-ı Şarani, Ölüm, Qiyamət, Diriliş, səh. 471 )

 

 

Günümüzdə geniş olaraq istifadə edilən kaset və DVD-lərlə insanın səsi qeyd edilib sonra dinlənilir. Rəvayətdə keçən “insana səsinin danışması” ifadəsi ilə bu cihazlar nəzərdə tutulur ola bilər. “İnsana ayaqqabısı danışmadıqca” ifadəsi ilə də kəşfiyyat mütəxəssislərinin ayaqqabılarına yerləşdirdikləri dinləmə cihazları ağla gəlir. Xüsusilə Soyuq Müharibə dövründə Rumıniyalı kəşfiyyat mütəxəssislərinin kəşf etdirdiyi ayaqqabı dabanına yerləşdirilən dinləmə cihazları Qərbli diplomatlar tərəfindən istifadə olunurdu.

“İnsana əhlinin nə etdiyini ona bildirmədikcə” ifadəsi isə internet kameraları və görüntülü telefonlarla uzaq məsafələrdə ailələrin, dostların bir-biri ilə ünsiyyət qurub, bir-birilərinin nə etdiyindən xəbərdar olmalarına işarə edir.

 

Hürriyyət, 4 mart 2009

 

“İnsana qamçısının ucu, ayaqqabısının bağı danışmadıqca, insan zəkatını qəbul edəcək kəsi tapmayacaq dərəcədə varlanmadıqca, Ərəb torpaqlarında çaylar, dərələr axmadıqca qiyamət qopmaz”.

 

 

Yuxarıdakı rəvayətdə bildirilən “ayaqqabısının bağı danışmadıqca” ifadəsi ilə ayaqqabılara yerləşdirilən dinləmə sistemində “ayaqqabı bağının” da antena vəzifəsi görməsinə işarə edir.

 

İnsana qamçısının ucu danışmadıqca” ifadəsi isə yenə günümüzün texnologiyasına aid qamçı kimi çox vaxt əldə daşınan telsiz və mobil telefonlarına işarə edə bilər. Antenaları da qamçının ucu kimi olan telsiz və mobil telefonları insanın qarşıdakı insanın səsini eşitməsi rəvayətdə bildirilən “insana qamçının ucu danışmadıqca” ifadəsinə birə-bir bənzəyir.

 

ƏRƏB TORPAQLARINDA ÇAYALRIN AXMASI

“Ərəb torpaqlarında çaylar, dərələr axmadıqca qiyamət qopmaz” ifadəsi bu gün Ərəbistan yarımadasında xüsusilə İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdə suyun bol istifadə edilərək səhrada kənd təsərrüfatı aparılmasına işarə edir.

 

DİGƏR İŞARƏLƏR

İbnil Münadi Əli (ə.s)-dən rəvayət edilmişdir:

“Buludları sağ əli ilə tutacaq, günəşi batdığı yerə qədər qavrayacaq, dənizdə yeriyəcək, amma su dabanına qədər gələcək... Qarşısında duman, arxasında yaşıl dağ olacaq... Elə bir nərə atacaq ki, yer ilə göy arasındakıların hamısı eşidəcək...”

(Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219)

 

 

Buludları sağ əli ilə tutacaq...

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisdə, “Dəccalin buludları sağ əli ilə tutmasına” işarə edilmişdir. Günümüzdə göy üzünün üst təbəqələrinə qədər qalxan təyyarələr, bu hədisə işarə edə bilər. Təyyarələr, buludların səviyyəsinə çıxır və göy üzündəki buludlar insan üçün əlçatan olur. Bu texnologiya, hədisdə bildirilən “buludları sağ əli ilə tutacaq” sözləri ilə uyğun görünür. Doğrusunu Allah bilir.

 

Günəşi batdığı yerə qədər qavrayacaq...

Eyni hədisdə bildirilən “günəşi batdığı yerə qədər qavrayacaq” izahı da, günümüzün texnologiyası ilə eyni mənalar daşıyır. Hazırda teleskop və peyk kimi texnologiya cihazlarla dünyanın hər yanındakı qürub izlənir, bütün detalları ilə tədqiq edilir. Peyk sistemləri, bütün ölkələri lentə alır və bu təsvirlər internet üzərindən yenə bütün dünya tərəfindən izlənir. Hədisdə keçən “Dəccalın günəşi batdığı yerə qədər qavrayacağı” ifadəsi, sözügedən peyk sistemin istifadəsinə işarə edə bilər. (Doğrusunu Allah bilir)

 

Dənizdə yeriyəcək, amma su dabanına qədər gələcək...

Peyğəmbərimiz (s.ə.v), “Dəccalın dənizdə yeriyəcəyi, lakin suyun dabanına qədər gələcəyini” də bildirmişdir. Bu tərif günümüzdə aparılan serfinqlə, su xizəyi, uçurtma serfinqlə, çılpaq ayaqla su xizəyi kimi müxtəlif su idman növləri ilə eyni məna daşıyır. Sözügedən idman növləri edən adam, dənizin səthində hərəkət edir, su ilə yalnız ayaqları əlaqəli olur. Suyun yalnız ayaqların dabanına çatacağı şəkildə dəniz üzərində yeriməsi, bəhsi keçən su idman növləri ilə eyni görünür. Doğrusunu Allah bilir.

 

Qarşısında duman, arxasında yaşıl dağ olacaq...

Hədisdə bildirilən, “qarşısında duman, arxasında yaşıl dağ olacaq” izahı da günümüzdə havada təyyarələrin yaratdığı mənzərə ilə harmoniya içindədir. Təyyarə göydə uçarkən, şəkildə də görüldüyü kimi, qarşısında buludlardan ibarət olan tüstü buludu varkən, ardında yaşıl dağ mənzərəsi geridə qoyur.

 

Elə bir nərə atacaq ki, yer ilə göy arasındakı hamı eşidəcək...

Hədisdə Dəccal üçün, “elə bir nərə atacaq ki, yer ilə göy arasındakı hamı eşidəcək” ifadəsi də istifadə edilmişdir. Günümüzdə radio, televiziya və internet kimi texnoloji proseslər, müxtəlif peyk sistemləri və radio dalğaları vasitəsi ilə dünyanın dörd bir tərəfində yayım edir, tək bir yayımı dünyanın hər bir ölkəsindən hər kəs eyni anda eşidə bilir. Bu texnoloji sistem, tək bir yayımın və ya tək bir səsin, hədisdə bildirilən şəkildə göydə və yerdə hər kəsin eşitməsi məsələsi ilə eyni görünür. Doğrusunu Allah bilir.

 

Yerə əmr edib əkin bitirəcək...

Hədisdə ayrıca, “Dəccalın yerə əmr edib əkin bitirəcəyi” bildirilir. Günümüzdə müxtəlif kənd təsərrüfatı maşınları və müxtəlif ölçülərdə traktorlar vasitəsilə torpağa əkin asanlıqla əkilə bilir və yenə oxşar maşınların meliorasiya və məhsuldarlaşdırma texnologiyaları sayəsində qısa müddət ərzində biçin əldə olunur. Yerin sözügedən kənd təsərrüfatı maşınları ilə asanlıqla əkilə bilən və səmərə alına bilən mövqedə olması, hədisin işarəsi ilə uyğunluq göstərir. Şübhəsiz, doğrusunu Allah bilir.

 

 

(Dəccal) Bir çaya gələcək, axmasını əmr edəcək, axacaq, sonra yuxarıya qayıdıb axmasını əmr edəcək, axacaq, qurumasını əmr edəcək; quruyacaq...”

(Hammadoğlu Nuaym) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd  ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 213)

 


 

Rəvayətdə Dəccal zamanında bəndlərin qurulmasına işarə edilir. Çünki, qapıları örtüldükdə bəndlər tez quruyur, açılanda təkrar axması təmin olunur (Doğrusunu Allah bilir).

 

 

 

 

(Dəccal) Hər kəsi aldatmaq üçün əvvəla iki dağı yanına alıb yeriyəcək; dağların birində bol ağac və meyvə mövcuddur, digərində isə duman və alov vardır;”

(Hakim, ile İbni Asakir İbni Ömer) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 213)


 

Bu rəvayətdə də axır zamanda qatarların və qatar vaqonlarının mövqeyi izah edilir. Qatar vaqonları ağacdan düzəldilir və meyvə daşınmasında istifadə edilir. Rəvayətdə deyildiyi kimi, qatarda da “duman və alov” vardır. Dəccalın “iki dağı yanına alıb yeriməsi”, bir yandan qatar, bir yandan da bol meyvə yüklü bu vaqonları uzaqdan pultla idarə edib istifadə etməsinə işarə edir.

 

Mazutla və ya kömürlə işləyən qatarların mühərrik hissələrində alov, baca hissələrində də tüstü yaranır. Rəvayətdəki “iki dağ” ifadəsi, qatar və vaqonlardan yaranan iki böyük kütləyə işarə edir. “Yanına alıb yerimə” ifadəsi isə, qatarı idarə edən şəxsin də vaqonlarla birlikdə, eyni anda getməsinə işarə edir (Doğrusunu Allah bilir).

 

 

 

(Dəccalın) yanında cənnət və cəhənnəm olacaq... Adamları da olacaq bunların bir qismini öldürüb sonra dirildəcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 213)


 

Axırzamanda narkoz istifadə edilərək insanların ürəkləri çıxarılıb təkrar taxılır. İnsanlar bu şəkildə, müəyyən mənada ölü hökmünə gətirilib sonra da yenə dirildilirlər. Eyni şəkildə, ürəyi dayanan insanları da elektroşok ilə yenidən canlandırılır. Rəvayətdə də bu vəziyyətə işarə edilir (Doğrusunu Allah bilir).

 

 

 

 

(Dəccalın) Onun yanında çörəkdən dağ vardır.

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 214)


 

Rəvayətdə bildirilən, Dəccalin “çörəkdən dağı” olması, axırzamanda fabriklərə dağ kimi böyük miqdarlarda çörək, yemək və içki gəlməsinə işarə edir (Doğrusunu Allah bilir).

 

 

 

 

(Dəccal) “Məhz bu cənnətdir, bu da cəhənnəmdir” deyib hamını aldatmağa çalışacaq.

(Hakim, ile İbni Asakir İbni Ömer) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 213)


 

Yanında bərabər iki çay vardır; Gözə, bunların birini ağappaq su çayı olaraq, digərini də qaynayan bir atəş kimi göstərəcək... Sizdən biriniz buna çatarsa, od kimi gördüyü çaya gəlsin və gözlərini yumaraq başını əyib ondan su içsin... Çünki o buz kimi bir sudur.

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 214)


 

Dəccal axırzamanda İslamiyyəti insanlara terror və od dini kimi göstərəcək. Darvinizmi yəni dəccaliyyəti isə, insanlara yaxşı kimi tanıdacaqdır. Ancaq dəccalın insanlara əsl od kimi göstərdiyi şey yaxşı olacaq, pis dediyi isə yaxşı olacaqdır. Beləliklə, bu hədis axırzamanda dəccaliyyətin göstərdiklərinin tam əksi ilə hərəkət edilməsi lazım olduğuna işarə edir.

İslamiyyət insanları sakitləşdirən, əmin-amanlıq verən, dünya və axirət səadətini təmin edən Allahın böyük nemətidir. Dəccaliyyət isə, tam əksinə, insanları kommunizmə, faşizmə, anarxiyaya, satanizmə təşviq edən; qan tökən, şiddət və terror meydana gətirən sistemdir; beləliklə, atəşdir. Amma özü atəş olduğu halda dəccaliyyət, insanlara haqq dini od kimi göstərməyə çalışacaqdır.

 

Ancaq Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində vəd etdiyi kimi, hz. Mehdi (ə.s) vəsiləsi ilə bu oyun pozulacaq, dünyada olan bütün insanlar axın-axın dəccaliyyətin təsirindən çıxacaq və haqq din olan İslama yönələcəkdirlər.

 

 

 

 

(Dəccalın) Ətdən dağı, sudan çayı olacaq... (Nuaym Huzeyfedən)

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 213)


 

“Onunla birlikdə çörək və ət dağları, su çayları olacaq”

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd  ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 214)


 

Onunla birlikdə şorbadan dağ, soyumayan isti ət, axan çay... Budur yemək, budur içkilər deyəcək...”

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd  ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 215)


 

Rəvayətdə 20-ci əsrdə insanları zülm altında yaşadan kommunist rejimlərdə xalqa yeməklərin kütləvi olaraq təqdim edilməsinə diqqət çəkilmişdir. Məlum olduğu kimi, bu sistemlərdə 10-20 min nəfərlik zavodlarda kütləvi şəkildə işlədilən insanların olduğu yerlərə rəvayətdə bənzətdiyi kimi çay kimi yüklü miqdarda içəcəklər və dağ kimi yeməklər gətirilirdi.

 

 

 

“(Dəccal) Bütün yer üzünü 40 gündə gəzəcəkdir”.

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 216)


 

Rəvayətdə axırzamanda bir yerdən başqa yerə getmək üçün əldə ediləcək olan sürətə işarə edilir.

 

 

 

 

“(Dəccal) hər tərəfi bu qədər qısa müddət ərzində gəzməyə qadir olduğu halda Məkkə ilə Mədinəyə daxil ola bilməyəcəkdir”

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 216)


 

Axırzamanda Dəccalın fikir sistemi hər yerə təsir edə biləcək ancaq Məkkə və Mədinəyə materialist, darvinist düşüncə hakim ola bilməmişdir.

 

 

 

 

“(Dəccalın) Şərq və qərb əhlinin rahatlıqla eşidə biləcəyi ucalıqda üç sayhası (nərəsi) var.

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 216)


 

Rəvayətdə axırzamanda şərqdə və qərbdə bütün insanların rahatlıqla eşidə biləcəkləri şəkildə radio və televiziya verilişləri keçiriləcəyinə işarə edilmişdir (Doğrusunu Allah bilir).

 

 

 

“(Dəccal) ... dərhal günəşin altında qızarda biləcəkdir”.

(Hakim, ile İbni Asakir İbni Ömer) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 216)


 

Axırzamanda günəş enerjisindən istifadə ediləcəyinə işarə edir.

(Doğrusunu Allah bilir).

 

 

 

 

“(Dəccal) çox bilgili olmayacaq amma hamını aldatmağı bacaracaq... Xüsusən qadın və kəndli cahilləri daha asanlıqla aldada biləcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 216)


 

Yaşadıqları dövrdə dəccaliyyətin nümayəndələri olan Lenin və Darvin son dərəcə cahil idilər, amma xalqın az qala 99%-nə çatan böyük əksəriyyətini aldatdılar. Xüsusilə də qadın və savadsız kəndli xalqı aldatdılar. Hazırda ölkəmizin cənub-şərq bölgəsində də bu hal davam edir, xüsusilə də qadınlar və cahil olan kəndli xalq dəccaliyyətin təlqinləri istiqamətində çox daha asan qəbul edilir.

 

 

 

 

“(Dəccal) cahillərə gəlib istəsən ölü atanı, ananı dirildim deyəcək, o da bəli göstər, - dedikdə yanındakı şeytan, atasının şəklinə düşəcək və “Oğlum, mən sənin atanam! Bu adama tabe ol!” deyəcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 217)


 

Dəccal, insanlara “ölü atanı dirildim” deyəcək, onlar “bəli göstər” deyəndə də, meymun skeletləri, rekonstruksiya ilə keçirilmiş saxta meymunabənzər insan rəsmləri və saxta ara fosillər göstərərək onlara “mən sənin atanam” deyəcək. Onlar da bu şeytanı yalana tabe olacaqlar. Dəccali düşüncə, insanlara atalarını meymun kimi göstərəcək, onlar da dəccalın bu oyununa aldanacaqlar.

 

 

 

 

“(Dəccal)  O, “Mən aləmlərin Rəbbiyəm” dediyi zaman (Allahı tənzih edirik)...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 218)

 


 

Dəccal, “Mən Aləmlərin Rəbbiyəm” (Allahı tənzih edirik) deyərək insanları aldatmış; maddəni, beləliklə bütün atomları insanlara guya ilah olaraq göstərmişdir (Allahı tənzih edirik). Ancaq dəccalın bu oyunu, hz. Mehdi (ə.s)-ın insanlara həqiqəti gətirməsi; darvinizmin saxtalığını və hər şeyi Allahın yaratdığını bütün dünyaya göstərməsi ilə pozulacaq şəkildə yaradılmışdır.

 

 

 

 

“(Dəccal) O da “İndi, dağılın insanlara onların Rəbbi olduğumu deyin; məhz cənnət və cəhənnəmin olduğunu izah edin” deyəcək... O sizin Rəbbinizdir, aranızda hökm vermək üçün gəlmiş, cənnəti və cəhənnəmi də var... (Allahı tənzih edirik)

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 218)


 

Dəccal, cənnət və cəhənnəmin bu dünyada olduğunu iddia edərək Allahı inkar edəcək və insanları da inkara çağıracaqdır. Rəvayət, dəccaliyyətin təsiri altındakı materialist elm adamlarının bütün dünyaya yayılıb dinsizliyin, beləliklə də dəccaliyyət və darvinizmin təbliğatını etmələrinə və insanları inkara çağırmalarına işarə edir.

 

 

 

“(Dəccal) O da “İndi, dağılın insanlara onların Rəbbi olduğumu deyin; məhz cənnət və cəhənnəmin olduğunu izah edin” deyəcək. (Allahı tənzih edirik)

Bundan sonra onlar insanın atası, anası və bacı-qardaşı cisminə girib dağılacaqlar, bir adamın evinə gəlib “sən bizi tanıya bildin mi” deyəcəklər. “Bəli bu atam, bu da anam, bu da qardaşım” deyə cavab verəcək...

... “Yalan söyləyirsiniz! Siz şeytanlarsınız, O da yalançının biridir! Bizə Rəsulullah (s.ə.v) sizdən bəhs etdiyi xəbəri varid olmuşdur. Onun yalançı olduğunu, yanındakı yardımçılarının da şeytanlar olduğunu İsa (ə.s) gəlib onu üstələyəcəyini Allah Rəsulu (s.ə.v) bizə xəbər vermişdir...” bundan sonra əlləri boş geri qayıdacaqlar dəccalın yanına...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 218)


 

Rəvayətə görə şeytanın əmrində olan insanlar, onun özünün də, atalarının da, “guya meymun olduğu” yalanını söyləyərək insanları aldadacaqlardır. “Mən də meymunam, sən də meymunsan, bacın da meymun” deyəcəkdirlər. Ancaq hz. Mehdi (ə.s)-ın qabaqcılı olan iman edənlər, dəccalın bu oyununu pozacaq və hər şeyi Allahın yoxdan var etdiyini bütün insanlara izah edəcəkdirlər. Rəvayətdəki, “yalan söyləyirsiniz, siz şeytanlarsınız, o da yalançının biridir” ifadəsi ilə hz. Mehdi (ə.s)-ın dəccalın bu hiyləsini dəqiq şəkildə pozacağı xəbər verilmişdir.

 

 

 

 

“(Dəccal) Dənizdə yeriyəcək, amma su dabanına qədər gələcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 219)


 

Rəvayətdə, günümüzdə insanların serfinq taxtaları üzərində dənizdə gəzə bilməsinə, beləliklə dabanları ilə suyun üzərində durmalarına işarə edir (Doğrusunu Allah bilir).

 

 

 

 

“(Dəccalın) Qarşısında duman, arxasında yaşıl dağ olacaq...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səh. 219)


 

Rəvayətdə təyyarələr göy üzündə uçarkən, təyyarənin önündə duman, arxasında yaşıl dağların görünməsinə işarə edilir (Doğrusunu Allah bilir).

 

 

 

 

“(Dəccal) Elə bir nərə atacaq ki, yer ilə göy arasındakı hamı eşidəcək... “

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 219)


 

“Dəccalın nərə atması”, reaktiv təyyarələrinin yeri-göyü inlədəcək şəkildə böyük gurultu çıxarmalarına işarə edir (Doğrusunu Allah bilir).

 

 

 

 

“(Dəccal) Buludları sağ əli ilə tutacaq, günəşi batdığı yerə qədər qavrayacaq...”

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 219)


 

Rəvayətdə təyyarələrin yol alıb uzaqlaşdıqca, günəşin batmasından uzaqlaşmasına, bu səbəbdən təyyarənin, “günəşin batmasına və hətta təyyarə getdikcə günəşin yenidən doğmasına” işarə edir (Ən doğrusunu Allah bilir).

 

 

 

 

“(Dəccal) “Məhz bu günəş mənim icazəmlə seyr edir, istəsəniz onu həbs edim” deyəcək. Bundan sonra günəşi həbs edəcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 219-220)


 

Axırzamanda buludla günəşin örtülə biləcəyi xəbər verilmişdir. Belə ki, II Dünya müharibəsində də bu texnologiya istifadə edilmişdir.

 

 

 

 

Dəccalın zühurundan üç il əvvəl, son dərəcə böhranlı günlər olacaq, aclıq hökm sürəcəkdir. Birinci ildə Allah göyə yağışı həbs etməsini əmr edəcək...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 220)


 

Rəvayətdə xəbər verilən, axırzamanda yaşanacaq olan bu hal baş vermişdir. Dünya miqyasında insanlar iqtisadi baxımdan böyük sıxıntılar yaşayır. Dünyanın bir çox yerində müharibələr, münaqişələr, terror və zorakılıq hərəkətləri davam edir; bir çox insan çətinlik, sıxıntı və aclıq kimi ağır şərtlər içərisində yaşayır.  

Yenə rəvayətdə qeyd olunan quraqlıq da dünya miqyasında təsirini göstərmişdir.

 

 

 

 

“(Dəccal) Bir adama musallat olub öldürəcək onu ikiyə böləcək. Sonra aralarından keçib “Bax, gördünüz, indi mən onu dirildəcəyəm” deyəcək.

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 220)


 

Rəvayətdə axırzamanda texnologiyanın və tibbın inkişafına işarə edir. Dəccal dövründə insan bədəninin iki parçaya ayrılıb, daha sonra bu parçaların təkrar bir yerə gətirilməsinin mümkün olacağı izah edilir. Belə ki, günümüzdə insanların ürək, qaraciyər kimi iç orqanları bədənlərindən çıxarılır, daha sonra təkrar yerləşdirilərək insanlar yenidən canlandırılır.

 

 

 

 

“(Dəccalın) Onun iki gözü arasında (kafir) yazılıdır. Oxumaq bilən də bilməyən də rahat şəkildə bunu oxuyacaq...” Belə ki, digər rəvayətlərdə də bu kəlimə heca hərfləri ilə (K.A.F.R.) şəklində varid olmuşdur...

(Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul Əl-Hüseyin Əl Bərzənci, Pamuk nəşriyyat, səhifə 226)


 

Dəccalın üzündəki nursuzluqdan, uğursuz, hərəkətverici, çirkli, cinayətkar bir görünüşə sahib olmasından üzünə baxan kimi şiddətli kafir olduğu başa düşüləcəkdir. Eyni şəkildə üslubu, şəxsiyyəti və əxlaqı da dəccalın kafir olduğunun əlaməti olacaqdır. Hədisdə keçən, “... Oxuma-yazma bilən və ya bilməyən hər mömin o yazını oxuyacaqdır” sözləri, xalq arasında “üzünə baxan kimi başa düşülür” deyimi ilə ifadə edildiyi kimi, oxuma bilən-bilməyən bütün insanların, üzünə baxan kimi dəccalın nursuzluğunu və şiddətli kafir əlamətləri daşıdığını başa düşəcəklərinə işarə edir.

Bununla bərabər hədisdə, dəccalın alnında “K.A.F.R.” yazılacağı xəbər verilmişdir. Hədisin ikinci bir mənası olaraq, bu da dəccalın, insanları təşviq etdiyi Kommunizm, Anarxizm, Faşizm və Radikalizm kimi azğın ideologiyalara işarə edir (Doğrusunu Allah bilir).

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo