Köpək balıqlarının, bir-birindən 1600 km uzaqlığa qoyulmuş, 1.5 voltluq iki batareyanı belə hiss edə bildiyi aşkar olunmuşdur.
Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan bir canlının bu cərəyanları hiss etməsi çətindir; çünki hava elektirk keçirməyəndir. Suda isə vəziyyət başqadır. Elektrik, təbii keçirici olan suyun içində axar.
Köpək balıqları bu elektrik cərəyanlarını hiss edə bilən son dərəcə həssas hissiyyata sahib canlılardan biridir. Sudakı bütün titrəyişləri, suyun istiliyindəki, duzluluq nisbətindəki dəyişmələri və xüsusilə də, hərəkət edən canlıların meydana gətirdiyi elektrik sahələrindəki kiçik dəyişiklikləri hiss edə bilirlər.
Köpək balıqlarının bədənlərində, içi jele dolu coxlu oyuq mövcuddur. Bu oyuqlar köpək balığının başında sıx yerləşdirilmiş olmasına baxmayaraq balığın bütün bədənində yerləşmişdir. "Lorenzini lampaları" olaraq adlandırılan bu xüsusi orqanlar, mükəmməl elektrik qəbul edicisidir. Köpək balıqları bu qəbul edicilərin vasitəsi ilə ovlarını tapırlar. Bu orqanlar, heyvanın başının uc hissəsinə və başın üstündə olan məsamələrə bağlı olub, son dərəcə həssas bir quruluşa malikdir. Bir voltun 20 milyardda bir böyüklüyündəki axınları belə hiss edə bilirlər.
Bu böyük bir gücdür. Evinizdəki batareyaları düşünün. 1.5 voltluq bu batareyalardan iki dənəsini bir-birindən 1600 kilometr uzağa qoyduğunuzu və arasına mis məftil çəkildiyini düşünün, köpək balıqları bu teldən keçən axını hissedəcəklər.
Köpək balığı Bir Yaradılış Möcüzəsidir.
Bu məlumatlar, Allahın köpək balıqlarını son dərəcə mürəkkəb bədən quruluşuna sahib olaraq yaratdığını göstərməkdədir. Köpək balıqlarındakı sistem və orqanlar bir-birinə bağlı olaraq işləməkdədir. Biri olmasa digəri funksiyalarını yerinə gətirə bilməz. Məsələn elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən biri olmasa, “Lorenzini lampaları” heç bir işə yaramayacaq və köpək balıqlarının yaşaması mümkün olamayacaq. Belə qarışıq bir sistemin təkamülçülərin iddia etdikləri kimi mərhələ mərhələ meydana gələ bilməyəcəyi aydındır. Elektrik dalğalarını böyük bir həssaslıqla tanıyacaq bu sistemlər bütün olaraq yaradılmışdır.
Lorenzini lampaları köpək balıqlarının sahib olduqları xüsusiyyətlərdən yalnız biridir. Köpək balıqları həm tənəffüs sistemlərini, həm yollarını tapmalarını təmin edən maqnetik qəbulediciləri, həm də sürətli üzmə qabiliyyətləri ilə yaradılış möcüzəsidirlər. Sonsuz ağıl və gücün tək sahibi Uca Allah bütün canlıları olduğu kimi köpək balıqlarını da əskiksiz bir şəkildə yaratmışdır.
Belə məlumatlar Allahın yaratdığı gözəllikləri düşünmək üçün bir vəsilədir. Allah düşünən insanlar üçün heyvanlarda ibrətlər olduğu həqiqətini Quranda belə bildirmişdir:
"Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır.." (Nəhl Surəsi, 65-66)