Peyğəmbərimizin (səv) bütün aləmlərə örnək olan təvəkkülü
ucgen

Peyğəmbərimizin (səv) bütün aləmlərə örnək olan təvəkkülü

1814

Quranda Peyğəmbərimizlə (səv) bağlı izah edilən hadisələrdə onun təvəkkülü və Allaha təslimiyyəti açıqca görünür. Məsələn, Peyğəmbərimizin (səv)  Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi bir mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Ayədə belə bildirilir:

 

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir” (Tövbə surəsi, 40)

 

Peyğəmbərimiz (səv) hansı şərtlərdə olursa olsun, həmişə Allaha təslim olmuş, Onun yaratdığı hər şeydə bir xeyir və gözəllik olduğunu bilmişdir. Quranda Peyğəmbərimizə (səv) qövmünə söyləməsi bildirilən bu sözlər də  təvəkkülün bir göstəricisidir:

 

“Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 50-51)

 

Peyğəmbərimiz (səv) təvəkkülü ilə bütün müsəlmanlara nümunə olmuş və insanın Allahdan gələcək bir şeyi dəyişdirməyə əsla gücünün çatmayacağını belə xatırlatmışdır:

"Bir nəfsə təqdir edilmiş şey mütləq olar" .

"... Bir şey istəyincə Allahdan istə. Kömək tələb edəcəksənsə, Allahdan kömək dilə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə yığılsalar, bu faydanı etməyə qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığılsalar, buna da qadir ola bilməzlər".

Peyğəmbərimizin (səv) sünnəsinə itaət edən hər mömin də müsibət kimi görünən hadisələri onun kimi təvəkküllü qarşılamalı, hər şeydə bir xeyir və gözəllik olduğuna iman gətirməlidir. Allahın ən təqvalı qullarından biri olan peyğəmbərimiz hz. Muhəmməd (səv) çox böyük çətinliklərlə və əziyyətli hadisələrlə sınanmışdır.

Hər şeydən əvvəl təbliğat apardığı xalqın içərisində hər cür çətinliyi törətməyə hazır olan insanlar var: İkiüzlü davranaraq Peyğəmbərimizə (səv) tələ qurmağa çalışanlar, atalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, Peyğəmbərdən nəfslərinə uyğun ayə gətirməsini istəyənlər, Peyğəmbərimizi (səv) öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər, daha bir çoxları davamlı olaraq Peyğəmbərimizə (səv) mane olmağa çalışmışlar.

Peyğəmbərimiz (səv) inkarçıların bu rəftarlarına daim səbir etmiş, böyük qətiyyətlə Allahın dinini təbliğ etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin əsasında Allaha olan güclü imanı, təvəkkülü və təslimiyyəti dayanır. Peyğəmbərimiz (səv) hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman gətirmişdir. Peyğəmbərimizin (səv) bu hədisi onun hər şeydə xeyir görən təvəkkülünə bir nümunədir:

"Mömin insanın vəziyyəti necə də heyrətlidir. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu bir xeyirdir, bir zərər gəlsə səbir edər, bu da bir xeyirdir" .

Peyğəmbərimiz (səv) bu inancı ilə hadisələr qarşısında əlindən gələn bütün səyi göstərmiş, ancaq nəticənin Allaha aid olduğunu bilərək, Ona təvəkkül etmisdir. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və müvəffəqiyyətli etmişdir.

Allah çətinlik yaradanlara qarşı Peyğəmbərimizə (səv) təvəkkül etməsini bildirmişdir və Peyğəmbərimiz (səv) də həyatı boyu Rəbbimizin bu əmrinə uyğun olaraq davranmışdır. Ayədə belə buyurulur:

 

“Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” (Nisa surəsi, 81)

 

Mövzu ilə bağlı başqa bir ayədə də belə buyrulur:

 

“Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görür.” (Ali İmran surəsi, 20)

 

Peyğəmbərimiz (səv) bir sözündə isə təvəkkül edənlərin alacaqları mükafatı belə bir örnəklə açıqlamışdır:

"Siz Allaha haqqı ilə təvəkkül etsəniz quşlar kimi ruziləndirilərsiniz. Onlar ac gedər, tox qayıdarlar".

Hacı Nazif bəy. Qurandan bir ayə: " Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma ..." (İbrahim surəsi, 42)

Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin (səv) sözləri və rəftarıdır. Bu səbəbdən hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin Quran ayələrini, hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbərimizin (səv) təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təslim olduğunu xatırlamalıdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr