“Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur…” (Muminun surəsi, 78)
Qulağın quruluşundakı qızıl nisbət eşitmə prosesini necə mükəmməl edir? Səsin mənbəyini hər an necə təyin edirik?
İlbiz adlanan orqanın eşitmə prosesindəki rolu nədir?
Sənətkarlar, elm adamları və dizaynerlər tədqiqat apararkən və ya məhsul hazırlayarkən qızıl nisbətlə yaradılmış insan bədənini ölçü götürürlər. Leonardo da Vinçi və Korbüzye də əsərlərində qızıl nisbətlə yaradılmış insan bədənini ölçü götürüblər. Ancaq insan bədəninin quruluşunu dövrümüzə qədər bir çox elm sahəsi çərçivəsində tədqiq edənlər apardıqları riyazi təhlillər nəticəsində qulağın quruluşu ilə bağlı bu mühüm suallara cavab tapıblar.
Son illərdə aparılan bioloji tədqiqatlar göstərmişdir ki, insan orqanizmindəki qızıl nisbət təkcə insanın fiziki görünüşündə deyil. İnsan beyninin, sinir sisteminin, duyğu orqanlarının, ağciyər sisteminin və DNT-sinin lazımi funksiyalarını yerinə yetirməsi üçün də qızıl nisbət zəruridir. Buna görə, dövrümüzdə insan orqanzimindəki bir çox orqanın və sistemin bir-birilə uyğunluq içində işləməsinin qızıl nisbətlə yaxından əlaqəsi olduğunu düşünürlər.
Orqanizmimizdə bu əlaqənin çox açıq şəkildə göründüyü ilk yerlərdən biri eşitmə prosesini həyata keçirən qulağımızdır. Ancaq qulaqdakı həndəsi quruluşa keçməzdən əvvəl, eşitmə prosesinin necə baş verdiyini qısaca xatırlamağımız qızıl nisbətlə eşitmə arasındakı əlaqəni görmək baxımından vacibdir.
Eşitmə prosesinin baş verməsi üçün eşitmə sistemindəki qüsursuz uyğunluq
Qulağımızdakı eşitmə sistemində diqqət edilməli iki əsas cəhət var. Eşitmə prosesinin baş verməsi üçün əvvəlcə havadakı səs dalğaları toplanmalı, daha sonra bu səs dalğaları sinir impulslarına çevrilərək beyinə ötürülməlidir.
Ona görə, havadakı səs dalğalarını toplayan qulaq seyvanı ilə daxili qulağa gələn titrəyişlərin beyinə ötürülməsini təmin edən “ilbiz” arasındakı uyğunluq eşitmə prosesində mühüm rol oynayır. Ən əsası odur ki, eşitmə sistemi üzərində aparılan tədqiqatlar həm qulaq seyvanının, həm də ilbizin qızıl nisbətlə qurulmuş xüsusi formalar olduğunu göstərmişdir.
Qulaq seyvanı havadakı səs dalğalarını necə toplayır?
Qulaq seyvanının xarici çəpərini əhatə edən xarici qulaq keçəcəyinin qövsvari forması Fibonaççi sayı əsasında qurulmuş bərabərbucaqlı spiralvari qövs əmələ gətirir. Hamımız bilirik ki, qulağın bu forması bütün insanlarda eynidir.
Bəs qulaq seyvanındakı bu xüsusi həndəsi quruluşun qulağın havadakı səs dalğalarını toplama funksiyası ilə necə əlaqəsi var?
Qulaq seyvanındakı bərabərbucaqlı spiralvari formanın qulağın səs dalğalarını toplaması qulağın ən mükəmməl həndəsi formada yaradılması sayəsində baş verir. Buradakı mükəmməl quruluşu anlamaq üçün qulaq çəpərimizin formasını bir az dəyişdirmək kifayətdir. Əgər qulaqlarımızı əllərimizlə qabağa doğru itələsək, gələn səsin tezliyi eyni olsa da, gücü artacaq. Qulağımızı əlimizlə bir az arxaya doğru itələsək, eşitdiyimiz səsin gücü azalacaq və eşitməkdə çətinlik çəkəcəyik.
Ətrafdan gələn səsin tezliyində heç bir dəyişiklik olmasa da, qulağımızı hərəkət etdirdikdə eşitmənin artması və ya azalması qulaq seyvanındakı bərabərbucaqlı spiralvari qövsün formasının pozulmasından qaynaqlanır. Qulağımızın forması ilə eşitmə qabiliyyəti arasında birbaşa əlaqə olduğuna görə, qulaq seyvanına həndəsi forma verən Fibonaççi sayına əsasən təşkil olunmuş spiralvari qövsün eşitmədəki müvazinət ilə birbaşa əlaqəsi olduğunu deyə bilərik.
Eşitmə anında nələr baş verir?
Eşitmə prosesi əvvəlcə havadakı səs dalğalarının qulaq seyvanı tərəfindən toplanması ilə başlayır. Toplanan səs titrəyişləri qulaq pərdəsi ilə toqquşur, qulaq pərdəsi orta qulaqdakı xırda sümükləri titrədir və bu sayədə səs titrəyişləri mexaniki titrəyişə çevrilir.
Bu mexaniki titrəyişlər də daxili qulaqda yerləşən və “ilbiz” adlanan formanın içindəki mayeni titrədir. Nəticədə, bu maye titrəyişləri sinir impulslarına çevirərək beyinə ötürür və bunlar beyində səs kimi şərh olunur.
“İlbiz” adlı orqanın eşitmə möcüzəsindəki rolu
Eşitmə prosesində rol oynayan digər orqan isə “ilbiz” adlandırılan kokleadır. Kokleanın içində çox kompleks eşitmə mexanizmi yerləşir. İnsanın daxili qulağında səs titrəyişlərini sinir impulslarına çevirərək beyinə ötürən bu sümük orqanın 73 dərəcə 43 dəqiqəlik sabit bucaqlı spirala uyğun, içi maye ilə dolu olan xüsusi kanalları var. Kokleanın bu özünəməxsus anatomik formasının mənbəyi qızıl nisbət olduğuna görə, kokleanın spiralvari quruluşu ilə funksiyası arasında çox yaxın əlaqə var. Qızıl nisbətin funksiya ilə anatomik forma arasında daima tarazlıq əmələ gətirməsi və tarazlıq olan hər yerdə qızıl nisbətə rast gəlinməsi bu ölçünün uca Rəbbimiz tərəfindən yaradılmış möcüzəvi say olduğunu bir daha sübut edir. Bir Quran ayəsində bildirildiyi kimi, “… Bu, hər şeyi bacarıqla edən Allahın işidir…” (Nəml surəsi, 88)
Səsin mənbəyini hər vəziyyətdə necə təyin edirik?
Bu sual XX əsrin ikinci yarısındakı elmi fəaliyyətlərlə cavabını tapmışdır. D. Bato 1967-ci ildə qulaq seyvanının səs mənbəyinin yerini müəyyən etmədəki rolunu göstərdi. Bu rol belə açıqlanmışdır:
“Qulaq, seyvanı üzərindəki antenaya bənzər reseptor sistemi ilə ona çatan səsin istiqamətini təyin edərək xarici qulaqdan qulaq pərdəsinə yollayır”. (Batteau DW 1967 The role of the pinna in human localization.Proc R Soc Lond B Biol Sci. 1967 Aug 15;168(11):158-80)
“Qulaq seyvanında anadangəlmə və ya sonradan forması dəyişən insanlar üzərində bu tezisi təsdiqləyən fəaliyyətlər aparılmış və bu insanların səs mənbəyinin yerini müəyyən etməkdə çətinlik çəkdiyi aşkar edilmişdir”.
(Snow, Jr. James B, “The eEar” In Ballenger JJ, Snow JB Otorhinolaryn-gology Head and Neck Surgery, 15 th edition, syf 879 Williams Wilkins Press 1996)