Bir quşun özünü yaralı göstərərək düşmənlərindən xilas olacağını, bir həşəratın termit qoxusunu təqlid edərək termit yuvasında gizlənəcəyini, bir tırtılın kraliça qarışqanın səsini təqlid edərək qarışqa koloniyasında kraliça münasibəti görəcəyini bilməsi qeyrimümkündür. Uca Rəbbimiz təbiətdəki canlıların hər birini yaşadığı mühitə uyğun müxtəlif xüsusiyyətlərlə yaratmışdır. Bu xüsusiyyətlərdən biri də canlıların düşmənləri tərəfindən tanınmasının qarşısını almaq və yem tapmaq üçün yaradılan təqlid qabiliyyətidir. Təqlid müşahidə, diaqnoz, hafizə və nəticə çıxarma kimi ağıl tələb edən xüsusiyyətlərlə ortaya çıxan bacarıqdır. Bu bacarığın ən mühüm mərhələsi isə müşahidə aparmaqdır. Bir insanın səsini, qoxusunu və ya hərəkətlərini təqlid etmək üçün onu hərtərəfli təhlil etmək lazımdır. Müxtəlif mərhələlərdən keçən bu bacarıq milyonlarla il əvvəl ilk yaradıldıqları gündən bəri bəzi canlılar tərəfindən müdafiə və yem tapmaq məqsədilə istifadə edilir. Əslində, bu insanlar onlara bəxş edilən bu xüsusiyyətlər sayəsində müdafiə olunduqlarını və həyatlarını davam etdirdiklərini dərk etmirlər. Ancaq Uca Allahın ilhamı ilə onlara nemət kimi verilən bu xüsusiyyətlərdən ustalıqla istifadə edirlər. Sonsuz mərhəmət və elm sahibi Rəbbimiz canlılar üzərində təcəlli edən elmini ayədə belə bildirir:
Təqlid ustası quşlar
Venesuela meşələrində yaşayan patu quşu təqlid ustasıdır. Quşun tükləri və üstünə qonduğu ağacın qabığı bir-birinə çox bənzər yaradılmışdır. Bu cəhətdən canlının təbii kamuflyajı var. Kötüyün üstündə onu görmək çox çətindir. Bu xüsusiyyətindən əlavə, quş ağac kötüyünü sanki təqlid edir. Yanına yaxınlaşdıqca quş təqlidini daha da təkmilləşdirmək üçün hərəkətə keçir. Çox yavaş şəkildə quyruğunu endirir, onu ağac kötüyünün oyuğuna soxur. Beləcə, quşla ağacın birləşmə yeri bilinmir. Quşu ələ verəcək yeganə ipucu dimdiyi və gözləridir. Buna görə, eyni tərzdə yavaşca dimdiyini dik şəkildə göyə doğru uzadaraq başını qaldırır, gözlərini yumur və möhkəm gərilir. Quşdan 90 sm uzaqda olduqda belə quş hərəkətsiz və donuq durur. Bu sayədə ağac kötüyündən onu ayırd etmək qeyri-mümkün olur. Təhlükə uzaqlaşdıqda isə quş rahatlayır və təqlidinə son verir (David Attenborough, The Life of Birds, səh.164).
Balasını qorumaq üçün yaralı təqlidi edən qızıl quşu
Pataqoniyada yaşayan qızıl quşu yuvasını açıq sahələrdəki otlaqlarda qurur. Ana quşun qarnında böyüyən yumurtanın səthi yumurtlamazdan dərhal əvvəl torpaq naxışı ilə örtülür. Bu naxışlar yumurtanın kamuflyajı üçün yaradılan xüsusi müdafiədir. Beləliklə, yumurtalar otların arasında görünmürlər. Bir təhlükə, yırtıcı quş və ya insan yuvaya yaxınlaşdıqda isə qızıl quşu heyrətamiz təqlid nümayiş etdirir: quş yuvasından çıxaraq qaçmağa başlayır. Sonra otların üzərində yaralı və qanadı qırılmış quş təqlidi edir. Yad canlı ona doğru yaxınlaşdıqda yenidən qaçmağa başlayır. Aradakı məsafə açılarsa, dərhal yerə yataraq yaralı təqlidini təkrarlayır. Məqsədi yaxınlaşan düşmənin diqqətini yuvadan ayırmaqdır. Təhlükəni kifayət qədər uzaqlaşdırdıqda təqlid sona çatır. Qızıl quşu uçaraq yuvasına geri qayıdır. (Russel Freedman, How Animals Defend Their Young? səh.51 Harika Canlılar – 3 Belgeseli) Göründüyü kimi, quş burada möhtəşəm ağıl işlədir və təqlid nümayiş etdirir. Bu ağıl və bacarığın quşa aid olmadığı, quşun bütün bunları uca Rəbbimizin ilhamı ilə etdiyi aşkardır. Allahın canlılar üzərindəki hakimiyyəti bir Quran ayəsində belə bildirilmişdir:
Bayquşun müdafiə məqsədli təqlidləri
Bala bayquşu qorxutduqda çölə açılan qanadlarını və başındakı tüklərini çox iri görünənə qədər qabardaraq qorxuducu görkəm alır. Bir tərəfdən də böyük gözlərini sonacan açaraq dəvətsiz qonaqlara baxır. Bu sayədə bala bayquşun üzü daha böyük heyvanın üzü kimi görünür. Gözə bənzər xalları olan bayquşun (Glaucidium perlatum) başının arxasında diqqətçəkən gözləri olan təqlidi üz var. Uca Allahın bayquşa xüsusi bəxş etdiyi bu təqlidi üz arxadan gələn düşmənləri uzaqlaşdırır. (Prof. Peter JB Slater,The Encyclopedia of Animal Behaviour, səh.62)
Termitin qoxusunu təqlid edən həşərat
Yırtıcı redovid böcəyi (Salyarata varilgata) ağaclarda yaşayan termit növü ilə qidalanır. Ovunu tutma taktikası çox maraqlıdır. Əvvəlcə termit yuvasındakı qidaların arasında gizlənir. Termitlərin özünəməxsus qoxuları var. Termitlər kordur və yuvalarına girən düşmənlərini də qoxu fərqindən tanıyırlar. Termit yuvasında gizlənən redovid böcəyi də bir müddət sonra termit qoxusu verməyə başlayır, buna görə öz qoxusu bilinmir. Bu həşərat düşmənlərinə qarşı yırtıcı olan termitlərin hücumundan termit qoxusunu təqlid edərək qorunur.
Kraliça qarışqanın səsini təqlid edən tırtıl
Bir tırtıl növünün qarışqaların hücumundan xilas olmaq üçün kraliça qarışqanın çıxardığı səsləri təqlid etdiyi məlum olub. Oksford Universitetindən Ceremi Tomas və tədqiqat qrupunun apardığı və “Science” jurnalında dərc olunan araşdırmaya əsasən, maculinea rebeli növündən olan kəpənəyə çevrilən tırtıl növü düşmən qarışqalardan xilas olmaq üçün myrmica schenki növündən olan kraliça qarışqanın səsini təqlid edir. Beləliklə, qarışqaları “hipnoz edən” tırtıl işçi qarışqalar tərəfindən yuvaya aparılır və burada kraliça kimi qayğı görür. Qarışqa yuvalarının içinə miniatür mikrofon və səsgücləndirici yerləşdirən və kraliça qarışqanın işçi qarışqalara ünvanlanan səsini qeyd edib səsləndirən Tomas və tədqiqat qrupu kraliçanın səsini eşitdikdə bığcıqları havada və çənələri açıq saatlarla hərəkətsiz dayanan işçi qarışqaların tırtılın təqlid etdiyi səs qarşısında da eyni vəziyyətdə gözlədiyini görüblər. Tırtılın bu taktikası digər bəzi qarışqa növlərində işə yaramır. Başqa qarışqa növləri bəzi kimyəvi maddələr yayaraq maculinea rebeli tırtılını ifşa edə bilirlər.