Afrikada tapılan Homo erektus nümunələrinin ən məşhuru, Keniyadakı Turkana gölü yaxınlarında tapılan “Turkana Uşağı” fosilidir. Bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman təxminən 1.83 m boyunda olacağı müəyyən olunmuşdur. Fosilin dik skelet quruluşu dövrümüzdəki insan skeletindən fərqlənmir. Amerikalı paleoantropoloq Alan Valker “ortalama bir patoloqun bu fosilin skeletiylə, dövrümüzdəki insan skeletini bir-birindən fərqləndirməsinin çox çətin olduğunu” qeyd edir. Valker kəllə sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün “Neandertal kəllə sümüyünə həddindən çox bənzədiyini” yazır. Neandertallar insan irqidir. Bu səbəbdən Homo erektus da yenə insan irqidir.
Üstdəki tezisi müdafiə edən elm adamlarının gəldiyi nəticə, “Homo erectus, Homo sapiensdən fərqli bir növ deyil, Homo sapiens içindəki bir irqdir” şəklində də yekunlaşdırıla bilər. Bir insan irqi olan Homo erectus ilə “insanın təkamülü” ssenarisində özündən əvvəl gələn meymunlar (Avstralopitekus, Homo habilis və Homo rudolfensis) arasında isə böyük bir uçurum vardır. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar, təkamül prosesi keçirmədən, eyni anda və birdən ortaya çıxmışlar.