Hz. Mehdi insanlara o qədər bol mal paylayacaq və insanların ehtiyacları o qədər yaxşı qarşılanacaq ki, heç kim pulunu başqa bir yerə xərcləmək vəziyyətində qalmayacaq.
Hz. İmam Hüseyn (ə.s)-dən belə rəvayət olunmuşdur: "Bir-birinizin halını soruşub bir-birinizə lütf edin. And olsun dəni yarıb yaşıllaşdıran və canlıları yaradan Allaha ki, ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, HEÇ BİR KİMSƏ BİR DİNAR VƏ DİRHƏM XƏRCLƏMƏYƏ BİR YER TAPA BİLMƏYƏCƏK." (Yəni hz. Mehdinin zühur etdiyi zaman Allah Təalanın və vəlisinin (hz. Mehdinin) çox fəzlindən ötəri heç kim pulunu xərcləyəcək bir yer tapa bilməyəcək). (Ikdüd Dürer, səh. 236)
Peyğəmbərimiz deyir ki: Əbu Səid söyləyir:"...HZ. MEHDİ, O QƏDƏR COMƏRD BİR KİMSƏ OLACAQ Kİ, ONA MÜRACİƏT EDƏRƏK "MƏNƏ ONU LÜTF ET, BUNU LÜTF ET" DEYƏ YALVARANLARIN ƏTƏKLƏRİNİ DAŞIYA BİLƏCƏKLƏRİ QƏDƏR DOLDURARAQ LÜTF EDƏCƏK." (Tirmizi, İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 1699, səh. 171)
"Ümmətimdən hz. Mehdi çıxacaq. ALLAH TƏALA İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN ONU (HZ. MEHDİNİ) GÖNDƏRƏCƏK. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatatı çox olacaq. HZ. MEHDİ İNSANLARA BƏRABƏR ŞƏKİLDƏ BOL- BOL MAL PAYLAYACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
" AXIRZAMANDA Ü MMƏTİMDƏN BİR XƏLİFƏ (müsəlmanların mənəvi lideri olacaq bir şəxs) ÇIXACAQ, MALI SAYIB HESAB ETMƏDƏN İNSANLARA BOL- BOL PAYLAYACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
"HZ. MEHDİNİN ZAMANINDA ƏDALƏT O QƏDƏR BOL OLACAQ Kİ, ZORLA ALINAN HƏR MAL SAHİBİNƏ GERİ LÜTF EDİLDİYİ KİMİ, BİR İNSANIN BAŞQASINA AİD OLAN DİŞİNDƏ QALMIŞ BİR ŞEY BELƏ SAHİBİNƏ QAYTARILACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 54)
"İNSANLARA MALI VƏ ƏŞYANI PAYLAYARKƏN, SAYMADAN BOL- BOL PAYLAYACAQ."(El-Kavlu'lMuhtasar Fi Alamet-ilMehdiyy-ilMuntazar, səh. 21)
"HZ. MEHDİ ƏDALƏTLİ BİR HAKİM OLARAQ ÇIXACAQ... ƏŞYANI, MALI PAYLAYACAQ LAKİN, BOLLUQ SƏBƏBİNDƏN QƏBUL EDƏN OLMAYACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31)
"MALI BƏRABƏR BİR ŞƏKİLDƏ İNSANLARA PAYLAYACAQ." (El-Kavlu'lMuhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20)
"ÜMMƏTİM ARASINDA BİR XƏLİFƏ (müsəlmanların mənəvi lideri olan hz. Mehdi) OLACAQ, MALI SAYMADAN PAYLAYACAQ." (Kitab-ül Burhan fi Alamet-ilMehdiyy-il Ahir Zaman, səh. 15)
"ƏMİRLƏRİNİZDƏN BİR ƏMİR (HZ. MEHDİ) OLACAQ Kİ, MALI SAYMADAN SƏPƏLƏYƏCƏK. BİRİ ONDAN MAL İSTƏYƏNDƏ "AL GÖTÜR" DEYƏRƏK LÜTF EDƏR, O DA PALTARININ ƏTƏYİNİ YAYAR VƏ MALI DOLDURAR." (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 15)
"HZ. MEHDİ GƏLDİYİ ZAMAN MALI ÇOX PAYLAYAR..." (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 15)
"Ümmətim arasında HZ. MEHDİ ÇIXACAQ, ALLAH ONU İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN GÖNDƏRƏCƏK. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib-içəcək, ərz bitkisini çıxaracaq, MAL "SAHAH" ÜZRƏ (SƏVİYYƏ ÜZRƏ) VERİLƏCƏK." (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 15)
"O (HZ. MEHDİ), fitnələrin zühur etdiyi bir zamanda gələcək VƏ LÜTFKARLIĞI QARŞILIQSIZ OLACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
"MƏHƏMMƏD ÜMMƏTİNİN KÖNLÜ ZƏNGİNLİKLƏ DOLACAQ." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20)
"Onun dövründə ümmətin bəzi yaxşıları və pisləri MİSLİ ƏSLA GÖRÜLMƏMİŞ ŞƏKİLDƏ BİR ÇOX NEMƏTLƏRƏ SAHİB OLACAQ. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq." (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 21)
…Abdi Xeyirdən: Əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissalamın belə buyurduğunu eşitdim: "Rəsulullah (səllallahu əleyhi və alih) mənə belə buyurdu: "... (HZ. MEHDİ) Yer üzü zülm və cəfa ilə dolduqda çıxacaq və onu ədalət və bərabərliklə dolduracaq. BİRİ ONUN (HZ. MEHDİNİN) YANINA DƏFƏLƏRLƏ GƏLƏCƏK VƏ ONUN YANINDA ÇOXLU MAL OLACAQ VƏ O ADAM DEYƏCƏK Kİ: "EY HZ. MEHDİ! MƏNƏ BU MALDAN LÜTF ET." DEYƏCƏK Kİ: "İSTƏDİYİN QƏDƏR NEMƏT LÜTF ETDİM." (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 97-98)
Hz. Mehdi (ə.s)-ın zühur və qiyamında... HƏR KƏS EHTİYACI OLAN ŞEYİ, HEÇ BİR MANEƏ TÖRƏTMƏ OLMADAN BAŞQA BİRİNİN CİBİNDƏN GÖTÜRƏCƏK. (El-İhtisas (Şeyh Müfid), səh. 24)
Hz. Mehdi (ə.s)-in zamanında MÖMİNLƏR, BİR-BİRLƏRİYLƏ ETDİKLƏRİ RƏFTARLARDA MƏNFƏƏT ƏLDƏ ETMƏYƏCƏKLƏR. (Vesail'üş Şia, Ticaret babları)
"HZ. MEHDİ (Ə.S) BAŞQALARININ İSTƏYİNİ YERİNƏ YETİRƏCƏK, ONLARA MAL PAYLAYACAQ VƏ BƏXŞİŞ VERƏCƏK. Öz dövlətinin idarəçilərinə və məmurlarına çox sərt davranaraq ciddiyyət göstərəcək. GÜCSÜZLƏRƏ VƏ KASIBLARA ŞƏFQƏTLİ VƏ MEHRİBAN DAVRANACAQ." (El-Mehdiyy-il Mev'ud..., 1-ci cild, səh. 276-277)
"HZ. MEHDİ (Ə.S) ÖZ DÖVLƏTİNİN İDARƏÇİLƏRİNƏ SƏRT DAVRANACAQ, MİSKİNLƏRƏ QARŞI ŞƏFQƏTLİ VƏ YOXSULLARA QARŞI COMƏRD OLACAQ. Hz. Mehdi (ə.s)-ın əlaməti budur." (El-Mehdiyy-ilMev'ud..., 1-ci cild, səh. 276-277)
"HZ. MEHDİ (Ə.S) KASIBLARA QARŞI ELƏ BİR ŞƏKİLDƏ DAVRANACAQ Kİ, öz əliylə onların ağzına yağ və bal qoyacaq." (El-Mehdiyy-il Mev'ud..., 1-ci cild, səh. 297)
"HZ. MEHDİ (Ə.S) HƏR HAQQ SAHİBİNİN HAQQINI ALIB ÖZÜNƏ VERƏCƏK, hətta əgər birinin haqqı başqasının dişləri arasında olsa belə, haqsızlıq edən və zorla alan insanın dişləri arasından onu çıxaracaq və haqqı sahibinə qaytaracaq." (El-Mehdiyy-il Mev'ud..., 1-ci cild, səh. 279-282-283)
"YER ÜZÜNDƏ ONUN (HZ. MEHDİNİN) ƏDALƏT VƏ LÜTFKARLIQ BƏRƏKƏTİNDƏN FAYDALANMAYAN BİR YER QALMAYACAQ, hətta heyvanlar və bitkilər belə bu bərəkət, ədalət, haqlılıq və yaxşılıqdan faydalanacaq." (Bihar'ül Envar, 10-cu cild. Bu mövzuda çox və məşhur hədislər mövcuddur)
HZ. MEHDİ (Ə.S)-IN ZAMANINDA HƏR KƏS ZƏNGİN VƏ EHTİYACSIZ OLACAQ. (Bihar'ül Envar, 51-ci cild, səh. 146)
"ALƏMİN BÜTÜN SƏRVƏTİ HZ. MEHDİ (Ə.S)-IN YANINDA TOPLANACAQ; (yerin altında və üstündə olan bütün zənginliklər) Daha sonra hz. Mehdi (ə.s) insanlara lütf edəcək və "Gəlin, alın bunları" deyəcək. Daha sonra HƏR KƏSƏ, O GÜNƏ QƏDƏR GÖRÜLMƏMİŞ BİR BƏXŞİŞ VERƏCƏK."(İlel'üş Şerayi (Şeyh Saduk). (Bihar'ül Envar, 51-ci cild, səh. 29)
HZ. MEHDİ (Ə.S)-IN ZAMANINDA TARLALAR ÇOX MƏHSUL VERƏCƏK, HƏR KƏS HZ. MEHDİ (Ə.S)-IN YANINA GƏLİB "MƏNƏ SƏRVƏT, MAL LÜTF ET" DEYƏCƏK. HZ. MEHDİ (Ə.S) DA DƏRHAL "LÜTF ETDİM" DEYƏ BUYURACAQ. (Keşf'ül Gumme (İrbili). Kifayet'üt Talib (Kenci Şafii). Bihar'ül Envar, 51-ci cild, səh. 88)
HZ. MEHDİ (Ə.S) MALLARI HƏR KƏSİN ARASINDA BƏRABƏR ŞƏKİLDƏ BÖLƏCƏK. (Batının Güneşi, on üçüncü fəsil )
ONUN (HZ. MEHDİNİN) ZAMANINDA HƏR KƏS RİFAH, DİNCLİK VƏ BƏNZƏRSİZ BİR NEMƏT BOLLUĞUNA QOVUŞACAQ, HƏTTA HEYVANLAR BELƏ ÇOXALACAQ VƏ RAHAT OLACAQLAR. Yer üzü çox bitki yaşıllaşdıracaq. Çayların suları çoxalacaq. Yer altındakı xəzinələr, sərvətlər və digər mədənlər çıxarılacaq. (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh: 264, 275, 277, 285, 287, 288, 311, 318, 2-ci cild, səh. 11)
Ondan (hz. Mehdidən) yer və göy əhli razıdır. O (HZ. MEHDİ) MALI BÖLƏR... VƏ ÜMMƏTİ MƏHƏMMƏD (S.Ə.V)-İN ÜRƏKLƏRİNİ ZƏNGİNLİKLƏ DOLDURAR VƏ ƏDALƏTİ ONLARI ƏHATƏ EDƏR. (Hz. Ebu Said el Hudrir.a. / Ramuz El-Ehadis 1-ci cild, Səh 7, No:7) (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
Əbu Səid Hudri də Peyğəmbər (s.ə.v)-in minbər üzərində belə buyurduğunu nəql edir: "Əhli-Beytimdən olan vəd edilmiş HZ. MEHDİ (Ə.S) AXIRZAMANDA ZÜHUR EDƏCƏK. GÖY ONA YAĞIŞINI YAĞDIRACAQ VƏ YER ONA BİTKİLƏRİNİ BİTİRƏCƏK. İnsanlar yer üzünü zülmlə doldurduqdan sonra, o yer üzünü ədalətlə dolduracaq." ((Bihar-ul Envar, 51-ci cild, səh. 74, İsbat-ul Hudat, 7-ci cild, səh. 9)
Kahili deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, DİRHƏM VƏ DİNARINIZI QOYACAQ BİR YER TAPA BİLMƏYƏCƏKSİNİZ, YƏNİ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN SONRA ALLAHIN VƏ HZ. MEHDİ (Ə.S)-IN FƏZLİ VƏ LÜTFÜ SAYƏSİNDƏ XALQ ELƏ ZƏNGİN OLACAQ Kİ, PULLARINI XƏRCLƏYƏCƏK YER TAPA BİLMƏYƏCƏK."(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 170)