Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində müsəlmanların diqqətləri "dilbaz münafiqlər" olaraq xarakterizə etdiyi kəslərə çəkmişdir. Bilindiyi kimi, münafiqlər müsəlmanlar arasında hiyləgər kimi yaşayıb onlara özlərini müsəlman kimi tanıdan, onların imkanlarından istifadə edən və mənfəət qazanmaq məqsədində olan kəslərdir. Əslində Allaha iman etmədikləri halda özlərini iman etmiş kimi göstərən münafiqlər hz. Mehdi (ə.s) dövründə də, hz. Mehdi (ə.s)-ın 313 nəfərdən ibarət camaatı içində də olacaqlar. Necə 1400 il əvvəl sevimli Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrinə qarşı münafiqlik içində olarlarsa, eyni şəkildə hz. Mehdi (ə.s) və camaatındakı səmimi müsəlmanlara qarşı da eyni hiyləgər hərəkətlərlə İslama qarşı mübarizə edəcəklər. Günah, fəsad və qarışıqlıq çıxarmaq, müsəlmanları bir-birlərinə qarşı qoymaq, dini və müsəlmanları (haşa) özlərincə lağ etmək kimi üsullar istifadə edərək İslama qarşı mübarizə edəcəklər.
Quranda münafiqlərin danışma üslubları Allahın diqqət çəkdiyi bir istiqamətləridir:
Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində ayədə olduğu kimi münafiqlərin bu tərəflərinə diqqət çəkmişdir. Danışılan kəslər danışqanlıqlarını və hazırcavablılıqlarını dinin lehinə deyil, İslamın əleyhinə istifadə edərlər. Din və müqəddəs dəyərlərlə əlaqədar olaraq lağ üslubuna keçərlər, nalayiq zarafatlar edərək insanları güldürmə səyi içində olarlar. Ancaq bu etdikləriylə əslində Qurana və Allahın dininə qarşı hiyləgərcəsinə mübarizə edər və inkar edənlərin müsəlmanlara qarşı etdikləri mübarizədə onlara dəstəkçi olarlar.