Quranda İslam əxlaqının dünyaya hakim olacağı müjdələnmişdir. Bu ayələrdə mehdiyyətdən bəhs olunur
ucgen

Quranda İslam əxlaqının dünyaya hakim olacağı müjdələnmişdir. Bu ayələrdə mehdiyyətdən bəhs olunur

1631

Fərasətlə və bəsirətlə baxan hər kəs, mehdiyyətin Quranı əhatə edən bir mövzu olduğunu açıqca görər.

Allah Quranda İslam əxlaqının yer üzünə hakim olacağını müjdələmişdir. İslam əxlaqı dünyaya hakim olduqda müsəlmanların mənəvi lideri, başlarında olan öndəri hz. Mehdi (ə.s) olacaq. İslam əxlaqının bütün dünyaya hakim olmasının hz. Mehdi (ə.s) vəsiləsi ilə bu əsrdə reallaşacağı hədislərdə açıqlanmışdır. Bu səbəbdən İslam əxlaqının hakimiyyətindən bəhs edən hər ayə, mehdiyyətdən bəhs edir.

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir...” (Nur surəsi, 55)

“...onların ardınca sizi yer üzündə xələflər etdik…” (Yunis surəsi, 14)

Rəbbimiz müsəlmanlara bir söz vermişdir və Allah, Quranın bir çox ayəsində “Allahın sözündən əsla dönməyən olduğunu” xəbər vermişdir. Elə isə Allahın bu ayədəki sözü də qəti olaraq reallaşacaq. Həqiqətən səmimi iman əxlaqı yaşandığı təqdirdə, Allah inananları yer üzünün hakimi edəcək. İslam əxlaqı bütün dünyaya yayılacaq, dünyadakı qorxu mühiti ortadan qalxacaq; yerinə güvən, hüzur, sevinc dolu günlər gələcəkdir. Döyüşlər, qırğınlar, terror və anarxiya sona çatacaq; haqqlarına təcavüz edilən, zülmə uğrayan məzlum insanlar qurtuluş tapacaqlar.

Allah bu vədini açıqlayarkən, “sizdən əvvəlkiləri necə güc və iqtidar sahibi etdisə” deyə bildirmişdir və Quranda bizdən əvvəlki dövrlərdə dünyaya hökm etmiş, hakim olmuş bu kəslərin hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s) olduğu xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) də, Quranda keçən bu vədə görə, hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s) kimi dünyaya İslam əxlaqını hakim edəcək üçüncü şəxsin hz. Mehdi (ə.s) olduğunu xəbər vermişdir:

“Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək”. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiy-il Muntazar, səh.29)

“Bütün yer üzünün məliki dörddür. Onların ikisi: Zülqərneyn və Süleyman möminlərdən, digər ikisi, Nəmrud və Buhtunnasr kafirlərdəndir. Yerə beşinci olaraq əhli beytimdən biri sahib olacaq. Yəni Mehdi”. (Mektubat-ı Rabbani, 2/1163)

İnşaAllah Rəbbimiz vəd etmişdir; vəd etdiyi üçün mütləq reallaşacaq: Allahın icazəsi ilə hz. Mehdi (ə.s) İslam əxlaqını bütün dünyada hakim edəcək, bütün inananlar birlik olacaq, dünyada qardaşlıq, hüzur və barış anlayışı tam mənası ilə təsis ediləcək.

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə “Mənim əməlisaleh qullarım varis olacaqlar”. (Ənbiya surəsi, 105)

Quran, Allahın əsla dəyişməyəcək, qəti sözünü bildirən haqq kitabdır və Allah “səmimi iman edən müsəlmanları mütləq dünya hakimi edəcəyini, İslam əxlaqının dünyanın hər yerinə yayılacağını” vəd etmişdir. Allahın bu sözü, Qurandan əvvəlki haqq kitablarda da bildirilmiş qəti bir vəddir.

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)

Allah inanan qullarını Öz Qatından “bir kömək” “bir qələbə” ilə müjdələmişdir. “Qələbə, hakimiyyət”dir. Elə isə Allahın bu köməyi və bu qələbə mütləq gerçəkləşəcək. Mənəvi bir qələbə reallaşacaq və insanlar imana yönələcəklər. Rəbbimiz bu kömək və qələbə nəticəsində dünyadakı insanların “dəstə-dəstə”, yəni “çox böyük kütlələr halında” “haqq din olan İslama dönəcəklərini” “İslam əxlaqının bütün dünyaya hakim olacağını” müjdələmişdir.

“Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ”. (Saff surəsi, 13)

Rəbbimiz müsəlmanları çox sevinəcəkləri böyük bir nemət ilə müjdələdiyini xəbər verir: Allah tərəfindən kömək və yaxın qələbə”. Bu qələbə, mənəvi bir qələbədir. Müsəlmanların həsrətlə gözlədikləri Allahın vədi gerçək olacaq, Allahın köməyi ilə bütün dünya hidayət tapacaq. Allah dünyanın dörd bir tərəfində əzilən, zülmə uğrayan, təzyiq altında tutulan, dinlərini yaşamalarına maneə törədilən müsəlmanlara qəti olaraq köməyini çatdıracağını vəd etmişdir. Allah onlara zəfər və qələbə verəcəyini; yəni “onları üstün edəcəyini” bildirmişdir. “İslam əxlaqı bütün dünyaya hakim olacaq, müsəlmanlar Allahın köməyi, zəfər və qələbə ilə qalib gələcəklərdir”.

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Axırzaman dünyanın ən şiddətli şəkildə pozulmağa uğradığı bir dövrdür. İnsanların vicdani olaraq, əxlaqi olaraq ən çox korlandığı, dünyada döyüş və qarışıqlıq mühitinin, qırğın və cinayətlərin ən üst səviyyələrə çatdığı illərdir. Bax bu mənzərə qarşısında bir çox insan, barışdan, sevgi, şəfqət və xoşgörüşün yenidən yer üzünə hakim olmasından tamamilə ümidini kəsmişdir. Halbuki Allah vəd etmişdir. Qullarına söz vermişdir. “Həqiqətən, onlara kömək göstəriləcəkdir” deyə bildirmişdir. “Allahın köməyi şübhəsiz ki, reallaşacaq və gözəl əxlaq, sevgi, barış mütləq dünyaya hakim olacaq”. Çünki Allah doğru yolda olan qullarına “zəfər vəd etmişdir” və Allah ayənin davamındakı “mütləq” sözüylə, bu vədində heç bir şübhəyə yer olmadığını da bildirmişdir. Bu zəfər və qalibiyyət mütləqdir. Allah, sonda “üstün gələcək olan tərəfin” inkar edənlər deyil, inşaAllah “Allah tərəfdarları olduğunu” müjdələmişdir.

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Allahdan başqa bir qüvvə və güc yoxdur. Dünyadakı bütün hadisələrə, bütün insanlara hökm edən Allahdır. Allah “Mən və elçilərim hökmən qalib gələcəyik!” demişdir. Allahın sözünü dəyişdirə biləcək başqa heç bir güc yoxdur. Allah, bu qalibiyyət və hakimiyyətə elçilərini vəsilə edəcəyini bildirmişdir. İçərisində olduğumuz Axırzamanda isə, Allahın, “Hadi” adını təcəlli etdirərək insanları hidayətə yönəltməklə vəzifələndirdiyi, “Xatəm-ül vəli” etdiyi adam isə hz. Mehdi (ə.s)-dır. Hz. Mehdi (ə.s) Allahın elçisi olaraq bütün inkarçı düşüncə və sistemlərə qarşı fikirlə qalib gələcək, dünyaya İslamı, Quran əxlaqını, sevgi və barışı hakim edəcək.

“Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir”. (İbrahim surəsi, 47)

Bəzi insanlar dünyadakı qarışıqlığın heç cür sona çatmayıb gedərək şiddətlənməsindən ötrü ümidsizliyə qapılırlar. Allaha, Qurana iman etdiklərini söylədikləri halda, Allahın vədlərini unudur və qurtuluşun heç reallaşmayacağına inanırlar. Rəbbimiz qəflətə qapılan bu insanları xəbərdar edir. “Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma” sözü ilə Allah vədinin qəti olduğunu bildirir. “İslam əxlaqı qalib gələcək, bütün dünyaya fikirlə hakim olacaq”. Dünyadakı pozğunluq sona çatacaq, yer üzü Quran əxlaqının ən mükəmməl şəkildə yaşandığı bir gözəllik yurduna çevriləcək və Allah elçilərini də buna vəsilə edəcək.

“Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur”. (Saff surəsi, 9)

İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)

Dünyada hökm sürən batil və azğın inanclar nə qədər geniş şəkildə qəbul edilmiş olsa da, Allah bunların mütləq sona çatacağını müjdələmişdir. Təhrif olmuş, pozğunluğa uğramış köhnə haqq dinlər; darvinizm, materializm, ateizm kimi azğın ideologiyalar; Allaha şirk qoşan, xurafatçı və mövhumatçı düşüncələrlə dini dəyişdirməyi əsas alan bütün batil düşüncələr ortadan qalxacaq. Gerçək İslam əxlaqı bütün bu azğın fikirlərə qarşı üstün və qalib gələcəkdir. Sonda dünyaya hakim olan Quran əxlaqı və səmimi iman olacaq.

“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur”. (Tövbə surəsi, 33)

Gerçək İslam əxlaqının dünyaya hakim olmasının ən böyük maneələrindən biri də “möhvumatçılıq”dır. Dini Quranda izah edilən və Peyğəmbərimiz (s.ə.v)-in təbliğ etdiyi şəklindən dəyişdirərək öz azğın inanclarına uydurmağa çalışan xurafatçı anlayış, “gerçək Quran əxlaqı”nın izah edilməsinə, sevilib mənimsənməsinə və dünya səviyyəsində yayılmasına qarşı çox ciddi mübarizə aparır. Ancaq Allah, bu çətin mübarizənin gerçək Quran əxlaqının zəfəri və dünya hakimiyyəti ilə nəticələnəcəyini bildirmişdir. Dünyadakı Allaha şirk qoşan bütün azğın inancların var gücləri ilə etiraz etməsinə baxmayaraq, Allahın vədi geçəkləşəcək, İslam əxlaqı, bütün azğın inanclara, ideologiya və fikirlərə mənəvi olaraq üstün gəlib hakim olacaq.

“və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Allah “o yerdə, yəni dünyaya” “sakin edəcəyik” buyurur. Allah bunun, Özündən çox qorxub çəkinən qullarına Qatından bir lütf, nemət və müjdə olduğunu ifadə edir. İndiki vaxtda dünyanın dörd bir tərəfində inananlar Allahdan kömək diləyir, yaşadıqları sıxıntı və çətinliklərdən özlərini qoruyub qurtarması üçün Allaha yalvarırlar. Zülm edənlərin hökmranlığının sona çatmasını Allahdan istəyirlər. Bax Rəbbimiz ayədə, insanların istədiyi bu mənəvi qələbənin reallaşacağını; zülm edənlərin hakimiyyətinin və əziyyətlərinin şübhəsiz sona çatacağını müjdələyir. Sonda dünyada qalib gəlib hakim olacaq olan, mütləq İslam əxlaqıdır.

“Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir”. (Yunis surəsi, 103)

Çətinliklər, sıxıntılar, dünyadakı qarşıdurma və qarışıqlıq mühiti Allahın insanların sınanması üçün yaratdığı xüsusi vəziyyətlərdir. Allah bu çətinliklərlə qarşılaşdıqlarında, Özünə könüldən iman edən səmimi qulları üçün mütləq qurtuluş vəd etmişdir. Bu Allahın qəti bir adətullahıdır. Tarix boyunca bütün elçilər, bütün müsəlmanlar bu çətinliklə sınanmış, ancaq sonunda mütləq Allahın köməyi ilə qarşılıq tapmışlar. Bax Axırzamanda da Allahın bu adətullahı eyni şəkildə təcəlli edəcək. Allah elçilərini və gerçək inananları mütləq qurtaracaq, qalib və üstün edəcək. Rəbbimiz bu köməyin, qəti və haqq bir vəd olduğunu bildirmişdir.

 “... Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir”. (Fəth surəsi, 27)

 “... Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər”. (Rad surəsi, 42)

De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” (Taha surəsi, 135)

Allah ayələrdə çox əhəmiyyətli bir həqiqəti xatırlatmaqdadır: “Allah insanların bilmədiklərini biləndir”. Bu həqiqəti düşünməyən bəzi insanlar dünyanı, hadisələri, insanları, meydana gələ biləcək mümkün irəliləyişləri yalnız öz gördükləri, eşitdikləri və bildikləri ilə qiymətləndirirlər və dünyanın hazırkı halına baxdıqlarında da bir çox insan belə bir korlanma və pozğunluğun tam ziddi olan düzəlməyə çevrilməsinin mümkün ola bilməyəcəyini düşünürlər. Halbuki bax bu, Allahın yaratdığı imtahanın bir sirridir. Allah insanların bilmədiklərini biləndir. Gələcəkdə olacaqları bilən də yalnız Rəbbimizdir və Allah bu dünyanın sonunun korlanma və pozğunluq deyil, Qızıl əsr şəklində bir gözəllik, sülh, xoşbəxtlik, rifah, sevinc mühiti olduğunu ifadə etmişdir. Allah bu dünyanın möminlərin zəfəri və mənəvi hakimiyyəti ilə, İslam əxlaqının hökm sürməsi ilə nəticələnəcəyini vəd etmişdir. Allah bu həqiqətə ehtimal verməyən, ya da inanmayan insanların da bu gözəl sona şahid olacaqlarını xatırlatmışdır.

“Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər”. (Şuəra surəsi, 227)

Dünyadakı zülmün və zülm sahiblərinin hakimiyyəti, bu hakimiyyətin heç sarsılmayacaq kimi güclü olması insanları yanıltmamalıdır. Rəbbimiz bu zülm hökmranlığının, mütləq “yıxılmaq üzrə yaradıldığını” xəbər vermişdir. Zülm etməkdə olanlar mütləq Allahın əzabı ilə qarşılıq görəcək və səmimi iman edənlər mütləq bu kəslərə üstün gələcəklər. Allah, “səmimi iman etdikləri, saleh əməllər etdikləri və Allahı çox zikr etdikləri” təqdirdə, bu zülmün ardından müsəlmanlara mütləq “qəti bir zəfər” verəcəyini vəd etmişdir və Allah ayədə bu zəfərin “çox yaxın” olduğunu da bildirmişdir.

“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18)

“Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. (Yunis surəsi, 82)

Allah dünya həyatında imtahanın bir gərəyi olaraq hər şeyi təzadları ilə bir yerdə yaratmışdır. Rəbbimiz insanların ən doğru olanı vicdanları ilə görüb haqqdan yana rəftar sərgiləmələrini istəmişdir. Bax buna görə də dünyada haqq din ilə birlikdə çox azğın inanc, düşüncə və ideologiya da vardır və Allah əksəriyyətin bu azğın fikirlərdən yana olacağını da bildirmişdir. Ancaq nəticə mütləq haqqdan yana olacaq. Allah haqq düşüncənin, yəni Quran əxlaqının, bütün bu batil fikirlərə mütləq üstün gələcəyini vəd etmişdir. Hər nə qədər bu fikirlər hakim mövqedə olsa da, yenə də nəticə dəyişməyəcək. Batil olan mütləq yox olacaqdır. Haqq olan isə hər vaxt mütləq qalib gələcəkdir.

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar”. (Tövbə surəsi, 32)

“Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır”. (Saff surəsi, 8)

Rəbbimiz Quranda çox əhəmiyyətli bir məlumat vermişdir: Bəzi insanlar haqqın üstünü örtmək üçün mübarizə aparacaqlar. Bunun üçün yazılı, vizual hər cür imkandan istifadə edərək haqqı yox etmək üçün təbliğat aparacaqlar. Ancaq ayələrə görə, bu heç bir şəkildə mümkün deyil. Çünki “Allah qullarına, nurunu tamamlayacağını vəd etmişdir”. Allahın nurunu tamamlaması, İslam əxlaqını bütün dünyaya hakim etməsiylə olacaq inşaAllah... Allahın ayədə ifadə etdiyi “tamamlama” ifadəsi çox əhəmiyyətlidir. Çünki Rəbbimiz yalnız müəyyən bir əksəriyyətin İslam əxlaqını yaşayacağını deyil, bu təbliğin tam olaraq nəticə tapacağını və bütün insanların hidayət tapacağını müjdələyir.

“Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir”. (Əhzab surəsi, 27)

“Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik...” (Əraf surəsi, 137)

“Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər”. (Zumər surəsi, 61)

Dünyada həqiqi inananların sayı az, inkar edənlərin sayı isə çoxdur. Bu, Allahın Quranda bildirdiyi bir adətullahıdır. Bu səbəblə indiki vaxtda da dünyanın müxtəlif yerlərində səmimi iman etmiş bir çox insan inkar edənlərin təzyiq, zülm və əziyyətləriylə qarşı-qarşıya qalır. Bir çoxu yurdlarından sürgün edilir, malları qəsb edilir, hər cür insani və hüquqi haqları əllərindən alınır, əsir alınır, hətta şəhid edilirlər. Ancaq Rəbbimiz məzlum insanların məruz qaldığı bu acı və çətinliklərin mütləq və mütləq sona çatacağını vəd etmişdir. Allah bütün bu çətinliklərin sonunda yer üzünün dörd bir tərəfinə həqiqətən iman etmiş səmimi müsəlmanların varis olacağını xəbər vermişdir. “yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə” sözləriylə Rəbbimiz, iman edənlərin bu mənəvi hakimiyyətinin “dünyanın hamısını əhatə edəcəyini” bildirmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo