Hz. Mehdi (ə.s)-ın ''üzərində Allahın adının yazıldığı, sarı-ağ bayraqları'' dünyanın dörd bir tərəfini əhatə edəcək
ucgen

Hz. Mehdi (ə.s)-ın ''üzərində Allahın adının yazıldığı, sarı-ağ bayraqları'' dünyanın dörd bir tərəfini əhatə edəcək

1530
Belə rəvayət edilmişdir: "Bu şübhəsiz ki, Axırzamanda məğrib məmləkətinin ən uzaq mövqeyindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaq. Və ön tərəfində qırx mil məsafə olaraq kömək ediləcək. Hz. Mehdi (ə.s)-ın bayraqları ağ və sarıdır. İçində xətlər olar. Bayraqlarında Allahın adı yazılmışdır. Onun bayrağı altındakı heç bir birlik məğlub edilməz. (İmam Şarani, Ölüm Kıyemet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti’l Kurtubi), səh. 438)        

Hədisdə Axırzamanda hz. Mehdi (ə.s)-ı insanlara tanıdacaq xüsusiyyətlərdən birinin hz. Mehdi (ə.s)-ın istifadə edəcəyi "sarı-ağ bayraqları" olduğu xəbər verilmişdir. Həmçinin, "bu bayraqların içində xətlər olacağı və üzərində də Allahın adının xatırlandığı yazılar olacağı" da ifadə edilmişdir.

Hədisin izahatından bu xüsusiyyətlərin hz. Mehdi (ə.s)-ın insanlara İslam əxlaqını təbliğ etdiyi kitablara işarə etdiyi aydın olur. Bu kitablar ağ səhifələrdən ibarət olacaq, sarı-qızılı rəngli bəzəkləri olacaq və kitabın içində də yazılar, bu yazıları əhatə edən kənar çərçivələri olaraq istifadə edilən kənar xətləri, rəsmlər və şəkillər olacaq. Və Allahın adı kitabın hər yerində yazılı olacaq; Allahın böyüklüyü və ucalığı bu kitablarda çox təfərrüatlı olaraq izah ediləcək. Həmçinin, hədisdə “bayraq” bənzətməsi kimi izah edilən bu kitablar, elə bil bir ordunun bayraqları,sancaqları kimi, çatdığı hər yeri mənəvi fəth etmiş olmasının bir əlaməti olaraq, hz. Mehdi (ə.s)-ın mənəvi, mədəni baxımdan və məlumat cəhətdən fəth etdiyi; yəni ateistliyi məğlub etdiyi hər yerdə olacaq.

Hədisdə "onun bayrağı altındakı heç bir birlik məğlub edilə bilməz" sözləriylə də, hz. Mehdi (ə.s)-ın bu əsərlərin çatdığı hər yerdə məğlub edilə bilməz bir təsir buraxaraq, İslam əxlaqının yer üzündə hakim qılınmasına vəsilə olacağına işarə edilmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo