Dünyaca məşhur elmi jurnal və Washington Posts kimi qəzetlərdə eyni vaxtda nəşr olunan xəbərdə dənizlərin dərinliklərində yaşayan sulfid bakteriyalarının 2,3 milyard il boyunca heç bir dəyişikliyə məruz qalmadan bu günə qədər gəlib çıxdığından bəhs olunurdu.
Bu sirli canlı haqqında bəzilərində təəccüb ehtiva edən, bəzilərində də çarəsiz çırpınışların əks olunduğu “Bioloqlar 2,3 milyard illik təkamül keçirməmiş sulfid bakteriyası tapdılar”, “2 milyard il ərzində heç dəyişməyən bakteriyalar təkamül üçün sual işarəsidir.”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” kimi başlıqlar atıldı.
Biz də bu yazımızda yaradılışa dəlil olan, darvinizmi isə bitirən bu xəbərdən bəhs edəcəyik.
Elm adamlarının bəzi yerlərdə dolayı cümlələrdən istifadə etsələr də, “canlılar aləminin 2 milyard il ərzində təəccüblü şəkildə dəyişmədiyi”ni ifadə etmələri diqqətçəkici məqamlardan biridir:
“Okeanların altında tarixin ən keçmiş dövrlərinə aid bakteriya koloniyası min illərdir heç dəyişiklik keçirmədən mövcuddur. Bu dəniz canlıları ətraf mühitlərində dəyişiklik olsa da, özlərində “qətiyyən təkamül baş vermədiyini” göstərirlər. Kükürd çevrilməsi edərək yaşayan bu bakteriyaların eyni formaları fosil qalıqlarında iki ayrı yerdə tapıldı və indiki dövrdə hələ də yaşayırlar. Liflər halında olan bu mikroblar 2.3 milyard yaşında Qərbi Avstraliyada fosilləşmiş palçıq içində təsbit edildi. Eyni növ koloniyalara 1.8 milyard illik qaya təbəqələrində Çili və Cənubi Afrika sahillərində də rast gəlinmişdi. New South Wales universitetinin professoru Malkom Votə (Malcolm Water) “Fosillərin içində gördüyümüz bu mikroblar demək olar ki, indiki dövrümüzdə okeanlarda gördüklərimiz ilə eynidir” deyə açıqlama verdi. “Formaları eynidir və eyni kimyəvi əməliyyatları icra edirlər.””
Göründüyü kimi, sulfid bakteriyalarının 2 milyard ildən çox müddət ərzində heç dəyişməməsi “təkamül yoxdur” şəklində etiraf edilir, ancaq digər tərəfdən də bu elmi həqiqət “ətraflarında dəyişiklik baş verməsinə baxmayaraq” “demək olar ki” kimi əlavələr edilərək, yəni demaqoqluq ilə ört-basdır edilməyə çalışılırdı. Hətta bəzi yerlərdə təkamülün olmaması “darvinizmə zidd deyil” kimi özlüyündə ziddiyət təşkil edən ifadələr işlədilirdi.
Dəyişikliyin olmaması nə deməkdir?
Təkamül nəzəriyyəsi canlıların indiki dövrə qədər dəyişərək gəldiyini iddia edir, beləliklə də, dəyişiklik yoxdursa təkamül deyə bir proses yaşanmayıb deməkdir. Belə ki, canlılar aləminin tarixi araşdırıldıqda saysız canlı növünün milyonlarla il keçsə də, heç dəyişmədən varlığını davam etdirdiyi görünür. Bu canlılar milyonlarla il əvvəlki nümunələrindən fərqsiz olduqlarına görə bioloqlar tərəfindən “yaşayan fosillər” olaraq təyin olunurlar. Məhz bu məqalədə yer alan və 2.3 milyard il əvvəldən dövrümüzə qədər heç dəyişmədən gələn sulfid bakteriyaları kimi yaşayan fosillər təkamül nəzəriyyəsini alt-üst edən, rədd edilməsi qeyri-mümkün olan elmi dəlillərdir.
Canlılardakı kompleks həyat tərzi mərhələli şəkildə göstərilə bilməz
Təkamül tərəfdarları yaşayan fosillər qarşısında çarəsizdirlər. Materializmin dini, yəni darvinizmin iddialarına görə “təbiət özü-özünü tədricən yaratmalıdır”, halbuki təbiətdə buna dair heç bir dəlil yoxdur. Canlı növləri təkamülçülərin nəzərdə tutduqları kimi ibtidaidən aliyə doğru pillə-pillə sıralanmayıblar. Kompleks canlı formaları bir anda ortaya çıxıblar və canlılar aləminin ilk ortaya çıxdığı prekambriyen dövründə onsuz da mövcud idilər. Məsələn, bu gün ən qabaqcıl laboratoriyalarda belə bənzəri gerçəkləşdirilə bilməyən reaksiyaları fotosintez edə bilən yosunlar 3,2 milyard il əvvəl bacarırdı. İşığın çata bilmədiyi okean dərinliklərində isə bakteriyalar başqa enerji mənbəyindən istifadə edirdilər: Kükürd.
Bakteriyaların zəhərli kükürdü təmizləməsi niyə əhəmiyyətlidir?
Dünyamız 4,6 milyard il əvvəl yaranmağa başladıqda atmosferimiz vulkanik partlayışlar səbəbindən kükürd ilə sıx əhatələnmişdi. Okeanlar yarandıqdan dərhal sonra kükürd suda rahatlıqla həll olunduğu üçün atmosfer kükürddən təmizləndi. Dənizlərdəki yüksək kükürd nisbəti isə indiki dövrdə daha çox hidrotermal qaynaqların yaxınlıqlarında yaşamaları ilə bilinən əsas enerji qaynağı olaraq hidrogen sulfiddən istifadə edən kemosintetik bakteriyalar vasitəsilə azaldı. Sulfid bakteriyaları kimi də adlandırılan bu xüsusi bakteriyalar bu cür əməliyyat həyata keçirərək bir yandan qlükoza əldə edir, digər yandan da dənizləri təmizləyib içində yaşaya biləcəkləri hala gətirirlər.
Kükürd bakteriyaları hidrogen sulfidin (H2S) zəhərləyici xüsusiyyətini təsirsiz edən çox xüsusi reaksiyalar həyata keçirirlər. Üstün ağılın nəticəsi olan bu həssas nüvə reaksiyaları vasitəsilə həm zəhərlənib ölmür, həm də ehtiyac duyduqları qida və enerjini təmin edirlər. Bu bakteriyalar hidrogen-sulfidi (hidrogen-sulfid) oksigen ilə "yandıraraq" su və müxtəlif sulfatlar istehsal edirlər. (Hidrogen Kükürd + Oksigen -> Su + sulfatlar)
Zülal ancaq əskiksiz hüceyrədə mövcud ola bilər.
Kükürd bakteriyaları 3 milyard ildən bəri eynidir. Heç bir dəyişikliyin olmaması təkamül nəzəriyyəsini alt-üst edib, bununla yanaşı bu bakteriyaların necə ortaya çıxdığını təkamülçülər izah etməlidirlər. Ancaq nəinki bir hüceyrənin meydana gəlməsi, onu təşkil edən bir zülalın belə ortaya çıxması bir-birini izləyən təsadüf pillələri ilə açıqlana bilməz. Hər hansı hüceyrənin bir zülalı belə hüceyrə qlafı ilə qorunmuş, turşuluğu nəzarət altında saxlanılan qapalı mühitə ehtiyac duyur. Təbii ki, hansı aminoasidin hansı aminoasid ilə necə sıralanacağı DNT ilə müəyyən edilməli, bu kodlar başqa zülallar tərəfindən oxunaraq deşifrə edilməli, sonra amin turşuları ribozomal zülalların dəqiq çalışması ilə birləşdirilməli, kapron zülalları da bu zənciri üç ölçülü formada paketləməlidir. Bu yolla bir zülalın sintezi üçün təxminən 100 fərqli zülal növü tələb olunur, bundan əlavə, bunların işləyə bilməsi üçün də mitoxondri tərəfindən enerji daimi olaraq təmin edilməlidir ki, bu da tam təşəkküllü hüceyrənin içində çalışdıqlarını göstərir. Yəni hüceyrə tam şəkildə mövcuddursa, bir zülal ola bilər. Bu şərt canlılar aləminin bir anda möcüzəvi şəkildə ortaya çıxmasını tələb edir ki, bu Allah`ın “Ol” deməsi ilə yaratmasıdır.
Elmdən uzaq olan yanlış təkamülçü izahlar yaradılış həqiqətini gizlədə bilməz.
Təkamül kimi prosesin baş verməməsi "yaşayan fosillər" ilə sübut edilmiş həqiqətdir. Kükürd bakteriyaları və saysız növə aid dəyişməmiş fosil nümunələri təkamülçülərin hər cür yanlış açıqlamalarına baxmayaraq, sonsuz güc sahibi, üstün yaradıcımız olan Allah tərəfindən bir anda yaradıldıqlarını və əsrlər boyunca sabit qaldıqlarını şübhəyə yer vermədən göstərən dəlillərdir.