Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)
Adnan Oktar: "Sənə yaxşılıq toxunsa, bu onların vəziyyətini pisləşdirər". Məsələn, sağlamlıq, səhhət, yaxşılıq, gözəllik, etibar, güc, müvəffəqiyyət, İslam Birliyinin yayılması, İslam Birliyi ilə əlaqədar xəbərlər, möcüzələrin meydana gəlməsi, müsəlmanların islama qarşı məhəbbətinin artması, müsəlmanın malının-mülkünün çoxalması, ətrafında gözəl, keyfiyyətli, qiymətli insanların meydana gəlməsi, müsəlmanların təbliğ gücünün dünya səviyyəsində artması, radio, qəzet, televiziya hər cür. "Sənə yaxşılıq toxunsa, bu onların vəziyyətini pisləşdirər". Hazırda xurafatçıların vəziyyəti pisləşir, sıxıntıya düçar olurlar. "Bir müsibət üz verdikdə isə", fərz edək ki, bir əməliyyat aparılmış olar yaxud bir böhtan atılar, yaxud da hücum edilər, "biz qabaqcadan tədbir almışdıq", yəni "onsuz da onlardan uzaq dayanmışdıq, yaxınlaşmamışdıq", "deyər və sevinc içində dönüb gedərlər". "Çox şükür malı da qurtardıq, həyatımızı da qurtardıq, çox rahatlıq tapdıq" deyərlər. Halbuki malı onu cəhənnəmə aparır. Xilas oldum dediyi, məsələn, fərz edək ki, həyat yoldaşı olur, onu daha da dinsizliyə sürükləyir. Cəhənnəmdə birlikdə odun daşıyacağı insanla birlikdə olduğundan xəbərsiz olur. İşinə-gücünə üstünlük verir. İş-güc onu əldən salır, çökdürür, yaşlandırır, bədbəxt və pərişan edir. Şövqünü və sevincini qaçırdır. Onu xəstəlik sahibi edir. Yəni üstünə min bir cür xəstəlik, bəla gəlir. O da çox ayıq olduğunu zənn edir. Məsələn, iş stresindən, yırtıq əmələ gəlir, boyun yırtığı xəstəliyinə, fəqərə yırtığı xəstəliyinə tutulur. Şiddətli gərginlikdən beyin qanaması keçirir, ürək infarktı keçirir. O, dünya malına tamah salıb qudurmuş kimi döyüşməyi üstünlük hesab edir. Allahdan ona bir bəla kimi verildiyindən xəbərsizdir. Ona cəhənnəm əzabı kimi verildiyindən xəbərsizdir.