MPL TV, 21 noyabr 2008 Adnan Oktar: DÜNYANIN YENİ BİR OSMANLIYA, MÜASİR BİR OSMANLIYA EHTİYACI İNSANIN SUYA EHTİYACI KİMİDİR. Türk-İslam Birliyi Türkiyənin liderliyində, türk dövlətlərin dəstəyində böyük bir Türk-İslam Birliyidir. Bu, dünyanın sanki cənnət həyatına dönməsi deməkdir. İqtisadi yöndən fövqəladə zəngin olması deməkdir. Avropanın, Amerikanın, Rusiyanın və Çinin; çünki bütün İslam ölkələrinin, bütün türk ölkələrinin nefti və mədənləri bu ölkələrə axacaq. Oralardan alınacaq texniki alətlərlə, texniki imkanlarla onlar da ticarətlərini inkişaf etdirmiş olacaqlar. Gəlib xəstəxanalar quracaqlar; yollar açacaqlar. Biz gedib onların iş yerlərində, digər uyğun iş görüləcək yerlərində faydalı fəaliyyət aparacağıq, faydalı işlər görəcəyik. Qarşılıqlı həm texnologiya, həm elm, həm də sənət alveri olacaq. Terror anidən duracaq. Kökündən və qəti şəkildə duracaq. Bunun nəticəsində hüzur və sabitliyin də olacağı üçün bərəkət və bolluq rəvayətlərin dili ilə, yəni yağış kimi olacaq. Dövrümüz Osmanlı dövrüdür. Türklük dövrüdür. Türk-İslam Birliyi dövrüdür. İslamın ictimai ədalətinin, gözəl əxlaqının hakim olma dövrüdür. Bunların hamısını önümüzdəki 10-15 il içində görəcəyik, inşAllah. TASCA, Türk Ərəb Elm, Kültür vəSənət Dərnəyi, 21 noyabr 2009 Adnan Oktar: Bir də tarixi şərtlər də bunu məcbur edir. İndi bütün İslam ölkələri və Türkiyə, narahat vəziyyətdədir. Türkiyə də daxilən də narahatdır. Məsələn, PKK problemi var, həyat bahalılığı var. Qəmginlik var sevinci getdi bizim millətimizdə. İslam ölkələri də elədir. Amma Türkiyə lider olmalıdır. Başı olmayan bir gövdə yaşamır. Başı olan bir sistem olduğunda Türkiyə liderliyi çox gözəl edə biləcək bir ölkədir. Osmanlıdan gələn bir təcrübəsi var. Yetkin və yetişmiş kadrları var. Ağlı başında, böyük bir idarəçi sinfi var Türkiyədə. Bu çox müvəffəqiyyətli bir güc deməkdir, böyük bir güc deməkdir. Buna etiraz edən də yoxdur. İnsanlar xoşbəxt olduqdan sonra, Türkiyənin böyük qardaşlığından və liderliyindən böyük bir xidmət aldıqdan sonra və böyük bir fayda gördükdən sonra Türkiyəyə niyə etiraz etsinlər? |