Adnan Oktarın dekabr 2010-ci il tarixli Kaçkar Tv canlı müsahibəsi
Adnan Oktar: Taha surəsini açdım. 130-cu ayə. Şeytandan Allaha sığınıram, “Onların dediklərinə səbir et”. Demək ki, küfr bir şey söylədikdə səbirli olacağıq. Yağış kimi olacaq, o bir Rəhmani gözəllikdir. Səbir etdikcə, İslam inkişaf edər. Mehdiyyətə əgər hücum olmasa, mehdiyyət necə inkişaf etsin? Mənə bunu bir izah etsinlər. Xeyr, başqa cür olur deyənlər mənə bir izah etsinlər. Kimsə Risalə-i Nurda Bədiüzzamanın ifadələrini dəyişdirəcək ki, biz onları çığırda-çığırda doğruya gətirək. Yüz ili çıxaracaq, adam üç yüzü əlavə edəcək, mehdiyyət şahlanacaq. Məndən yüz il sonra deyəcək Bədiüzzaman, adam onu çıxaracaq, mehdiyyət şahlanacaq. Oradan bir fövqəladəlik olduğu aydın olar. Qarşı çıxılmırsa, Mehdi (ə.s)-a müqavimət göstərən yoxdursa, necə mehdiyyət imiş bu? Müqavimət yox, çaqqallar yox, yarasalar yox, xurafatçılar yox, mürtəcelər yox, saxtakar dəstəsi yox, lakin mehdiyyət də irəliləyir. Bu olmaz. Mehdiyyət onları əzə-əzə irəliləyən sistemə deyilir. Bunlar olmadısa, mehdiyyət olmaz.