Peyğəmbərimiz (s.ə.v.)-lə birlikdə olan səhabələrin hamısı üstün əxlaqı və fədakarlığıyla nümunəvi Müsəlmanlardır. Ancaq Suffa Səhabələri olaraq bilinən səhabələr, həyatlarının hər 24 saatını Allaha həsr etmiş, heç evlənməmiş, ailə, uşaq, mal-mülk, vəzifə dərdində əsla olmamış, daim Peyğəmbərimiz (s.ə.v)-in yanında olaraq şəxsən Rəsulullah (s.ə.v.) tərəfindən öyrədilmişdir:
Məscidi Nəbəvinin şimal hissəsinə sonradan əlavə olunan Suffa adlı yerdə qalan, evlənməyən, tayfa və qohumları olmayan, ticarətlə məşğul olmayan, bütün vaxtlarını yalnız Allah rizası üçün keçirən və ömürlərini Peyğəmbərimiz (s.ə.v)-dən elm almağa həsr edən səhabəyə verilən addır. Bütün həyatlarını Allah yolunda həsr etmişdilər. Ailələrindən uzaq, dünya işləriylə maraqlanmayan davamlı Quran öyrənən və Peyğəmbərimiz (s.ə.v)-in dərslərini dinləyərək yetişən bu mübarək insanlar Müsəlman olan qəbilələrə Quran və Sünnəsini öyrətmək üçün göndərilərdilər. Sayları 400-500-ə qədər idi. Mədəniyyət ordusu olaraq tanınırdılar.
Peyğəmbərimiz (s.ə.v.) onların təhsiliylə yaxından maraqlanardı.
Tam mənasıyla Allah yoluna özlərini həsr etmiş olan bu seçkin Səhabələr, Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in heç bir nəsihətini, heç bir xitabını qaçırmazdılar. Daim orada hazır olar, irşad edilən xitabları və öyüdləri əzbərləyib digər Səhabələrə də nəql edərdilər. Bu ayənin Suffa Səhabələri haqqında nazil olduğu da rəvayət edilmişdir. (M. Həmdi Yazır, Haqq Dini Quran Dili 2/940)
" (Sədəqə)Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. " (Bəqərə Surəsi, 273)
Hz. Mehdi (ə.s)-ın tələbələri də inşaAllah Suffa Səhabələri kimi həyatlarının hər anını Allah yolunda keçirəcək, Hz. Mehdi (ə.s)-ın yanından heç ayrılmayacaq, şəxsən Hz. Mehdi (ə.s)-ın hikmətli təhsiliylə öyrədiləcək, təzyiqlərdən, çətinliklərdən əsla qorxmayacaqlar. Və inşallah Hz. Mehdi (ə.s) ilə birlikdə Quran əxlaqının bü dünyaya hakim olması üçün var gücləri ile çalışacaqlar.