Ölüm əsas barel bombaları ilə gəlir
ucgen

Ölüm əsas barel bombaları ilə gəlir

2528

2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi artıq təkcə xəritə dəyişildiyi, bufer zona danışıqları və ya ölkələr arasındakı münaqişələr zamanı gündəmə gəlir. Ölkədən qaçan milyonlarla qaçqına, daha da önəmlisi müharibə zonasında yaşayan və daima öldürülən mülki şəxslərə demək olar ki, heç kim əhəmiyyət vermir. İnsanlar və ölkələr Suriyada baş verənləri alışqanlıq pərdəsi arxasından izləyirlər. Olan isə yenə Suriya xalqına oldu.

«Human Rights Watch» təşkilatının  «New York Times» qəzetində dərc edilən Kennet Rot tərəfindən hazırlanan 5 avqust tarixli hesabat Suriya müharibəsi haqqında o qədər də bilinməyən bəzi həqiqətləri ortaya qoydu. «Suriyalılara ən böyük təhlükə İŞİD deyil, barel bombalarıdır» başlıqlı məqalədə Suriya rejimi tərəfindən atılan barel bombalarının daima mülki şəxsləri hədəf aldığı və ölkədə ölən mülki şəxslərin sayının inanılmaz həddə çatdığı bildirilir. Rot məqalədə diqqətə çarpan təfərrüatları verərkən Suriya müharibəsi deyildikdə təkcə İŞİD-dən bəhs edilməsinin bütün diqqətləri dağıtdığını düşünür.1

Barel bombaları çox ibtidai metodlarla hazırlanmış, süni görünüşünə baxmayaraq məhv etmə gücü böyük olan fəlakət bombalarıdır. Yağ çəlləkləri və ya buna bənzər tənəkə çəlləklərin içinə metal parçaları, şpindel və partlayıcıların doldurulması ilə düzəldilir. Hava hücumundan müdafiə vasitəsinin mənzilindən çox yüksəkdə uçan vertolyotların nizamsız atdığı partlayıcı və şrapnellər geniş sahəyə yayılır. Rotun verdiyi məlumata görə, həmin bombaların bütöv bir binanı dağıtmağa, bölgəni tamamilə toza çevirməyə və çox sayda insanın ölümünə səbəb olacaq qədər gücü var. Barel partlamasa belə, hündürdən atıldığına görə enişin gücü ilə 3 mərtəbəli bir binanın altına qədər enə bilir. Bu ibtidai bombalar Suriya xalqı üçün ölkədəki hər cür şiddətdən bəlkə də daha təhlükəlidir. Çünkü barel bombalarının hədəfi hər zaman mülki şəxslərdir.

Son müşahidələrə görə, Suriya rejimi əsasən barel bombaları ilə müxalif qrupların nəzarətində olan bölgələrdəki mülki şəxsləri hədəf alır. Xüsusilə İdlib, Hələb və Daradakı məktəblər, xəstəxanalar, marketlər, məscidlər, bazar yerləri və mülki şəxslərin yaşadığı yerlər barel bombalarının hədəfindədir. Beynəlxalq Əfv Təşkilatı tərəfindən dərc edilən “Ölüm hər yerdə: Hələbdə müharibə cinayətləri və insan hüquqları pozuntusu” başlıqlı hesabata əsasən, 2014-cü ilin yanvar və 2015-ci il mart ayları arasında təkcə Hələbdə atılan barel bombaları nəticəsində həyatını itirənlərin ən az üçdə birini mülki şəxslər təşkil edir. Bu hücumların 14-ü bazarları, 12-si nəqliyyat məntəqələrini, 23-ü məscid və mülki obyektləri, 7-si xəstəxanaları, 3-ü də məktəbləri hədəf alıb.2

Suriya İnsan Hüquqları Təşkilatının keçən il hazırladığı "barel bombası hesabatında" isə Azad Suriya Ordusunun baş katibi kapitan Ammar əl-Vavinin bu sözləri diqqət çəkicidir: «Rejim Cenevrə-2 konfransına başlamadan öncə də, başladıqdan sonra da barel bombası hücumlarını davam etdirdi». Başqa sözlə, Suriya rejimi üçün sülh danışıqları danışıqların heç bir mərhələsində bir şey ifadə etmirdi.

Barel bombası təhlükəsinə görə şəhərlərdə yaşayan mülki şəxslərin sərhəd bölgələrinə qaçdığı da gələn bilgilər arasındadır. Sərhədlərdə ağır zirehli texnika ilə həyata keçirilən əməliyyat zonalarını xalqın tərcih etməsi, barel bombası faciəsinin necə böyük dəhşət olduğunu anlamaq üçün kifayətdir.

Mülki şəxslərin olduğu bölgələrdə bombardımanların, xüsusilə də barel bombalarından istifadə edilməsinin qarşısını almaq məqsədi ilə BMT Təhlükəsizlik Şurasına irəli sürülən təkliflər və ya Beynəlxalq Əfv Komissiyasının ifadə etdiyi kimi, qeyd edilən hücumların “insanlıq əleyhinə cinayət” və ya “müharibə cinayəti” elan edilməsi isə Suriya müharibəsinin gəldiyi hazırki mərhələdə heç nə ifadə etmir. Bölgədəki kirli müharibə «insanlıq» anlayışını çoxdan unudub. Ən acınacaqlısı isə vəziyyətin digər bir çox ölkə üçün də artıq çox şey ifadə etməməsidir.

İŞİD-i cilovlamaq üçün Əsədin qətliamlarına səs çıxarmayan ABŞ və koalisiya qüvvələri təkcə hava bombardımanından istifadə edərək tamamilə çözümsüzlüyə doğru yönəlmiş və qaçqınlar məsələsində yetərsiz qalmışdır. Bu vəziyyətdə məhdud sahədə də olsa, Suriya üçün fərqli strategiyanı müzakirə etmək lazımdır.

Yaxın günlərdə İranın xarici işlər naziri Cavad Zərifin Ankaraya rəsmi səfəri gözlənilir. Zərifin lap əvvəldən Əsəd əleyhinə siyasət yürüdən türk hökumətinə Şam, Lazkiyə və Tartusun Əsəd rejimində qalmasını, müxaliflərin ələ keçirdiyi bölgələrdə isə yeni idarəçilik qurulmasını təklif edəcəyi iddia edilir. Bunun, uzun zamandır nəticələnməyən Suriya müharibəsi üçün bir müddətdir dilə gətirdiyimiz çözüm təklifi olduğunu xatırladaq. Bununla yanaşı rejimə dəstək verən Hizbullah kimi güclərin bölgədən çəkilməsi və yenə rejimin müttəfiqi YPG-yə ABŞ dəstəyinin sona çatması şərtdir. Belə bir plan həyata keçərsə, şübhəsiz, digər bölgələrin idarəçiliyi ilə bağlı müxtəlif sual işarələri gündəmdə olacaq. Bu mərhələdə, planlaşdırılan bufer zona əhəmiyyət təşkil edir. Mübahisəli region Hələbin də bu bölgəyə daxil edilməsi, bölgənin böyük ölçüdə Türkiyə, koalisiya güvvələri və bölgə müttəfiqi müxaliflərin qoruması altına alınması bu gün üçün ən mümkün plan kimi görünür. Belə bir plan məlumdur ki, Türkiyənin Əsədin bütövlükdə çəkilməsinə yönəlik uzun müddətli hədəfi ilə ziddiyyət təşkil edir. Lakin yenə də ən azından barel bombalarının istifadə edilməməsi mülki şəxslərin ölməsinin böyük ölçüdə azalması və Suriya müharibəsinin səngiməsi baxımından önəmli addım ola bilər.

1.https://www.hrw.org/news/2015/08/05/barrel-bombs-not-isis-are-greatest-threat-syrians
2. https://www.amnesty.org/en/documents/mde24/1370/2015/en/

 

Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/791471

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr