Tarix boyu fərqli mənalara bürünən azadlıq, ən sadə ifadə ilə, hərhansı bir xarici təzyiq, maneə və müdaxilə olmadan müəyyən davranış və hərəkətlər edə bilməkdir. Hər kəs eyni insanlıq dəyərinə sahib olaraq doğulmuşdur, belə ki, hər insan din, dil, millət, irq, dünyagörüş fərqi qoyulmadan bərabər olaraq azad yaşamalı, eyni insanlıq haqlarına sahib olmalıdır. Hüquq və azadlıqlar cəmiyyətdəki söz sahibləri tərəfindən məhdudlaşdırıla bilməz, bunların yaşadılıb qorunmaları isə firavan bir cəmiyyətin ardındakı ən mühüm qüvvələrdəndir.
Fərdi hüquq və azadlıqlara, fərqliliklərə, insanların şəxsi həyat tərzinə hörmət mövzusunda və demokratiya sahəsində də inkişaf etmiş ölkələr eyni nisbətdə irəlidədirlər. Doğru işləyən demokratik cəmiyyətlərdə şəxslərin hüquq və azadlıqları digərləri tərəfindən bəyənilməsə və təsdiq edilməsə də, hörmət görür, qorunur və inkişaf etdirilir. Demokratik sistemini inkişaf etdirməmiş ölkələrdə isə çoxluq və cəmiyyətdəki söz sahibləri özünə bənzəməyənə, özündən olmayana məhdudiyyətlər qoya bilir.
Heç şübhə yoxdur ki, Türkiyə xüsusilə son dövrdə daha şəffaf, daha inkişaf etmiş bir demokratiya üçün cəhd edən bir ölkədir. Son illərdə gerçəkləşdirdiyi köklü islahatlarla demokratiya yolunda mühüm nailiyyətlər qazanmışdır.
Son olaraq da, 5-ci sinifdən etibarən orta məktəb və liseylərdə etibarlılığı qəbul edilən baş örtüyü sərbəstliyi islahatı Türkiyədəki demokratik açılış prosesini möhkəmləndirən gözəl bir nailiyyət oldu və bütün ölkədə istəyən şagird və tələbələr dərslərə baş örtüyü ilə girməyə başladılar. Lakin Milli Təhsil Nazirliyinin tələbə geyimlərinə münasibətində əvvəllər də mövcud olan saç boyama, makiyaj, bığ-saqqal qadağanı tamamilə qorunduğu kimi, liseyə pirsinq ilə döymə qadağanı da əlavə olundu. Buna görə tələbələr ali məktəblərdə saçlarını rəngləyə bilməyəcəklər, döymə etdirməyəcək, pirsinq taxa bilməyəcəklər. Bu vəziyyət demokratiya müzakirələrini yenidən ölkə gündəminə gətirdi. Həmin məhdudiyyətlərin son illərin demokratik nailiyyətləri üzərinə kölgə saldığını dilə gətirənlərin sayı olduqca çoxdur.
Dünya dəyişir, zehinlər dəyişir, beyinlərin üzərindəki təzyiqlər aradan qalxır. Demokratiya yolunda mümkün qədər güclənməyə, irəliləməyə və dəyişməyə cəhd etmək ən doğru olandır.
Dünyadakı dəyişikliyin ən çox təsir etdiyi təbəqə, şübhəsiz ki, gənclərdir. Gənclər artıq azad olmaq, ən gözəl illərini təzyiqdən uzaq, rahat və xoşbəxt yaşamaq istəyirlər. Qatı disiplin istəmirlər. Pirsinq və ya döymə etdirmək istəyən gənc də, baş örtüyü taxmaq istəyən gənc də - hamısı azad olmaq, maneələrlə qarşılaşmadan istədiyini etmək, gəncliyini öz istədiyi şəkildə yaşamaq istəyir. Gözəl görünmək üçün makiyaj etmək gənc qızlar və ya saqqal saxlayanda özünü daha yaraşıqlı hiss edən dəliqanlılar artıq məhdudiyyətlər istəmirlər. Qoy, istədikləri kimi geyinsinlər, təzyiqdən qurtulsunlar, xoşbəxt olsunlar. Məktəblərdə rəngarənglik olsun. Azad olmağın verdiyi hüzur, sevinc və enerji hər yerdə hiss edilsin. Məhdudiyyətlərin ardındakı səbəb gəncliyin degenerasiyaya məruz qalmaq qayğısı isə, bilinməlidir ki, rənglər insanları degenerasiya etməz. Eyni şəkildə saqqal, bığ, döymə və ya sırğa da...
Gerçək budur ki, fərdi azadlıqlar hansı düşüncə, din və millətdən olursa olsun, dünyada ən çox tələb edilən insanlıq haqlarının başında gəlir. Fərdlərin azadlıqları əllərindən alındığı təqdirdə, üzərlərində bir qorxu, hüzursuzluq, narahatlıq və güvənsizlik yaranır, bu isə qaçınılmaz olaraq bir sistemin meydana gəlməsinə yol açır. Azadlıqları əllərindən alınan fərdlər sevinclərini, şövqlərini, həyəcanlarını, yaradıcılıq qabiliyyətlərini itirirlər. Azad olanda, özlərini istədikləri kimi ifadə edəndə olduqca hüzurlu və yaradıcı olacaq ikən, içinə qapalı, pessimist bir nəsil yaranır. Şübhəsiz ki, bu heç kimin lehinə deyil. Təzyiqdən xilas olmuş, azad düşünən bir gənclik bir millətin ümüdü, gələcəyinin zəmanətidir. Gənclik bir millət üçün ən mühüm qüvvələrdən biridir. Gənc bir nüfuzu olan ölkəmiz bu vəsfini yaxşı qiymətləndirməli, gənclərin azad olmasını, azad düşünməsini, böyük məsuliyyətlər götürməsini mümkün edəcək bir ağıla malik ola bilməsi üçün azad yetişməsinə təşviq etməlidir.
Adnan Oktar'ın Arabian Gazette və Urdu Times'da nəşr olunan məqaləsi:
http://www.arabiangazette.com/individual-freedoms-rights-regulations-clothing/