Allah Hz. Musaya Fironun yanın gedib onu təbliğ etməsini söylədiyi zaman Hz. Musa Allahdan bir köməkçi istəmişdir. Allah ona Hz. Harunu köməkçi göndərmişdir. Hz. Harun Hz. Musanın öz qövmünə qarşı apardığı mübarizə zamanı ona dəstək olmuşdur. Allah Hz. Musanı ona tabe olanlarla birlikdə Fironun adamlarından xilas etdikdən sonra Hz. Musa bir müddət qövmündən ayrılmış və ayrılarkən də yerinə qardaşı Hz. Harunu qoymuşdur. Ancaq Hz. Musa onlardan ayrıldıqdan sonra qövmü Samiri adlı adamın rəhbərliyi ilə bir buzov heykəli düzəldib ona sitayiş etməyə başlamışdır.
"Harun isə bundan əvvəl onlara belə demişdi: "Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!"" ("Taha" surəsi, 90).
Ancaq qövmü Hz. Musa gələnə qədər buzova sitayiş edəcəklərini söyləyərək inadla inkar etmişdi:
"Onlar: "Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!" - deyə cavab vermişdilər" ("Taha" surəsi, 91).
Hz. Musa Tur dağında olarkən Allah ona qövmünün halını xəbər vermişdir. Bu səbəbdən qövmünə geri qayıdan Hz. Musa ilə Hz. Harun arasındakı söhbətlər bu şəkildədir:
"Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?" Musa qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Harun dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalimlərlə bərabər tutma!" Musa dedi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!"" ("Əraf" surəsi, 150-151).