Yerimək canlıların sahib olduğu ən üstün xüsusiyyətlərindən biridir. Buna görə də mühəndislər robotlarda canlıların bu ən üstün xüsusiyyətini təqlid etməyə çalışırlar. Amma alimlər bəzi canlıların bu mükəmməl xüsusiyyətlərini təqlid edə bilmədiklərindən onları yalnızca heyranlıqla izləyirlər. Robot dizaynerlərinin heyranlıqla izlədiyi bu canlılar hansılardır? Böcəklər, milçəklər, xərçənglər, kərtənkələlər və s. Bu canlılar da yer üzərindəki bütün canlılar kimi Rəbbimizin yaratdığı möcüzələrdir. Görürük ki, Uca Allahın üstün yaratma sənətinin əsəri olan bu canlılar mühəndislər tərəfindən daha səmərəli və faydalı robotlar düzəltmək üçün ətraflı şəkildə tədqiq edilir. Mühəndislərin apardıqları tədqiqatlar bu canlıların çox mükəmməl sistemlərə sahib olduğunu göstərir, eyni zamanda bu canlılar təqlid edilə bilinməyən xüsusiyyətlərinə görə alimləri məyus edir.
Alimlərin səhvə yol verdikləri mövzu
Hər addım atdıqca cırıldayan altıayaqlı Tarry II adlı alman robotunu ixtira edən alimlər bu robotda milçəklər kimi manevr və böcəklərdəki kimi düşünmə qabiliyyəti yaratmağa çalışdılar. Amma alimlərin insanların tez-tez gördüyü, amma dəyər vermədiyi və ya tapdalayıb keçdikləri böcəklərin xüsusiyyətləri əsasında robot düzəltmələri bugünkü texnologiya ilə, demək olar ki, qeyri-mümkündür.
Robotun ayaqlarını düzəltməyin böcəklərinkindən asan olduğunu düşünən Tarry II-nin dizaynerləri robotun ayaqlarını düzəltmək üçün milçəyi təqlid etməyi seçdilər, amma çox qısa müddətdə milçəyin təqlid edilə bilməyən xüsusiyyətləri qarşısında səhv etdiklərini anladılar. Milçəyin hərəkətinin sürətli, dolanbac və iti olması alimləri bu canlıdan ilham alaraq robot düzəltməyə sövq edən ən əsas amil idi. Amma milçək uca Allahın yaratma sənətinin bir əsəri olan qüsursuz canlıdır. Buna görə də onu təqlid etmək ancaq uzunmüddətli cəhdlər nəticəsində mümkün olsa da, yenə də tam təqlid edilə bilinmir. Belə ki, Allah bir ayədə milçəyin bu mükəmməl xüsusiyyətlərini belə xəbər verir:
Robotda milçəyin tətbiq edilə bilinməyən üstün xüsusiyyətləri
Milçəklər ətrafdan gələn siqnallara aid məlumatların çoxunu beyinləri xaricində dəyərləndirirlər. Bu canlının sinir sistemi bəzi hərəkətləri nəzarət edə bilir. Yəni milçəyin başı gövdəsindən ayrılsa da, sinir sisteminə siqnal göndərildikdə milçək yenə də gözləri ilə ətrafındakıları görə bilir.
Milçəklərin sinir sistemindəki xüsusiyyətlər robot dizaynerlərinin diqqətindən yayınmamış və robotlar üzərində də bu xüsusiyyət tətbiq edilmişdir. Beləcə, beyni olmayan Tarry II adlı robot ətrafındakı xəbərdarediciləri elektrik siqnalları şəklində qəbul edir və beləliklə, milçəyin bənzərsiz sisteminin təqlid edilməsi sayəsində on ildən çoxdur ki, yeriyə bilir.
Sinir sistemi bir çox funksiyanı yerinə yetirsə də, qərar vermək və bir-biri ilə əlaqəli daha mürəkkəb hərəkətləri etmək üçün, əlbəttə, bir beyinə ehtiyac vardır. Belə ki, bir milçək bığcıqları və gözləri ilə ətrafını nəzərdən keçirir, bu məlumat beyində analiz edildikdən sonra qərar verir və baş verəcək təhlükədən qaçmaq və ya ova doğru tələsmək üçün iti hərəkətlər edir. Məhz robot dizaynerlərinin təqlid edə bilmədikləri xüsusiyyətlər də buradan başlayır.
Dizaynerlər nə qədər çalışsalar da, milçəklərin gözləri kimi üç ölçülü görən və yerini dəyişdirdikcə cismin formasındakı dəyişiklikləri aşkarlayan robot düzəldə bilmirlər. Bundan başqa bu canlının enerji məhsuldarlığını hesablayaraq enerjiyə ehtiyacı olanda tədbir alan, buna görə addımlarını və yerimə sürətini müəyyənləşdirən üstün xüsusiyyətlərini də qətiyyən təqlid edə bilmədilər.
Maneələri aşa bilən böcəklər
Tarakanların milçəklərinkindən 50 dəfə böyük beyinləri robot dizaynerlərinin ən çox tədqiq etdikləri orqanlardan biridir. Çünki dizaynerlər bu tədqiqatlar və təcrübələrlə tarakanın maneəni necə hiss etməsi, maneə ilə qarşılaşdıqda hansı tərəfə dönəcəyinə qərar verməsi kimi davranışları öyrənməyə çalışırlar. Dizaynerlər böcəklərin yoxuşu yuxarıya doğru qalxmaq və dırmanmaq kimi qarışıq hərəkətlərin modelini robotlara tətbiq etməyə çalışsalar da, nəticə ürəkaçan deyil. Çünki böcəklərin mürəkkəb proseslərdən təşkil olunmuş yerimə xüusiyyətləri uca Allahın ilhamı ilə gerçəkləşir.
Qumda rahatlıqla hərəkət edən xərçəng ayaqları
Robotlar böcəklərin yerimə xüsusiyyətlərinə sahib olsalar, tam hazır vəziyyətdə olacaqlar. Böcəklərin ayaqları qədər mükəmməl xüsusiyyətlərə sahib başqa canlılar da var. “Ocypode quadrata” adlı qum xərçəngi əsl qumda yerimə mütəxəssisidir. Kələ-kötür yerdə yerimək çox çətindir, hər addımda sürüşən qumda yerimək isə daha çətindir. Amma bu xərçəng qum təpələrini rahatlıqla aşa bilir. Çünki olduqca kiçik ayaqları ilə Ocypode quadrata 1 saniyədə 2 metrə yaxın yüksəklikdəki qum təpəsinə sıçraya bilir. Bu, insanın bir anda bir neçə metr yüksəklikdəki təpəyə sıçramasına bənzəyir, amma insanın bunu etməsi qeyri-mümkündür. İnsandan qat-qat kiçik olan xərçəngin bu cür mükəmməl tullanması, şübhəsiz, uca Allahın bu canlıya bəxş etdiyi üstün xüsusiyyətdir. Robot dizaynerləri bu üstün xüsusiyyəti bugünkü texnologiya ilə təqlid edə bilmirlər.
Sıçrayan kərtənkələlər
Qumlu yerlər normal yerlərdən daha yumşaq olduğuna görə burada yerimək daha çətindir, amma zebra quyruqlu kərtənkələlər burada qum xərçəngindən daha sürətlə hərəkət edirlər. Çünki bu canlı saniyədə 1.5 metr yol qət etmək qabiliyyətinə sahibdir. Qumdan əlavə palçıq, çınqıl daşları kimi fərqli bölgələrdə də yeriyə bilir. Bəs bu kiçik canlı belə yerlərdə necə yeriyə bilir? Bunun sirri uca Allahın üstün yaratma nümunəsi olan kərtənkələnin barmaqlarında gizlidir. Çünki zebra quyruqlu kərtənkələ qumda yeriyərkən yayılan, ayağını qaldırdıqda isə qıvrılıb yığılan uzun barmaqlara sahibdir. Bu barmaqlar kərtənkələyə hər cür yolda yerimək imkanı verir.
Elmin tək sahibi uca Allahdır
Robot dizaynerləri hər cür yolda yeriyən, sürətli hərəkət qabiliyyətinə malik, iti manevrlər edən, sıçrayan robotlar dizayn etmək üçün çalışırlar. Çünki bu cür robotların hazırlanması kosmik tədqiqatlarda, hərbi əməliyyatlarda, həmçinin bir çox elmi və texniki işlərdə böyük rol oynayacaq. Buna görə də dizaynerlər bu robotları düzəltmək üçün təbiətdəki canlıları tədqiq edirlər və zooloqlardan bu heyvanların üstün xüsusiyyətləri ilə bağlı məsləhətləşirlər. Kiçik böcəklərin, xərçənglərin, kərtənkələlərin ayaqlarını heyranlıqla tədqiq edərkən bu ayaqların oxşarını robotlara tətbiq etmək üçün olduqca mürəkkəb işlər aparır və dizaynlar düşünürlər. Amma indiyə qədər bu canlıların sahib olduqları xüsusiyyətlərə bənzər robot dizayn edə bilməmişlər. Rəbbimizin yaratdığı canlılar üzərində təzahür edən bu yaratma elmi bir ayədə belə bildirilir:
Yer üzərindəki bütün canlılar Rəbbimizin yaratdığı möcüzədir. Araşdırılıb tədqiq edildikcə insanı heyrətləndirən bənzərsiz yaradılışdakı mükəmməlliklərdir. Uca Allah hər şeyi yoxdan var edərək qüsursuz elmi ilə nizam yaratmışdır və hər an bu nizamı qoruyur.
Canlıların ayaqlarındakı sirlər araşdırılmağa davam edilir
Böcəklərin uca Allah tərəfindən qüsursuzca yaradılmış ayaqları robotlar üzərində tətbiq edilsə, elmi çalışmalarda çox vacib nailiyyətlər əldə ediləcək. Belə ki, avtonom nəzarət (öz-özünü idarə edə bilməsi) NASA və digər robot texnikası üzrə çalışan qruplar üçün olduqca mühüm və arzulanan metoddur. Böcəyin rahatlıqla istiqamətini tapma qabiliyyətlərinin təkcə bir neçəsi robotlar üzərində tətbiq edilsə, insanların robotları uzaqdan idarə etməsi ilə maneələri rahatlıqla aşan bir çox robotun hazırlanması mümkün olacaqdır. Bu zaman böcək şəklində hazırlanan robotların bir müddət sonra Aya göndəriləcəyi və Marsın kanyonlarında rahatlıqla yeriyəcəyi düşünülür. Bundan əlavə hadisələr nəzərdə tutulduğu kimi həyata keçsə, bəlkə də, ordu daha diqqətli müşahidə ediləcək, təbiət fəlakətlərində, xilasetmə işlərində hörümçək və ya tarakanlara bənzər hazırlanan robotlardan istifadə ediləcək.