Cənab Adnan Oktarın 26 iyun 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar
ucgen

Cənab Adnan Oktarın 26 iyun 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

961

A9 TV, 26 iyun 2015 Xoş Söhbətlər

 

(Reutersin xəbərinə görə Kobani və ətrafındakı hücumlarda ölənlərin sayı 146-ya çatdı. Suriya İnsan Haqları Müşahidə Evi "İŞİD-in Kobaniyə hücumu vətəndaşlara yönəlmiş ikinci ən böyük qırğındır" dedi)

Əvvəla, Kobani döyüş bölgəsidir, ora vətəndaşların girməsi çox böyük bir səhvdir. Çox böyük səhvdir. Mənim bildiyim qədərilə, Türkiyədən ora vətəndaşlar getdi , Türkiyə buna icazə verməməlidir. Döyüş bölgəsinə vətəndaş göndərilərmi? Ora döyüş bölgəsidir, buna görə də orada vətəndaş olmaz. Oradan vətəndaşları tamamilə çəkək Türkiyəyə gətirək, qardaşlarımızdır, biz burada baxarıq. Kobani də, orda-burada vətəndaş olmamalıdır. Yəni ora başdan-ayağa döyüş bölgəsidir, orada vətəndaşın məskunlaşması mümkün deyil. Döyüş bölgəsində vətəndaş həyatı olarmı? Hicrət etsinlər, Türkiyəyə gəlsinlər, biz burada baxarıq. Gedənlər də geri gəlsinlər. Bu tip hücumlar, bu tip hadisələr olar və olacaq. İŞİD əvvəldən xəbərdar edir, "Biz bura hücum edəcəyik. Burada vətəndaş qalmasın" deyə tək-tək məktub göndərirlər. Yazılı, şifahi xəbərdar edirlər, ondan sonra da hücum edirlər. İŞİD 15 gün əvvəldən xəbərdar etdi, mən iki-üç ay əvvəldən xəbərdar etdim. Neçə dəfə xəbərdar etdim? Ən az əlli dəfə xəbərdar etmişəm. "Oradan hər kəs çıxsın" dedim. Hətta PKK-lılar də çıxsınlar dedim, hamınızı kəsib doğrayacaqlar dedim. Buna baxmayaraq, orada qaldılar. Dayandıqları müddətcə bu hadisələr davam edəcək. Sözümə qulaq assınlar, vətəndaşlar buradakı düşərgələrə gəlsinlər, çox da gözəl baxarıq. PKK-lılar da gəlsinlər Türk dövlətinə təslim olsunlar, onsuz da cinayət yoxdursa, buraxılarlar. Əgər cinayət varsa, hüquqi iş icra olunacaq. Yəni bu qaçılmaz bir vəziyyətdir. Buna görə İŞİD-in hücumu nəticəsində şəhid olan qardaşlarımıza Allahdan qəni-qəni rəhmət diləyirik. Allah şəhidliklərini məqbul etsin.

PKK qəsdən vətəndaşları orada tutur, canlı qalxan olaraq istifadə edir. Döyüş bölgəsində vətəndaşları qəsdən tutur. Mülki qardaşlarımız, kürd qardaşlarımız Türkiyəyə gəlmişdi, PKK təhdid etdi, ölümlə təhdid etdi; uşaqlarını dağa apararaq, sizi asarıq, kəsərik dedilər. Kobaniyə geri dönəcəksiniz dedilər. Onlardan canlı qalxan olaraq istifadə etmək üçün sivil xalqın böyük bir hissəsini Kobaniyə geri göndərtdilər. Necə ki canlı qalxan olaraq istifadə etdilər.

HadisəninTürkiyə ilə əlaqəsi yoxdur, əxlaqsızlıq, tərbiyəsizlik etməsinlər. Böhtan günahdır, haramdır. Türkiyədən bir İŞİD hücumu olmadı. Hücum tamamilə daxili bölgədən oldu. Türkiyənin hər yerində kamera var, hər yerində əsgər, polis var, bir adam olsun görər. Heç bir kamerada belə bir şey görünmədi, belə bir şey də yoxdur. Saxtakarca yalan danışırlar, alçaqca yalan danışırlar. PKK-nın İŞİD-ə gücü çatmayınca Türkiyəyə hücum edir. Çünki Türkiyə demokratik bir ölkədir, hörmətli bir ölkədir, mehriban bir ölkədir, mərhəmətli bir ölkədir, əxlaqsızlıq, pislik edirlər. İŞİD PKK-ya hücum etdikcə onlar da Türkiyəyə hücum edirlər.

 

Türkiyə İŞİD-ə dəstək vermir. Bu, qətidir!

 İŞİD hər dəfə  silaha ehtiyacı olduğunda belə hücum edir, PKK-nın əlindəki Amerika malı inkişaf etmiş, Alman malı bütün silahlara əl qoyur. Mən söylədim, dedim ki; "İndi onlar Kobanidən çəkildi. Siz oranı silah anbarı halına gətirəcəksiniz. Oraya silah yığacaqsınız, sursat yığacaqsınız. Sonra hücum edib onları sizin əlinizdən alacaqlar" dedim. Eynisi oldumu, olmadımı? Eynilə dediklərimdir. Türkiyədən İŞİD-ə təyyarə ilə yox, sursat göndərirlərmiş. İŞİD-in ona heç bir  ehtiyacı yoxdur. İŞİD hücum edib hamısından ələ keçirdiyi vəsaitlərdən istifadə edir. İraq əsgərlərindən silahlar alır, Suriya əsgərlərindən alır, PKK-dan alır, hər yerdən sursat yığır. Türkiyədən sursat almağa ehtiyacı yoxdur, həm də Türkiyədən sursat alsa, silahlarda Maşın Kimya Sənayesinin nişanı olar. Ələ keçən bütün silahlar Amerika malı, Alman malı, Koreya malı, İtalyan malı, İngilis malıdır. Yəni bu günə qədər Türk malı silah ələ keçməyib. Oyun oynamalarına ehtiyac yoxdur. Səmimiyyətsizliyə də ehtiyac yoxdur. Türkiyə İŞİD-ə dəstək vermir. Bu qətidir. Çox yaxşı bildiyim mövzudur.

Türkiyənin "Türk Xarici Siyasəti və Cəmiyyət Diplomatiyası" deyə bir təşkilatı var. Bunun vəzifəsi xaric məlumatlandırma, yanlış məlumatları düzəltməkdir. Ciddi büdcəsi də var, heyəti də var; lakin bir iş görmür. Bunu düzəltmək lazımdır.

PKK Türkiyəni terrorist kimi göstərmək üçün ciddi cəhd göstərir

Əsl terrorist özləridir. Bu qeydiyyatlıdır, dəqiqdir. Türkiyə hər yerdə terroru dayandırmağa çalışır. Kürd qardaşlarımıza sahib çıxır. Yüz minlərlə insan gəlib Türkiyəyə sığınır. Buna baxmayaraq, yalan danışmaq bu əxlaqsızların xüsusiyyətidir, kommunistlərin taktikasıdır. Yəni Stalinist kommunistlərin və PKK-lıların xüsusiyyətidir. Çoxlu yalan danışmaq. Türkiyədə rüsvayçılıq çıxarmaq asan olduğu üçün küçələrdə rüsvaylıq edirlər. Gedib özünü İŞİD-ə göstər. Hamısını doğrayarlar. Türkiyənin demokratik, insani rəftarından istifadə edirlər. Əleyinhdə böyük bir təbliğat fəaliyyəti var. Türkiyədəki bir çox yazıçılar bunlara qatılır. Xaricdəki yazıçılar bunlara qatılır.

 

Hədislərin səhihliyi haqqında

"Buxari" deyirlər, "600 min hədisi araşdırdı. 600 min hədisdən Buxari külliyyatını hazırladı. Yəni bu hədisləri tək-tək araşdırdı, tək-tək oxudu, digər hədislərlə müqayisə etdi. Hər hədisə uzun müddət vaxt ayırdı. Gedib qaynaqlarından tapdı, bu adamlarla görüşdü. Keçmişindəki hər cür əlaqələri də araşdırdı. Və bu nəticəyə gəldi" deyirlər. İndi 600 min hədisdən bəhs edirsən. Bir hədisə bir saat ayırdığını düşünək; 600 min saat edər. Bu da 25 min gün, yəni 68 il edir. Buxari 61 il yaşadı. Yəni gecə- gündüz yemədən, içmədən çalışdığını fərz etsək, heç yatmadan fəaliyyət göstərsə, 68 il çalışmalıdır. Yalandır. Bir hədisə ən az bir neçə gününü sərf etməlidir; çünki müqayisə edir, araşdırır, əlaqələrinə baxır, çox vaxt alacaq bir şeydir. 600 min hədisdən bəhs edirsən!

(Bu gün Fransa, Tunis və Küveytdə terror hücumları oldu. Tunis və Fransadakı hücumları İŞİD-in etdiyi iddia edilir)

Səhv məlumatlandırmadır. "600 min hədisdən seçdi" deyir. 600 min hədisin içində nələr var? Namaz qılmayanı öldürmək var. Adam namaz qılmadığını görür gedib öldürür. "Saqqalını kəsəni öldürün" deyir. Adam hər gün saqqalını qırxanı gedib öldürür. "Zəkat verməyıni öldürün" deyir. Adam zəkat verməyəni gedib öldürür. Yəni Qurana əməl etmədikcə bu dəhşət və şiddət davam edər. Qurana əməl edilsə, bu bəladan xilas ola bilərlər. Bu da ancaq mehdiyyətlə mümkündür.

 "600 min hədis var" deyir; amma Peyğəmbərimiz (s.ə.v)-in də doğulduğu andan etibarən hər saat hədis söyləməlidir. Sırf Buxariyə uyğun, sırf Buxarinin seçdiyi qədər; çünki o biriləri də deyir "Bir milyon hədisdən seçdi." Kimi deyir ki "Üç milyon hədisdən seçdi". Hər biri ayrı uçur. Peyğəmbərimiz (s.ə.v) min il yaşasa, yenə o hədisləri söyləyəcək vaxtı olmaz. Deməli, uydurmadır. Uşaq da başa düşər bunu.

 

(Respublika başçısı Rəcəb Tayyib Ərdoğan İŞİD-in dünən Kobaniyə etdiyi hücumla əlaqədar "Bu hadisələri tamaşaçı tribunasından izləməyimizi kimsə gözləməməlidir. Müddəti anbaan izləyirik." dedi.)

Görüləcək tək iş PKK-nı qanunla, hüquqla bölgədən silməkdir. Onda belə bir terror da olmaz. Belə bir şiddət də olmaz. Ən qısa yol budur. Sivil xalqı gətirib Türkiyədə baxmağımız ən məqsədəuyğun hərəkət olar. Döyüş bölgəsində vətəndaşların saxlanması çox yanlışdır, çox böyük səhvdir.

PKK Bərzaniylə də məşğul olmağa başladı. Bərzaniyə sahib çıxmaq lazımdır. Nazirlik seçkisi gəlir. Bərzaninin öz qoyduqları qaydalara görə seçilə bilməməsi lazımdır. Eynilə Tayyib müəllimə söylədikləri kimi, avtoritar olduğu, özünə saray tikdiyi deyilir. Şengalda İŞİD-dən kürdləri qurtara bilmədiyi... Adam nə etsin? Ətrafında bir ovuc insan var. Xüsusi bir saray da deyil, əslində özünü xarici hücumlardan qorumaq üçün dayanıqlı bir bina tikdirib. Çadırda dayanacaq deyil. Yazıçılar da Bərzanini mühafizə etsələr, yaxşı olar. PKK ona çox pis ilişib. PKK bölgədə özünə müxalif heç bir şey istəmir. Hər yerdə özü hakim olmaq istəyir.

 

(Dünən İsraildən Fələstinə gedən bəzi Türk jurnalistlər doqquz saat nəzarətə alındılar. İsrail sərhədindən çıxarıldılar)

Halbuki İsrailə mehriban davransalar, bu tip hadisələr olmaz. Onlara qarşı gecə-gündüz sanki İsrail əleyhdarıymış kimi bir üslubla danışınca hər halda onlar da ona qarşı belə bir rəftar göstərirlər. Mənim fikrimcə, Tayyib müəllimə əsəbiləşdikləri üçün etmişlər; çünki hökumət üzvləri İsrail əleyhdarı kimi görünən danışıqlar aparır. Baş nazir də edir, Respublika başçısı da edir. Bu, Türkiyədə çox pis qəbul edildi, İsrail vətəndaşları axın-axın Türkiyədən gedirlər. Yəhudilər az qala Türkiyədə qalmayacaq. İndi Türkiyədə bir yəhudi əleyhdarlığı var. Çox yüksəldi, 80% artdı. Bu düzəldilməlidir. Günahsız İsrail xalqı sevgiylə, söhbətlə əhatə olunmalıdır. Zalımlara qarşı mübarizə aparmaq lazımdır.

(YPG-nin Tel Abyadın 10 kilometr şərqində olan Hamam adlı Türkmən kəndini basaraq kənddə yaşayan uşaq və qadınların da daxil olduğu 800 adamı bir məktəbə yığdığı bildirildi. YPG, İŞİD-ə dəstək verirsiniz bəhanəsiylə türkmənlərin 2 saat içərisində kəndi boşaltmalarını istədi.)

Mən anlamıram, türk ordusu alçaqlara niyə bu imkanı verir. Bu alçaqları birbaşa məhv etməlidirlər, hamısını tutub həbsə atsınlar. Sərhəddən kənar əməliyyat aparıb Türkiyədə həbs etməlidirlər. Bu çaqqallara bu qədər üz verməyin nə mənası var? Müsəlmanlara qan qusdururlar. Adamların hədəfində kürd dindarlar, türk dindarlar, ərəb dindarlardır. Əsas mövzuları Allahsızlıq, Kitabsızlıq, dinsizlik, imansızlıq, kommunistlik, Stalinistlik, terrorist başdır... Bundan başqa bir şey etmirlər. Ordu lazım olanı etsin.

 

(Bir az əvvəl Respublika başçısımız bir şərh etdi: "Cənubumuzda PYD rəhbərliyində qurulacaq bir Kürd hökumətinə qətiliklə icazə verməyəcəyik" dedi)

Türkiyənin yaxınlığında kommunist dövlət qurulması olacaq iş deyil. Cənubi Koreya, Şimali Koreya deyə ikiyə ayrıldılar, bilirsiniz. Şimali Koreya baş bəlası oldu. İndi bunlar da Şimali Koreya kimi olmaq istəyirlər. Lazım olan edilməlidir.

 

(Səlahəddin Dəmirdaş məclisin açılışında HDP millət vəkillərinin İstiqlal Marşını oxumamaları mövzusunda bunları söylədi: "Xeyr, xüsusi bir rəftar, müzakirə edilmiş bir şey yoxdur, amma "qəhrəman irqimə bir gül" biz də zümzümə etdik, amma "İstiqlal Marşını zorla oxuyacaqsan" deyə bir şeymi var, bilmirəm. Hörmət göstərildi, yoldaşlarımız ayağa qalxdılar. İstiqlal Marşını ayaqda dinlədilər")

"Qəhrəman irqimə" deyil, o sonradan dəyişdirilmişdir. Onu qəhrəman millətimə, İslam millətinə söyləyir. Onda narahat olacağı bir şey yoxdur. Milləti İbrahimə, İbrahim milləti, Quranda keçər. Nə deməkdir? İslam milləti, bütün müsəlmanlar, kürd, türk, ərəb, çərkəz hamısı... Orada irq mənasında bir ifadə yoxdur. Dəmirdaş səhv bilir. Bax orada kiçik bir dəyişiklik etmişlər, nələrə gətirib çıxarır.  İrq olarmı, onsuz da onu kimsə qəbul etməz. İrqə dayanan bir ifadəni kim qəbul edər?

 

(Məclisin 25-ci Dövr açılışında AK Partiya Bursa Millət vəkili əlil Bennur Karaburuna yol verildi. Vəkil kürsüyə gəldikdən sonra, andına "Bəsmələ" ilə başlayınca məclis də bəsmələ ilə açılmış oldu. Bəsmələ məclis protokollarında iştirak etmədi)

Bəsmələ gözəl bir sözdür. "Bismillahi-rahmani-rahim"; Rəhman, Rəhim olan Allahın adıyla. Bərəkət gətirər, xeyir gətirər, gözəllik gətirər. Onsuz da hər açılış bəsmələylə açılır. Rəsmi açılışlar da elədir. Respublika başçısı da, Baş nazir də "Bismilləhir-rahmənir-rahim" deyərək açırlar. Bunda təəccüblü bir şey yoxdur ki. Lazımsızdır. Protokola da keçsin. Əvvəllər necə protokola keçirdi. İlk məclis protokollarına baxın hamısında "Bismillahir-rahmanir-rahim" vardır. Allahın adından bəhs edər, ayələrdən bəhs edər. Bu qədər fanatik olmağa ehtiyac yoxdur.

 

(KCK İcraetmə Şurasının başçılığı dünən Kobanidə bombalı hücumlarla edilən qırğınla əlaqədar olaraq hökuməti günahlandırdı və hücumun hesabının soruşulacağını söylədi: "Bu hücumları təşviq edən və normallaşdıranlar "PYD İŞİD-dən daha təhlükəlidir" deyənlərdir)

Əlbəttə ki, daha təhlükəlidir; çünki PKK on minlərlə əsgərimizi, polisimizi şəhid etdi. İŞİD bizim millətimizdən, insanlarımızdan heç kimi şəhid etməyib; amma bu döyüşə görə PKK canlı qalxan olaraq istifadə edildiyi üçün kürd qardaşlarımız onları şəhid etdilər. Bu doğrudur. Amma burada onları bura aparan PKK-dır. kürd vətəndaşlarımızı təhdidlə, təzyiqlə götürüb apardılar, canlı qalxan olaraq istifadə etdilər. Necə ki İŞİD hücumdan 15 gün əvvəl PKK-ya məlumat göndərdi. "Biz oraya hücum edəcəyik, oradan sivil xalqı çıxarın" dedilər. Mülki xalqa da tək-tək, ayrı-ayrı məktub göndərildi. "Oran boşaldın, oraya hücum edəcəyik" dedilər. Amma bu əxlaqsız PKK-lılar xalqın oradan çıxmasına icazə vermədi. İŞİD də hücum edincə, əlbəttə ki, sivil xalqdan da şəhid olanlar oldu. Burada PKK-nın namərdliyini görürük. Döyüş sahəsinə mülki xalq soxulmaz.

PKK 15-16 yaşındakı uşaqları "siz kürdləri qurtaracaqsınız. Siz kürd milliyyətçilərisiniz, qəhrəmansınız" deyərək aldadır. Uşaqları Suriyalı azğın, gözü dönmüş qatillərlə qarşı-qarşıya qoyurlar. Həmişə uşaqlar  pərişan olurlar. Onlar kommunistliyi başa düşməzlər. Əsl başçıdırlar, özləri də kef eləyirlər. Aparıb döyüşdürdükləri uşaqların heç biri PKK-lı deyil, bilməzlər də. Kommunistliyi də bilməzlər. Müsəlman ailələrin uşaqlarıdırlar.

 

("Mehdi də Quranda yoxdur, onu niyə qəbul edirsiniz? Ya da Risaləyi-Nuru niyə nümunə götürürsünüz?" sualına cavab)

Mehdi (ə.s) Quranda yoxdur deyə bir şey yoxdur. Kəhf surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Yusif surəsində də əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini izah edir və mehdiyyəti izah edir.

("Sizcə hansı ölkə və ya hansı təşkilat dünya sülhü üçün silahları basdırar?" sualına cavab olaraq)

Bütün ölkələr, bütün təşkilatlar silahları basdıracaqlar. Basdırmayacaqlar, sənayedə istifadə ediləcək. Əridiləcək, soyuducu düzəldiləcək, paltar maşını düzəldiləcək, avtomobil düzəldiləcək, Mehdi dövründə bütün silahlar qalxacaq. Tövratda keçər, Peyğəmbərimizin (s.ə.v) hədislərində keçər.

"Bu hədisləri niyə qəbul edirsiniz?" deyir. Bax indi belə; iki cür hədis qəbul edilir. Biri Quranla tam uyğundur. Məsələn, Allah deyir ki, namazı qılın, namazı tərk etməyin. Hədisə baxırıq; namazı qılın, namazı tərk etməyin. Yaxşı, Qurana uyğundur. Biz bu hədisi qəbul edərik. İki, deyir ki, "Mehdi çıxacaq, bunları-onları edəcək. Belə-belə hadisələr olacaq, ondan əvvəl kometa çıxacaq, Firatın suyu kəsiləcək və digər hadisələr olacaq". Baxırıq hadisələr eynilə, bir-bir, düz bir sırayla, otuz il içində hamısı olub. Onda hədislərin hamısı doğrudur. Çünki təsdiqlənib. Təsdiqləndisə doğrudur. Yoxsa peyğəmbərin sözü günümüzə heç gəlməyəcək deyə bir şey yoxdur. Məsələn, Sezər bir şey söyləyir, "Veni, Vidi, Vici" deyir, "Getdim, Gördüm, Məğlub etdim" deyir və hər kəs bilir, doğru olaraq tarixə keçmişdir. Sezərin sözü gəlirsə, peyğəmbərin sözü də gəlir. Amma doğru olduğunu haradan anlayırıq? Qurana uyğundursa, anlayarıq.

 

Ayə şərhi

"Hər ümmətin bir elçisi vardır. Onlara rəsulları (elçiləri, mehdiləri) gəldiyi zaman, aralarında ədalətlə hökm verilər", (Yunis surəsi, 47)

İlk ediləcək şey nə imiş? Ədalət. Mehdi (ə.s)-ın də ilk edəcəyi şey ədalətdir. "Və onlar zülmə məruz qalmazlar". Mehdi (ə.s) nə zülmə məruz qalar, nə də zülmə məruz qaldırılar. Onun zamanında insanlar heç bir şəkildə zülmə məruz qaldırılmazlar.

 

İslamda baş kəsmək haramdır

Necə haramdır? Çünki sən adamı məcbur edirsən. Öldürərək məcbur edirsən. Adam, "Mən müsəlman olmaq istəmirəm" deyər, olmaz. "Müsəlman olmaq istəyirəm" deyər, olar. "Namaz qılmaq istəmirəm" deyər, etməz. Sən onu məcbur etsən, münafiq olar. Allah münafiqliyə maneə törətmək üçün, "Dində məcburiyyət yoxdur" deyir. Buxaridə, Müslim, Tirmizidə nə deyir, "Doğrayın" deyir. İŞİD də nə edir? Doğrayır.

 

Tayyib müəllimə halaldır, dəliqanlı kimi danışıb: "Bütün dünyaya səslənirəm. Əvəzi nə olursa olsun, Suriyanın şimalında, Türkiyənin cənubunda dövlət qurulmasına əsla icazə verməyəcəyik". EvelAllah.

 

("Bütün meşəbəyi qardaşlarımız sizin hökumətə təklif etdiyiniz şəkildə hökumətin atacağı addımları gözləyir və hökuməti MHP ilə hökumət qurmaq üçün dəstəkləyəcəklər" Tamaşaçı məktubu)

Bütün meşəbəyi qardaşlarımıza Allah uzun ömür versin. Allah onları namərd güllələrdən qorusun. Onların hamısı qoç igid, aslandırlar. Onlar Allahın aslanlarıdır. "Əsədullah". Əgər hökumət MHP ilə koalisiya qurmazsa, bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Yəni AK Partiya məhv olar, mən söyləyirəm. Yəni siyasət səhnəsindən tamamilə silinib gedər. Onun üçün mütləq MHP ilə koalisiya etsin. Həm də möhkəm bir koalisiya.

 

Kürd zadəgandır, soyludur, əfəndidir. PKK alçaqdır, namərddir, pislikdir

Kürd demək nur deməkdir. Mənim ustadım Səid Nursi Həzrətləri kürddür. Səlahəddin Əyyubi həzrətləri kürddür. İmam Bərzənci həzrətləri bir əvvəlki mücəddid kürddür. Alimləri səhərə qədər sayaram, hamısı kürddür, böyük mücəddiddirlər. Kürd zadəgandır, soyludur, əfəndidir, nəzakətlidir, nurludur, dindardır, sadədir, təmizdir, mərddir, igiddir,dəliqanlıdır. Səhərə qədər sayaram. Amma PKK alçaqdır, namərddir, pislikdir, hər cür iyrəncliyi içində saxlayan bir qatil sürüsüdürlər. PKK ilə kürdü ayıra bilməyənə çox təəccüblənirəm. Yəni o ayrı-seçkiliyi edəcəksiniz.

(Jurnalist Burxan Əkinçinin "Mövcud vəziyyətdə Öcalan, PKK Türkiyə üçün şansdır. Dövləti deyil, birlikdə həyatı müdafiə edirlər. İraq kürdləri kimi müstəqilliyi müdafiə etsəydilər, daha yaxşı idimi?" sözlərinə cavab olaraq)

Birincisi, şans deyə bir şey yoxdur. Nəsib vardır. Bərzani dövlət qurursa qursun. Onsuz da öz bankı var, pulu var, markası var, ətrafı var. Bir cür dövlətdir. Adamcığaz nə etsin. O Türkiyəyə bağlanacaq, onun edəcəyi şey budur. O dövlət marağında deyil ki. Elə bir mövzusu yoxdur. İndi məcbur olduğu üçün elə edir. Nə etsin? Orada-burada millət hücum edir. Məcbur olaraq bir ordu meydana gətirib, məcbur olaraq bir polis təşkilatı meydana gətirib, məcbur olaraq daxili, xarici iş fəaliyyətləri olur. Yeni bir dövlət olur. Yoxsa onun dərdi mən müstəqil olum, dövlət olum deyil . Heç bir kürd qardaşımız da bunu düşünməz. Türkiyəyə bağlı olmaq faydalı, çox gözəl şeydir.

 

("Bəli dində məcburiyyət yoxdur, amma qadın kişinin ayrı oturması vardır". Tamaşaçı məktubuna cavab olaraq)

Haradan çıxarırsan? Hz. Yusif (ə.s) o dekoltə, gözəl xanımın yanında illərlə xidmət etdi. Orada hərəmlik salamlıq hardadır? Eyni otaqda olurlar. Hz. Süleyman (ə.s) o gözəl xanımı Həbəşistandan gətirtdi. Çox baxımlı, gözəl, dekoltə geyinən bir xanım idi. Orada hərəmlik salamlıq hardadır? Hətta hovuz olmadığı halda "hovuza gir" dedi. Qadın da hovuzda su var zənn etdi. "Dərin bir su zənn etdi" deyir. Dərin. Qıçlarını açır. Hz. Süleyman (ə.s) də  ona güldü. Onunla zarafat etdi. Yəni Quranda hərəmlik salamlıq harada keçir? Hz. Musa (ə.s) hekayədə Peyğəmbər qızlarıyla danışır. Hərəmlik salamlıqmı danışır? Allah ayədə "Müsəlman kişilər, müsəlman qadınlar birlikdə yemək yeyə bilərlər" deyir. Allah araya bir pərdə qoyun demir.

 

 

("Şiə, Sünni, Vahabi on nömrə müsəlman deyirsiniz. Səid Nursiyə təriflər yağdırırsan. Mehdi deyirsən. Sonra yalnız Quran deyirsən" Tamaşaçı məktubuna cavab olaraq)

Mən Qurana görə Şiə, Sünni, Vahabini qiymətləndirirəm. Yoxsa sünnilik doğrudur, şiəlik doğrudur, vahabilik doğrudur demirəm. Amma bu insanlar, "La ilahə illəllah Muhammədən rəsulullah" dediklərində bunlar  Qurana görə müsəlmandırlar . Ayrı-seçkilik edilməz. Uydurma hədisdə, "Ümmət 73 təriqətə ayrılacaq. 72-si dəlalətdə"; bu ifadə Qurana uyğun deyil. Onların hamısı nur kimi müsəlmandırlar.

(Ali-İmran surəsi, 12), "İnkar edənlərə de ki: "Yaxında məğlub olacaqsınız"

Allahın hökmü açıqdır. PKK-ya da söyləyirəm, yaxında məğlub olacaqsınız. Qırx illik dəccallıq müddəti sona çatdı. Dəccal dəstəsi qanun-hüquqla biçiləcək, hamısı həbsxanaya salınacaq, ağıllarını başlarına alsınlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo