Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: "Onlar, Rəblərinə qarşı qeyb ilə (Onu görmədikləri halda) qorxu içindədirlər." Allahın heybətinin təsiri altındadırlar. Allah qorxusu içindədirlər, "və onlar, qiyamət saatından içləri titrəməkdə olanlardır." (Ənbiya surəsi, 49). Adam nə deyir; qiyamətdən bəhs etməyə ehtiyac yoxdur qardaşım deyir, insanın ölümü onsuz da qiyamətdir, burax deyir qiyaməti, Mehdi (ə.s)-ı, dəccalı, biz imanımızı qurtarmağa baxaq deyir. Bunların hamısı onsuz da iman həqiqətidir, yəni imanın rüknləri bunlardır. Sən qiyaməti rədd etsən, imanını itirmiş olarsan. Nə deyir bax, bir qorxu içində möminlər, "və onlar qiyamət saatından içləri titrəməkdə olanlardırlar." Möminin qiyamət saatından içi titrəyir, deyilmi, Allahdan qorxur. Deməli, müsəlman üçün qiyamət əhəmiyyətlidir. Qiyamətin üzərində dayanır, qiyaməti gündəmdə tutur.