Əyləncəyə mane olan irqçilik və futbol
ucgen

Əyləncəyə mane olan irqçilik və futbol

1660
 
İngilis işçilərin öz aralarında əyləncə üçün oynamağa başladığı futbol hal-hazırda bir çox insan üçün çox əhəmiyyətlidir. Futbol üzrə dünya çempionatlarını bir neçə milyon insan izləyir, sosial şəbəkələrdə matç keçirilən günlərdə rekord sayda paylaşımlar, şərhlər olur.
 
Dövrümüzdə futbol, təəssüf ki, özü ilə birlikdə irqçiliyi və fanatizmi də gətirir. Fanatların futbola aid anlayışları və qiymətləndirmələri, futbola qarşı mövqeləri çox fərqlidir. Hətta oyunu izləməyə deyil, komandaları üçün ölməyə getdiklərini deyənlər də var. Belə ki, bəzi xuliqanlar matçlara gedərkən bıçaq, şiş kimi silahlarını da özləri ilə birlikdə aparırlar. Matç zamanı, ya da sonra ağır yaralanmalara, hətta ölümə qədər gətirib çıxaran dava-dalaşların yaşanıldığına, demək olar ki, hər ölkədə şahid olunur.
 
Futbol davalarındakı minlərlə ölülər, yaralılar
 
1970 FİFA Dünya Kuboku seçimlərində qarşılaşan iki qonşu ölkə Salvador və Honduras arasındakı matçdan sonra 100 saat davam edən davanı hamı bilir. Dünya tarixinə “futbol döyüşü” kimi keçən və fanatların törətdiyi hadisələr sosial medianın təhriki ilə başladılmışdı. Nəticədə isə 2100 ölü və 10 mindən artıq yaralı var idi. Döyüş Amerika Dövlətləri Təşkilatının müdaxiləsi ilə bitdi.
 
Belə hadisələrin Türkiyəyə aid də nümunələri var: düz 47 il əvvəl, 17 sentyabr 1967-ci ildə Sivasspor ilə Kayserispor arasındakı oyun ilk sensasiyalı qarşılaşma kimi türk futbol tarixinə keçdi. 43 nəfər əzilmə və havasızlıq səbəbindən öldü. Xəbərin Sivasda yayılması ilə də Sivasda yaşayan kayserililərin iş yerlərinə hücumlar edildi.
 
Keçən il Misirdəki Əl-Əhli ilə Port Səidin Əl Məsri komandaları arasında keçirilən matçdan sonra Əl Məsri izləyiciləri stadiona endi və ən az 74 nəfər öldü, minlərlə insan yaralandı. Bir qrup azarkeş stadionu yandırdı, bəziləri stadiondan kənarda hərbi idarəçilik əleyhinə nümayişlər keçirdilər. Dövlət televiziyası ordunun daha böyük hadisələrin qarşısını almaq məqsədi ilə ölkənin şimalındakı regiona tərəf irəlilədiyini bildirdi və liqa ləğv edildi.
 
Bunlar fanatizmin nəticəsində yaranan minlərlə hadisədən sadəcə bir neçəsidir.
 
Futbolda irqçilik də bütün dünyada narahatçılıq yaradan vəziyyətdədir. Futbolçular sadəcə dəri rənglərinə görə irqçi müdaxilələrlə qarşılaşmırlar. Futbolçular, hakimlər və fanatlarına, ölkələrinə, ictimai quruluşlarına, yaxud da dini inanclarına görə təhqir edilirlər. İtaliyada irqçiliklə əlaqədar cinayətlərin ən çox baş verdiyi klub “SS Lazio”nu buna misal göstərə bilərik. Klubun tərəfdarlarının əksəriyyəti “Mussoliniçilər”-dən təşkil olunmuşdu. Mavi-ağ tribunalarda qammalı xaçları tez-tez görə bilərik.
 
Problemlər cəzalandırmaqla həll edilə bilməz
 
Əlbəttə ki, futbolda həmişə pis hadisələr baş vermir. Bir çox futbolçular insanlar üçün çox yaxşı nümunədir. Həmçinin, eqoist, faşist və irqçi münasibətlərə də qarşı çıxırlar. Məsələn, Nikolas Anelka (Nicolas Anelca)  İslam əxlaqının futbol həyatına necə təsir etdiyini tez-tez dilə gətirən futbolçudur. Mussa Sov (Moussa Sow) futbol sayəsində cinayət törətməkdən xilas olduğunu, İslam sayəsində futbol dünyasındakı çətin təzyiqləri dəf etdiyini açıqlamışdı. Dünyanın hər tərəfindən milyonlarla futbolçu qazanclarının bir hissəsini yardım vəqfləri vasitəsilə möhtac insanlara verirlər. Klinikalar, məktəblər açtıranlar, geyim və qida ilə kömək edənlər də olur.
 
Futbol sahəsi inkişaf etsə də irqçilik və şiddət problemləri kifayət qədər həll edilməyib. UEFA və ölkələrin futbol komitələri pul və uzaqlaşdırma cəzaları verməklə kifayətlənir, problemlərin əsl səbəblərini axtarmırlar. Əlbətdə ki, futbolda fanatizmi, şiddəti, irqçiliyi təşviq edən insanların açıqlamaları mətmuatla yayılmamalıdır. Mətbuatın irqçiliyə və fanatizmə dəstəyinin qarşısı alınmalı, fanatik vı irqçi davrananlara lazımi hüquqi cəzalar və pul cəzaları verilməlidir, amma əsas həll edilməli başqa şeylər də var.
 
İrqçi, xuliqan düşüncələr yaranmadan qarşısı alınmalı, yəni ciddi bir təhsil siyasəti ilə irqçilik və xuliqanlığın yaranma səbəbi məhv edilməlidir. Çünki futboldakı şiddətin, irqçiliyin təməli sevgisizlik və materialist fəlsəfə sadəcə təhsil ilə məhv edilər. İnsanları sevgisizliyə, dava-dalaşa, başıpozuqluğa, eqoistliyə və əxlaqsızlığa yönəldən materializm zehinlərdən silinmədikcə dostluq və qardaşlığı yaratmaq mümkün deyil.
 
İrqçilik və qəfəslərdə saxlanılan insanlar arasındakı əlaqə
 
“Görəsən idmandakı bu irqçilik nədən qaynaqlanır?”- deyə düşünəndə qarşımıza çox düşündürücü mənzərə çıxır:
 
Belçikada yaxın keçmişdə, 1958-ci ildə afrikalı qaradərililər qəfəslərdə ziyarətçilərə nümayiş etdirilmişdi. Eynisi Fransa, Almaniya, İtaliya, Polşa və İspaniyada da “Human Zoo” adlandırılan bu yerlərdə Avstraliya, Afrika və Amerika yerlilərinə qürurlarını qıraraq qəfəslərdə nümayiş heyvanı kimi təqdim edilmişdi.
 
Məhz bütün hadisələrin səbəbi təhsil sistemindəki yanlışlardır. İnsanın heyvan növü olduğu kimi yanlış məlumatlarla maarifləndirilən, mənəviyyatsız insanların bu xüsusiyyətlərdən xilası isə yenə ciddi təhsil sistemi, təhsil siyasəti ilə yaranar.
 
Təhsil təkcə texniki mövzuları öyrətmək deyil, sevgini, mənəviyyatı da əhatə edən sistem olmalıdır. İnsanın insan olaraq yaradıldığı, ruh sahibi olduğu, beləliklə də, hər fərdin ayrı-ayrılıqda çox dəyərli olduğu öyrədilməlidir. İrqin, dəri rənginin, madiyyatın deyil, əxlaqın əhəmiyyətli olduğu aşılanmalı və beləliklə, insanların bir-birlərinə sevgi, hörmət etmələrinə nail olunmalıdır. Ancaq bu yolla irqçiliyin qarşısı alına bilər və problem kökündən həll olar. Dünya səviyyəsində böyük kütlələrin izlədiyi futbolun sevgi və qardaşlıq mühitinə çevrilməsi də sadəcə bu təhsillə mümkündür.

Adnan Oktar'ın Weekly Blitz'de nəşr olunan məqaləsi:

http://www.weeklyblitz.net/2014/08/racism-spoils-fun-football/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr