İŞİD-in Kobanidə DBP-yə etdiyi və tarixin ən böyük əməliyyatlarından hesab olunan hücumları davam edərkən bütün dünyada eyni zamanda zülm və vəhşilik son sürətlə davam edir. Şərqi Türküstanda, Araqanda, Suriyada, Misirdə, İraqda, Səudiyy’ Ərəbistanında, Mərkəzi Afrikada... Müsəlmanlara və günahsız insanlara edilən zülm, qətliam, vəhşilik və işgəncə siyasəti İŞİD adı altında dünya ictimaiyyətindən gizlədilməyə çalışılır.
www.pkkninkomunisttaktikleri.beyazsiteler.com
Dəccaliyyət sistemini dəstəkləyən hakim qüvvələr, müttəfiqlər və dəccaliyyət tərəfdarları hər kəsin diqqətini İŞİD-in PKK-ya qarşı təhdidinə yönəldərkən hər gün dünyanın fərqli bölgələrində səssiz-sədasız qətliamlar baş verir. Bu qətliamların ən şiddətlisinə isə müsəlmanlar məruz qalır. İndi bütün dünyanın laqeyd qaldığı müsəlman qətliamlarına aid bəzi nümunələr göstərək.
Bütün dünyanın laqeyd qaldığı müsəlman qırğını
→ Əsədin Suriyada müntəzəm olaraq davam etdirdiyi varel bombası hücumları zamanı hər ay orta hesabla 350 uşaq həyatını itirir. Şamın Cobar bölgəsində zavallı kiçik uşaqları anesteziya olmadan əməliyyat etmək məcburiyyətində qalırlar.
→ Suriyada bugünə qədər 11 min insan aclıq və əzab dolu işgəncələrə məruz qalaraq zindanlarda, soyuq dəhlizlərdə həyatlarını itirdilər və bu, hələ də davam edir.
→ Bəşər Əsədə bağlı psixopat, dinsiz, imansız, cinayətdən zövq alan özəl seçilmiş məxluqlardan ibarət silahlı Şebbiha təşkilatı müsəlmanlara qarşı vəhşilik və zülm aksiyalarını fasiləsiz davam etdirir. Ərəbcə "ruh" mənasını verən Şebbiha dayaq və işgəncələrlə şəhid edə bilmədiyi müsəlmanların bədənlərini bıçaqla yaralayır, orqanlarını kəsir, ölmədikləri halda bu dəfə də güllələyirlər. Bunu edərkən də aralarında gülüb əylənir, bıçaq və silahları dəyişdirərək ağılasığmaz bir vəhşilik və psixopatlıq nümayiş etdirirlər.
→ İraqda Malikinin dəstəklədiyi şiə təriqətli polislər müsəlmanlara qarşı törətdikləri işgəncə və cinayətləri davam etdirirlər. 2014-cü ilin yanvar ayından etibarən Maliki polisləri demək olar ki, hər gün raket və barrel bombaları ilə Fəllucəni bombaladılar, sivil müsəlman xalqını amansızca qətl etdilər. Abadi dövründə də eyni vəziyyət idi.
→ Banqladeşdə dövlət müsəlmanları qorxutmaq üçün liderlərinə edam cəzası verir, yüzlərlə lider isə həbsxanalarda ölümə tərk edilir. Polis bu zülmə qarşı çıxan silahsız, sivil müsəlmanlara atəş açaraq onları şəhid edir. Haqqında edam qərarı verilmiş İslam camaatının lideri Qulam Azam həbsxanadakı narahatlığına görə xəstəxanaya göndərilməsinə mane olunduğu üçün dünyasını dəyişdi.
→ İranda, Səudiyyə Ərəbistanında hər ay onlarla müsəlman rejimin əleyhinə olduqları, idarəçiliyi tənqid etdikləri, ya da müxtəlif qanunlara qarşı çıxmaları səbəbindən edam olunurlar. Təcavüz olunan qadınlar özlərini müdafiə edərkən belə amansızlıqla ölüm cəzasına məhkum olunurlar.
→ Misirdə dövlət minlərlə müsəlmanı meydanlarda güllə yağışına tutaraq kütləvi qırğınlarla şəhid edir. Yaralı müsəlmanların sayı təxminən on minə çatır. Yüzlərlə insan müsəlman olduğu üçün edam və ömürlük həbs cəzalarına məhkum olur.
→ Mərkəzi Afrikada 3 milyon əliyalın müsəlman vəhşicəsinə qətl edilmələrini gözləyir. Müsəlmanlara qarşı ölkədə sanki bir cadugər ovu davam edir. Məqsəd müsəlmanların çoxluq təşkil etdiyi, dəyərli mədən və neftin olduğu bölgələrdən müsəlmanları köç etməyə məcbur edərək bu yeraltı zənginlikləri ələ keçirməkdir. Xristian polislər bu köçü vəhşilik, işgəncə, təcavüz və təxribatçılıq üsulları ilə sürətləndirməyə çalışırlar. Bölgəyə təxminən 3000 əsgər göndərən fransızlara güvənirlər.
Dünyanın fərqli yerlərində unudulan müsəlman xalqlar - Uyğur türkləri
Çinin qərb bölgəsində yerləşən Şərqi Türküstandakı müsəlman dostlarımız təxminən 60 ildir ki, saysız işgəncələrə məruz qalır və inanılmaz təzyiqlər altında yaşamağa vadar edilirlər. 1995-ci ildən sonrakı qətliamlarda öldürülən şərqi türküstanlıların sayı 35 milyona - inanılmaz həddə gəlib çatır. Ən əsası isə 1990-cı ildə Barında, 1995-ci ildə Hotendə, 1997-ci ildə Qulcada, 2009-cu ildə Urumçidə və sonuncu 2014-cü ildə Yarkentdə törədilən qətliamlar tədbir alınmadığı təqdirdə artaraq davam edəcəyi görünür.
Ötən Ramazan ayının sonu- iyul ayının 28-də Çin Şərqi Türküstanın Yarkent-İlişku bölgəsində 100-ə yaxın şərqi türküstanlının həyatını itirdiyi daha böyük qətliam törətdi. Bu qətliam Çin dövlətinin tətbiq etdiyi senzura siyasəti nəticəsində mətbuatda yayımlanmadı və bütün dünyadan gizlədildi.
Şərqi türküstanlı bir gənc dünya mətbuatına sonradan çatdırdığı məktubunda Çin idarəçilik sisteminin may ayının 27-də Hotendə başlatdığı "Terrorla mübarizə və ağır zərbə vurma əməliyyatı" çərçivəsində təravih namazı qılan qadınların belə qətl edildiyi haqda məlumatlar vermişdi.
Bu gənc Çin ordusu tərəfindən həbs olunduqdan sonra Çin dövlət televiziyasına çıxarılaraq yazdığı məktubdakı qətliam haqda məlumatlar ona inkar etdirildi. Bir müddət sonra isə şərqi türküstanlı zavallı gəncin Çin hökuməti tərəfindən həbs olunduğu və həyatını itirdiyi xəbəri gəldi.
Adı çəkilən qətliama etiraz etmək üçün nümayiş keçirən uyğur türkləri həbs olundu, separatçılıq etdikləri iddiası ilə onlardan 27 nəfər edam cəzasına məhkum olundu. Həmçinin 9 nəfərə ömürlük, 20 nəfərə isə 4 ildən 20 ilə qədər ağır həbs cəzası verildiyi bildirildi. Qiyamdan sonra 6 yaşayış yeri Çin ordusu tərəfindən mühasirəyə alındı və minlərlə insan həbs olundu. Bu bölgələr hələ də mühasirəyə alınmış vəziyyətdədir və uyğur türkləri hələ də buna görə narahatlıq keçirirlər.
Oruc tutan müsəlmanları zorla yerə uzadıb boğazlarına su tökərək, evdə Quran saxlayanları həbs edərək və bu zülmə haqlı olaraq reaksiya verənləri də terror təşkilatının üzvü olduqları iddiası ilə edam cəzasına məhkum edərək aparılan zorakılıq siyasətinin yalnız bir izahı ola bilər: O da uyğur türklərinin bu cür ağır təhrik və təzyiqlər nəticəsində radikallaşdırılmasıdır.
Bu üsulla hövsələdən çıxıb ayağa qalxaraq küçələrə axışan uyğur türkləri şiddətin tam içərisində olacaqlar. Beləliklə, Çin üçün daha asan bir şəkildə hədəfə çevriləcəklər və həmçinin hərbi müdaxilə üçün də yollar açılacaq. Nəticədə isə Çin on illər boyu təzyiq və şiddət siyasəti ilə zorla ayaqda saxladığı kommunist rejimi üçün ətrafında mühüm ideoloji təhdid olaraq gördüyü müsəlman xalqını“qanuniləşdirəcəyi” bir soyqırımı ilə yox edə biləcək.
Halbuki bu cür fiziki üsullar tarix boyu yalnızca problem yaradaraq iki qat böyümüş və heç bir fayda verməmişdir. Şiddətlə, təzyiqlə, zorakı üsullarla fikirlər, düşüncələr, inanclar yox olmaz, əksinə daha da güclənər, daha möhkəm kök salar və daha çox yayılar. Buna görə Çin əgər həqiqətən, bölgəyə barış gəlməsini istəyirsə, müsəlman uyğur türklərinin həyatlarına, haqq və sərbəstliklərinə, adət-ənənələrini və inanclarını, dini öhdəçiliklərini rahat yerinə yetirmələrinə hörmət etməlidirlər. Amma Çinə "fanatik İslam anlayışı" başa salınmalıdır. Şərqi Türküstanda dinlərini yaşamaq istəyən dostlarımızın İslam dininin barış və sevgi dolu əxlaqını yaşamaq istədikləri bildirilməlidir.
Taylandda həbsxanada həbs olunan, içərilərində qadın və uşaqların da olduğu 496 uyğur türkü xəstəliklərlə mübarizə apararaq çox ağır şərtlər içərisində həyat mübarizəsi aparır. Bunların Çinə geri qaytarılma və orada edam cəzasına məhkum olunma ehtimalı da yüksəkdir. Buna görə MHP-li deputat Cənab Sinan Oğanın "Taylandda Səfirliyimiz və Xarici İşlərimiz"in bu zavallı insanlara sahib çıxması" tələbinin yerinə yetirilməsi üçün hərkəsin öhdəsinə düşəni etməsi çox vacibdir.
www.ataturkvekomunizm.beyazsiteler.com
Dünya artıq güclülərin mübarizə apardığı, həqiqi siyasətdə hökm sürən insafsızlıq və sevgisizlik içərisində boğulduğu mühitdən çıxarılmalıdır. Bu mühit artıq üstün güclərə də böyük zərərlər verir. Ən qısa zamanda sevgi siyasətlərinin həyata keçiriləcəyi, sevgi ilə davranılmasını məsləhət görən sevgi müəllimlərinə qulaq asılacağı bir dövrə gəldik. Hz İsanın (səv) şagirdlərinə təlqin etdiyi o səmimi sevginin və təvazökarlıq ruhunun dünyaya hakim olacağı zamana yaxınlaşmışıq. İnsanların iman şövqü ilə vicdanlarını dinləyəcəyi və cəmiyyətlərin sevgi və demokratiyanı ən saf halı ilə yaşayacağı Qızıl Dövr ərəfəsindəyik.
Beynəlxaq ictimaiyyət müsəlman qırğını qarşısında illərdir səssiz dayanır
Dünya tarixində bu dərəcə misli görünməmiş qlobal müsəlman qırğını, ağlasığmaz zülm, vəhşilik və yox etmə qarşısında beynəlxalq ictimaiyyət hər zaman olduğu kimi görməz, eşitməz, anlamaz münasibətini davam etdirir. Heç kim səsini belə çıxartmır, reaksiya vermir, həll yolu axtarmır və tədbir görmür...
Amma mövzu "dinsiz, imansız, kommunist, mənfur, terrorist bir soyğunçu camaata Yaxın Şərqdə yerləşən bir dövlət qurmaq" olduqda bütün dünya ayağa qalxır. Dünya mətbuatında bu qatil dəstəsinə sahib çıxmaq üçün rəqabət aparılır, sivil vətəndaşların həyatı isə heç sayılaraq başlarına bombalar atılır.
Bir terror təşkilatının bölgədə hakim olması və müsəlmanların yox edilməsi üçün tək bir hava hərəkatına 4.5 ilə 9 milyon dollar pul xərcləyən, tək bir tomehawk raketini 1 milyon dollara atan, təkcə iyun ayından bu günə qədər İŞİD-lə mübarizəyə 1.1 milyard dollar pul xərcləyən Qərb topluluğu və Yaxın Şərqdəki bəzi müttəfiqlərinin- nümayiş istisna olmaqla- müsəlmanların qurtuluşu üçün tək bir dollar belə xərcləməməsi çox qorxuducudur.
www.pkkninideolojisi.beyazsiteler.com
Myanmar dövlətinin yox Hesab etdiyi Rohinca xalqı
Araqanda yaşayan təxminən 1 milyon müsəlmandan demək olar ki, sadəcə 140 min insan qaldı. Digər yüz minlərlə müsəlmanın isə bir qismi şəhid edildi, bir qismi də zülm və cinayətlərdən xilas ola bilmək üçün yurdlarını tərk etmək məcburiyyətində qaldılar.
Rohinca müsəlmanları illərdir vətəndaşlıq hüquqlarının verilməməsi, səyahət və ticarət azadlıqlarının təmin olunmaması və saysız məhdudiyyətlərlə yanaşı, fanatik buddistlər tərəfindən də ağır şiddətə məruz qalırlar. 2012-ci ildə başlayan son şiddət dalğası ilə təxminən 150 min müsəlman evlərini tərk etmək məcburiyyətində qaldı. Əksər rohincalılar yolda həyatlarını itirmiş, qonşu ölkələrə sığınan digər rohincalılar isə köçdükləri ölkələrdəki düşərgələrdə də olduqca çətin və qeyri-insani şərtlərdə həyatlarına davam edirlər.
2014-cü ilin oktyabr ayında BMT baş katibi Pan Gi-Mun Rohinca müsəlmanlarının şiddətə məruz qalmağa davam etməsinin narahatlıq verən məsələ olduğunu bildirərək Myanmar hökumətinin verdiyi sözlərini yerinə yetirmədiyini bildirdi. Baş katib, həmçinin ölkədəki etnik və dini ayrı-seçkiliyə görə yaranan şiddətin də narahatlıq yaradacaq ölçüdə olduğuna diqqət çəkdi.
Rohinca müsəlmanlarının haqqlarını müdafiə etmək üçün qurulan Araqan Layihəsindən olan Kris Leva təkcə iyun və sentyabr ayları arasında ən azı 30 kənddə şiddət hadisələri və insan haqları pozuntuları olduğunu, bir çox müsəlmanların da terror təşkilatlarına bağlı olması səbəbindən nəzarətə alındıqlarını söylədi.
Araqanlı lider Aunq Vin də bir çox araqanlının vətəndaşlıq almaq haqqında müraciətinin qəbul edilmədiyini, çünki onların benqallı sayıldıqlarını söylədi. Nəticə olaraq araqanlılar hələ də vətənsizdirlər. Nə içində uzun illərdir yaşadıqları Myanmar onları vətəndaş olaraq qəbul edir, nə də iddia edildiyi kimi qonşu ölkə Banqladeş vətəndaşlıq verir.
Beynəlxalq ictimaiyyətdən gələn təzyiqlər nəticəsində Myanmar hökuməti lazımi şərtləri yerinə yetirən qaçqınlara vətəndaşlıq haqqı tanımağı qəbul etdiyini söyləsə də bunun bir yalan olduğu çox açıqdır. Çünki rohincalıların ailələrindən ən azı üç nəslinin ölkədə yaşayışı təsdiqlənmədiyi üçün bu haqdan faydalana bilmirlər. Rohincalıların rəsmi şəkildə evlənmələrinə imkan verilmədiyi kimi doğulan uşaqlara da dövlət doğuş haqqında şəhadətnamə vermir.
Qısaca, dövlət ölkədə sanki Rohinca adlı bir bölgə və burada yaşayan bir xalq yoxmuş kimi davranmağa davam edir.
Zülm və şiddət sevgi ruhu ilə həll olunar
İllər boyu insanlara təlqin edilən materializm və bunun nəticəsində yaranan inancsızlıq cəmiyyətdəki şiddətin ən başlıca səbəbidir. Eqoist, lovğa, öz mənfəətini düşünən insanlar tez-tez naşükürlük edirlər. Bu da cəmiyyətdə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət anlayışlarını ön plana çəkir. Haqlının deyil, güclünün qazanacağı inancı dünyanı sanki sevgisizlik cəhənnəminə çevirir.
Lovğa, etibarsız, hər an partlamağa hazır bir bomba kimi yaşayan bir insan modeli zəngin də olsa, onlarla universitet bitirmiş də olsa, pozuq ruhundakı şiddət hissini heç bir halda tərk edə bilməz. Eqoistliyi və sevgisizliyi insanları özündən başqasına dəyər verməməyə vadar edər.
Zülmün şiddət və silahla heç vaxt həll oluna bilinməyəcəyi açıqdır. Yanlış və azğın ideologiyalar fikirlə, elmlə, təhsil səfərbərliyi ilə təmin ediləcək qəbul etdirmə üsulları ilə kökündən həll olunmalı, silah/müdafiə sənayesinə xərclənən trilyon dollarlar səhiyyəyə, sənətə, təhsilə, dünyanı cənnət kimi etməyə xərclənməlidir.
Dünya artıq şiddətlə, bomba ilə deyil, sevgi ilə, mərhəmətlə məsələləri həll etməlidir. Bütün ölkələr Qurandakı və digər müqəddəs kitablardakı sevgi ruhuna tabe olsa, dünyada sevgi hakim olar. Bütün ölkələr dinə görə həyatlarını müəyyənləşdirmiş olsa, sevgi siyasətləri qarşısında fövqəladə şəkildə yumşalar.
Müsəlmanlara edilən zülmün qarşısının alınması, dəccaliyyətin axırzamandakı dünya hakimiyyətinin başa çatması və kökündən yox edilməsi, qısası məzlumların tək qurtuluşu sadəcə hz. Mehdinin (əs) zühuru ilə həll olunacaqdır. Bu gün müsəlmanlara qarşı davam edən bu zülm Allah`ın izni ilə çox yaxın bir zamanda hz. Mehdinin (əs) zühur edəcəyinin ən açıq-aydın əlamətlərindən biridir.