ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (17 DEKABR 2010)

 

Əraf surəsi, 188. Şeytandan Allaha sığınıram "De ki: "Allahın diləməsindən savayı özüm üçün faydadan və zərərdən (heç bir şeyə) malik deyiləm." Deməli, qlobal dediyin artıq almaya, armuda qlobal gözlə baxa bilərsən, dünyadakı inkişaflara; hamısına Allah sahibdir. İnsan dediyin Allahın yaratdığı bir təcəllidir, kölgə varlıqdır. Qlobal güc dediyin onlardan meydana gəlir. "Əgər qeybi bilsəydim, şübhəsiz, xeyirlə etdiklərimi artırardım." Amma Allah, zamanla Peyğəmbərimiz (s.ə.v)-ə qeybi bildirir. Qeybin hamısı mənasında, qeybin hamısını bilmərəm, Allahın bildirməsiylə bilərəm mənasındadır. Təbii ki, öz həyatı ilə əlaqədar, hamısına aiddir, yoxsa Allah Peyğəmbərimiz (s.ə.v) ilə əlaqədar da bildirir. Amma hissə-hissə, qısa-qısa, az yerləri bildirir. Məsələn, hz. Əli (r.ə)-in şəhid olacağını bildirir, Peyğəmbər (s.ə.v)-in həyatını maraqlandıran bir şeydir, amma qısa; yəni bütün həyatı bildirilmir. "Və mənə bir pislik də toxunmazdı." Çünki hamısını bilərdim deyir, həyatının hamısına aid olacağı üçün. "Mən, iman edən bir qövm üçün", amma hansı qövm üçün? "İman edən qövm üçün. "Qorxudan və müjdələyəndən başqası deyiləm." Baxın, bu ayədə; "Mən iman edən bir qövm üçün qorxudan və müjdələyəndən başqası deyiləm." Əbcədi; 2026-nı verir. MaşaAllah, nə vaxt, harada dünya hakimiyyəti ilə əlaqədar bir ayə varsa, mütləq mehdiyyətin tarixini, əbcədinin tarixini verir. Yəni bu yüz əllinin üzərində bu yüz əllinin, bu möcüzə deyilmi? MaşaAllah.

 

Şeytandan Allaha sığınıram.

"Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu)." Yəni əlaqəyə girincə bir yüklə yükləndi, hamilə qaldı. "Və bununla (bir müddət) gəzişdi." Yəni 9 ay 10 gün. "Necə ki, ağırlaşınca" yəni doğum sancısı yaxınlaşınca, "ikisi Rəbləri olan Allaha dua etdilər: "Əgər bizə saleh (bir uşaq) versən, and olsun şükür edənlərdən olacağıq. Amma O, onlara (Adəmin uşaqları kişi və qadınlara) saleh (bir uşaq) verincə, özlərinə verdiyi şey mövzusunda Ona ortaqlar qoşmağa başladılar. Allah, onların şirk qoşduqlarından Ucadır." Yəni əvvəl Allahdan gözləyirlər, lakin sonra dünyəvi güclərə güvənməyə başlayırlar. Dünyəvi təsirin altına girirlər. "Özləri yaradılmışkən" bax, "özləri yaradılmışkən, heç bir şey yaratmayan şeyləri mi ortaq qoşurlar?" Məsələn; qlobal gücləri. "Halbuki, bu şirk qoşduqları güclər və cisimlər nə onlara kömək edə bilərlər, nə də öz nəfslərinə." "Hamısını Mən edirəm" deyir Allah, "Mən yaradıram." "Onları hidayətə çağırsanız sizə uymazlar." Hidayətə, yəni mehdiyyətə çağırsanız, sizə uymazlar. "Onları çağırsanız da, susqun dayansanız da, sizə qarşı münasibətləri birdir." Təsirlənməzlər, sabit hala gəlmişlər, artıq ləğv olmuşlar, heç bir yerə gedəcək gücləri yoxdur. Artıq adamın başında, ruhunda bir ideal, bir inanc, bir düşüncə qalmamışdır, neytral hala gəlmişdir. "Allahdan başqa tapındıqlarınız sizin kimi qullardır. Əgər doğrusunuzsa, dərhal onları çağırın sizə cavab versinlər." Bax, deməli, bir qisim insanlar insanlara tapınırlar. Yəni, məsələn, amerikalılara tapınır, avropalılara tapınır, onları bir güc olaraq görür. Onları qlobal güc olaraq görür, onları Allah kimi görür, haşa. Onların dünyanı idarə etdiyinə inanır, Allahın idarə etdiyinə inanmır. Bu səbəbdən, o ilah gördüyü varlıqlara görə özünü nizamlayır. "Allahdan başqa tapındıqlarınız sizin kimi qullardır" Allah deyir. "Əgər doğrusunuzsa, dərhal onları çağırın ki, sizə cavab versinlər. Onların gəzəcək ayaqları varmı? Ya da tutacaqları əlləri mi var, və ya görəcək gözləri mi var? Yoxsa eşidəcək qulaqları mı var? De ki: "Ortaq qoşduqlarınızı çağırın sonra bir hiylə qurun, mənə göz belə açdırmayın." Yəni o qlobal gücləri çağırın, sonra hiylə qurun, mənə də göz açdırmayın. Heç bir şey edə bilməzsiniz Allah deyir. Yəni Peyğəmbər (s.ə.v) belə meydan oxusun, deyir. Çünki bütün güc Məndədir, Allah deyir. Yəni heç bir insan, heç bir büt, heç bir güc Mənim gücümlə müqayisə edilə bilməz. Çünki, onların gücünü yaradan da Mənəm, Allah deyir. Bu səbəbdən, onlardan heç təsirlənməyin, deyir Allah.