Adnan Oktarın Kaçkar Tv-dəki canlı reportajı (1 fevral 2011)
Şeytandan Allaha sığınıram. Ənam surəsi, 43 "Onlara çətin əzabımız gəldiyi zaman yalvarmaları lazım deyildi mi? Amma onların ürəkləri qatılaşdı, şeytan onların etdiklərini cazibədar və bəzəkli göstərdi". Dünyanın hər yerində insanlar əzab çəkirlər və çox çətin əzablar çəkirlər. Bax, Allah nə deyir? "Əzabımız gəldiyində yalvarmaları lazım deyildi mi". Ya Rəbbi, bizə Mehdi (ə.s)-ı göndər, İsa Məsih (ə.s)-ı göstər, İslam Birliyini meydana gətir demələri lazım idi. Bizim günahlarımızı bağışla demələri lazım idi. "Amma onların ürəkləri qatılaşdı və şeytan onlara etdiklərini cazibədar və bəzəkli göstərdi. Deyərkən özlərinə xatırladılan unutduqlarında onların üzərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeyləri sevincə qapılıb təkəbbürlənincə onları tutduq. Artıq onlar ümidləri suya düşənlər oldular" deyir. Və yağış kimi bomba yağdırır, göydən yağış kimi fəlakət yağır. Qasırğalar olur, zəlzələlər olur. Zəlzələlər 1980-dən sonra fövqəladə artdı, qasırğalar fövqəladə artdı. Hər cür fəlakət fövqəladə artdı, iqtisadi böhran fövqəladə artdı. Bütün bunlardan insanlar ibrət götürməzlərsə, bu, çox anormal bir hərəkət olar. İbrət götürüb, Allaha dua edəcəklər. Ya Rəbbim, bizə xilaskarımızı göndər, qurtuluşumuzu göndər, bizə hidayət ver, başımıza bir vəli göndər, Mehdi (ə.s)-ı göndər, İsa Məsih (ə.s)-ı göndər, Türk İslam Birliyi meydana gəlsin, İslam Birliyi meydana gəlsin, qurtuluşa çataq demələri lazımdır, inşaAllah.