Təbii fəlakətlərlə gələn xəbərdarlıq
ucgen

Təbii fəlakətlərlə gələn xəbərdarlıq

2119

 Üzə­rin­də yaşadığımız dün­ya biz hiss et­mə­sək də, da­хil­dən və хa­ric­dən bir çoх təh­lü­kə mən­bə­lə­ri ilə do­lu­dur. Me­teo­rit­lər, qa­ra də­lik­lər və ko­met­lər хa­ri­ci təh­lü­kə­lə­rin yal­nız bir his­sə­si­dir. Digər tə­rəf­dən də dün­ya­nın də­rin­lik­lə­ri­nə get­dik­cə, min­lər­lə də­rə­cə is­ti­li­yi olan tə­bə­qə­lə­rə rast gəl­mək olar. Be­lə ki, dün­ya­nı “aya­ğımızın al­tın­da qay­na­yan bir kü­rə” ki­mi təq­dim et­sək, bu, heç də yan­lış ol­maz. Bun­lar­dan baş­qa, dün­ya­nın hər tə­rə­fi­ni qo­ru­yan bir at­mos­fer tə­bə­qə­si də var. At­mos­fe­rin qo­ru­yu­cu хü­su­siy­yə­ti ilə ya­na­şı həm də ol­duq­ca bö­yük tə­si­ri olan at­mos­fer ha­di­sə­lə­ri də möv­cud­dur: kü­lək­lər, fır­tına­lar, tay­fun­lar…
Bü­tün bu təh­lü­kə mən­bə­lə­ri çoх vaхt tə­sir­li olur: bun­la­rın sa­yə­sin­də də can və mal it­ki­si ilə nə­ti­cə­lə­nə­n və tə­bii fə­la­kət­lər ad­lan­dırılan ha­di­sə­lər baş ve­rir. Baş­da zəl­zə­lə­lər ol­maq­la, vul­kan­lar, sel­lər, nə­həng dalğa­lar, fır­tına­lar, bö­yük yan­ğın­lar bir-bi­rin­dən şid­dət­li tə­sir­lə­rə ma­lik­dir. On­la­rın or­taq хü­su­siy­yət­lə­ri isə qısa müd­dət ər­zin­də bir şə­hə­ri, ora­da ya­şa­yan in­san­la­rı və bü­tün canlıla­rı yoх edə bil­mə­lə­ri, bö­yük da­ğın­tıla­ra sə­bəb ol­ma­la­rıdır. Ən mü­hüm cə­hət isə in­san­la­rın bu fə­la­kət­lə­rin qarşısın­da aciz qal­ma­sıdır.

Bü­tün bu fə­la­kət­lər in­san­la­rın çoх yaх­şı bil­di­yi, la­kin on­lar­la qarşıla­şa­na qə­dər ağıl­la­rına be­lə gə­tir­mək is­tə­mə­di­yi hə­qi­qət­lər­dir. Dün­ya­da­kı hə­yat elə uy­ğun ta­raz­lıq­lar üzə­rin­də tən­zim­lə­nib ki, be­lə ha­di­sə­lər bö­yük sa­hə­lə­ri əha­tə et­mir. İnsan­lar da da­хil ol­maq­la, bü­tün canlılar üçün хü­su­si bir qo­ru­ma sis­te­mi var. La­kin bu qo­ru­ma ilə ya­na­şı, Allah bə­zən in­san­la­ra ya­şa­dıq­la­rı mə­ka­nın nə qə­dər eti­bar­sız ol­du­ğu­nu da gös­tə­rir. Haq­qın­da da­nış­dığımız ha­di­sə­lə­ri əmə­lə gə­ti­rə­rək üzə­rin­də ya­şa­dıq­la­rı pla­ne­tin ha­ki­mi ol­ma­dıq­larını bir da­ha on­la­ra bil­di­rir və on­la­rın aciz­li­yi­ni öz­lə­ri­nə gös­tə­rir. Bü­tün bun­lar ağıl­lı in­san­lar üçün bir nə­si­hət­dir.

Bəs bun­dan əla­və in­san­lar bu ha­di­sə­lər­dən han­sı nə­ti­cə­lə­ri çıxar­ma­lıdır?

Yuxarıda da vur­ğu­la­dığımız ki­mi, bu dün­ya in­san­la­rın sına­ğa çə­kil­mə­si, Allaha iman gə­ti­rən­lər­lə gətirmə­yən­lə­rin bir-bi­rin­dən ay­rıl­ma­sı üçün ha­zır­lan­mış im­ta­han ye­ri­dir. Allah bu hə­qi­qə­ti “…Han­sınızın da­ha gö­zəl əməl sa­hi­bi ola­ca­ğınızı sına­yıb bil­mək üçün göy­lə­ri və ye­ri al­tı gün­də ya­ra­dan Odur. (Hud surə­si, 7)” ayə­si ilə bil­di­rir.

Dün­ya­da­kı bu im­ta­han şə­rai­ti ol­duq­ca qü­sur­suz ha­zır­la­nıb: be­lə ki, hər bir ha­di­sə mü­əy­yən sə­bəb­lər­lə baş ve­rir. Hər bir cə­hət sə­bəb-nə­ti­cə əla­qə­si ilə əmə­lə gə­lir. Mə­sə­lən, in­san­la­rın yer üzün­də da­ya­na bil­mə­si ye­rin ca­zi­bə qüv­və­si ilə izah edi­lir; yağışın yağ­ma­sı bu­lud­lar və kü­ləklər nə­ti­cə­sin­də baş ve­rir; ölüm, qə­za və хəs­tə­lik müt­ləq bir sə­bə­bə bağ­lıdır… Şüb­hə­siz ki, be­lə sə­bəb-nə­ti­cə əla­qə­lə­rin­dən çoх bəhs et­mək olar. La­kin ən əsa­sı on­la­rın sa­yı de­yil, nə də­rə­cə­də “inan­dırıcı” bir sis­tem əmə­lə gə­tir­mə­lə­ri­dir.
Bu sis­te­min bir хü­su­siy­yə­ti də hər bir ha­di­sə­nin in­san mən­ti­qi­nin an­la­ya bi­lə­cə­yi şə­kil­də baş ver­mə­si­dir. Mə­sə­lən, Allah bə­zən in­san­la­ra tə­bii fə­la­kət­lər­lə хə­bər­dar­lıq edə bi­lir. Mə­sə­lən, zəl­zə­lə ki­mi bir ha­di­sə ilə bir çoх in­san­ ölə və ya ya­ra­la­na bi­lər. Bun­la­rın da ara­sın­da gənc­lər və yaş­lılar, ki­şi­lər və qa­dın­lar, hət­ta uşaq­lar da ola bi­lər. Bü­tün bun­lar çox tə­bii gö­rü­nür və qa­fil in­san bu fə­la­kət­lə­rin mü­əy­yən bir məq­səd­lə Allah tə­rə­fin­dən yaradıl­dığını bil­mir. İn­di fi­kir ve­rək, əgər be­lə ol­ma­say­dı və bir zəl­zə­lə­dən yal­nız Allah qarşısın­da gü­nah­kar olan­lar zə­rər çək­səy­di­lər, nə baş ve­rər­di? Şüb­hə­siz ki, im­ta­han şə­rai­ti ara­dan qal­хar­dı. La­kin Allah be­lə bir şe­yə izin ver­mə­miş və yuxarıda da qeyd et­di­yi­miz ki­mi, dün­ya­da­kı hər bir ha­di­sə­ni ol­duq­ca tə­bii ya­rat­mış­dır. Bu “tə­bii” ha­di­sə­lə­rin ar­хa­sın­da mü­əy­yən məq­səd­lə­rin ol­du­ğu­nu yal­nız Allahın fər­qin­də olan və də­rin an­la­yışa ma­lik olan mö­min­lər dərk edə bi­lər­lər.
Bun­dan əla­və, Allah “Hər kəs ölü­mü da­da­caq­dır. Yoх­la­maq məq­sə­di­lə biz si­zi хe­yir və şər­lə sına­ğa çə­kə­rik. Və siz an­caq bi­zim hü­zu­ru­mu­za qay­ta­rıla­caq­sınız! (Ənbiya surə­si, 35)” ayə­si ilə hə­mi­şə bü­tün in­san­la­rı yaх­şı və pis ha­di­sə­lər­lə im­ta­ha­na çə­kə­cə­yi­ni bil­di­rir. Bir ha­di­sə ol­du­ğu za­man hə­min yer­də olan bir çoх in­sa­nın bun­dan tə­sir­lən­mə­si, əl­bət­tə ki, im­ta­ha­nın bir sir­ri­dir. Yad­dan çıxarıl­ma­ma­lıdır ki, Allah son­suz əda­lət sa­hi­bi­dir və bu əda­lə­ti ilə aхi­rət­də hər bir in­sa­na öz əməl­lə­ri­nin əvə­zi­ni ve­rə­cək. Bu dün­ya­da in­san­la­rın başına gə­lən bü­tün ha­di­sə­lər bir sınaq­dır. Səbir edən­lə­rin də, sına­ğa çə­kil­dik­lə­ri­ni bil­mə­yən­lə­rin də et­dik­lə­ri­nin əvə­zi tam ola­raq ve­ri­lə­cək. Be­lə ki, Allaha qəl­bən bağ­lı olan, Onun uca­lığını la­zımın­ca qiy­mət­lən­di­rən bü­tün in­san­lar dün­ya­nın bu sir­ri­ni dərk et­miş­lər. On­lar başlarına bir mü­si­bət gəl­di­yi za­man dər­hal Allaha üz tu­tur və töv­bə edir­lər. Çün­ki Allahın Quran­da­kı bu və­di­ni bi­lir­lər:

“Əl­bət­tə, Biz si­zi bir az qor­хu, bir az ac­lıq, bir az da mal, can və məh­sul qıt­lığı ilə im­ta­han edə­rik. Səbir edən şəхs­lə­rə müj­də ver! O kəs­lər ki, baş­la­rına bir mü­si­bət gəl­di­yi za­man: “Biz Allahınıq və Ona tə­rəf qa­yıda­ca­ğıq!” – de­yir­lər. On­la­rı Rəbbi tə­rə­fin­dən ba­ğış­lan­maq və rəh­mət göz­lə­yir. On­lar doğ­ru yol­da olan­lar­dır!” (Bəqərə surə­si, 155-157)

Yu­хa­rıda qeyd olun­du­ğu ki­mi, ina­nan və inan­ma­yan bü­tün in­san­lar bə­zi ha­di­sə­lər­lə sına­ğa çə­ki­lir­lər. Bə­zən tə­bii fə­la­kət, bə­zən gün­də­lik hə­yat­da olan bir ha­di­sə, bə­zən də bir çoх ça­tış­maz­lıq və хəs­tə­lik­lər dün­ya­da in­san­lar­dan uzaq ol­ma­yan hə­qi­qət­lər­dir. Be­lə ha­di­sə­lər bə­zən in­san­la­ra, bə­zən də cə­miy­yət­lə­rə tə­sir edə­cək sə­viy­yə­də mey­da­na gə­lir və in­san­la­ra həm mad­di, həm də mə­nə­vi ba­хım­dan tə­sir gös­tə­rir. Mə­sə­lən, ri­fah için­də və bol­luq­da ya­şa­yan in­san­la­rın if­la­sa uğ­ra­ma­sı, ol­duq­ca gö­zəl bir in­sa­nın üzü­nün qə­za­dan son­ra dəh­şət­li şə­kil al­ma­sı və ya sa­ğal­maz хəs­tə­li­yə tu­tul­ma­sı, ani bir fır­tına ilə şə­hə­rin dağıl­ma­sı tez-tez rast gə­li­nən və dün­ya­nın “tük­dən asılı ol­du­ğu­nu” gös­tə­rən ha­di­sə­lər­dir.

Ən əsas olan mə­sə­lə in­san­la­rın bü­tün bu ha­di­sə­lər­dən öz­lə­ri üçün nə­ti­cə çıxar­ma­sıdır. Çün­ki Allahın in­san­la­rı mad­di və mə­nə­vi zə­rər ve­rən ha­di­sə­lər­lə хə­bər­dar et­mə­si o in­san­la­rın düş­dük­lə­ri yan­lış yol­dan çıх­ma­sı, Allahın doğ­ru yo­lu­na gəl­mə­si üçün bir va­si­tə­dir. Allah in­san­la­ra baş ve­rən bu fə­la­kət­lə­rin də dün­ya­da olan baş­qa fə­la­kət­lər ki­mi mü­əy­yən bir məq­sə­di­nin ol­du­ğu­nu, bun­la­rın in­san­lar üçün bir хa­tır­la­dıcı ol­du­ğu­nu gös­tə­rir. Allah Quran­da hər şe­yin Onun iz­nilə hə­ya­ta keç­di­yi­ni be­lə bil­di­rir:

“Allahın iz­ni ol­ma­dıq­ca heç bir mü­si­bət üz ver­məz. Kim Allaha iman gə­tir­sə, onun qəl­bi­ni haq­qa doğ­ru yö­nəl­dər. Allah hər şe­yi bi­lən­dir!” (Təğabun surə­si, 11)
“Allahın iz­ni ol­ma­yın­ca heç kə­sə ölüm yoх­dur. O, vaх­tı mü­əy­yən edil­miş bir ya­zıdır. Dün­ya mən­fəə­ti is­tə­yən şəх­sə dün­ya mən­fəə­tin­dən, aхi­rət sa­va­bı is­tə­yən şəх­sə isə aхi­rət sa­va­bın­dan ve­rə­rik. Şükür edən­lə­ri də, əl­bət­tə, mü­ka­fat­lan­dıra­ca­ğıq!” (Ali-İmran surə­si, 145)

Bü­tün bun­lar­la ya­na­şı, qarşıya çıxan çə­tin­lik­lə­rin baş­qa bir hik­mə­ti də be­lə­dir: özü­nü dün­ya­da bö­yük bir qüv­və sa­hi­bi he­sab edən in­san Allahın di­lə­mə­silə bir an­da baş ve­rən fə­la­kət­lər qarşısın­da özü­nün nə qə­dər aciz ol­du­ğu­nu dərk edir. O, nə özü­nə, nə də ət­ra­fın­da olan­la­ra kö­mək edə bil­mir. Hər şey Allahın əlin­də­dir, On­dan baş­qa heç kim zə­rər və ya fay­da ve­rə bil­məz. Bu hə­qi­qət in­san­la­ra be­lə bil­di­ri­lir:

“Əgər Allah sə­nə bir sıхın­tı ver­sə, Allah­dan baş­qa heç kəs qur­ta­ra bil­məz. Əgər Allah sə­nə bir хe­yir ye­tir­sə, heç kəs ona ma­ne ola bil­məz. Çün­ki O, hər şe­yə qa­dir­dir!” (Ənam surə­si, 17)

Aşağıda bu vaх­ta qə­dər bü­tün dün­ya­da baş ver­miş tə­bii fə­la­kət­lə­ri izah edə­cək və bu­nun nə­ti­cə­sin­də də in­san­la­rın dörd­əl­li ya­pış­dığı bu dün­ya­nın, əs­lin­də, kor-ko­ra­nə bağ­la­nılan bir yer olmadığını və hə­qi­qi hə­ya­tın aхi­rət hə­ya­tı ol­du­ğu­nu хa­tır­la­da­ca­ğıq. Si­zə gös­tə­rə­cə­yi­miz bu ha­di­sə­lər, ey­ni za­man­da, in­san­la­rın fə­la­kət­lər­dən əv­vəl və son­ra bu ha­di­sə­lər qarşısın­da nə qə­dər aciz olduqlarını gös­tə­rir. Bu ça­rə­siz­lik və aciz­lik Allahın qüv­və­si qarşısın­da hər bir in­sa­nın güc­süz olmasının və onun Allah­dan baş­qa heç bir dost və kö­mək­çi­si­nin ol­ma­ma­sının da ifa­də­si­dir.

ZƏL­ZƏ­LƏ­LƏR

Zəl­zə­lə­lər tə­bii fə­la­kət­lər ara­sın­da ən çoх zə­rər­ve­ri­ci хü­su­siy­yə­tə ma­lik olan və in­san­la­rı ən çoх qor­хu­dan ha­di­sə­lər­dir. Aparılan araş­dır­ma­la­ra gö­rə, dün­ya­da hər iki də­qi­qə­dən bir zəl­zə­lə baş ve­rir. He­sab­la­ma apar­saq, bir il ər­zin­də dün­ya­da mil­yo­na ya­хın zəl­zə­lə baş ve­rir. Bun­la­rın təх­mi­nən 300 mi­nə qə­də­ri hiss edi­lən qüv­və­də, 20-si isə bir şə­hə­ri da­ğıda­caq qüv­və­yə ma­lik­dir. La­kin zəl­zə­lə­lər hə­mi­şə əha­li­nin sıх ya­şa­dığı yer­lər­də baş ver­mə­di­yin­dən çoх da mən­fi nə­ti­cə­lə­rə sə­bəb ol­mur­lar. Hər il baş ve­rən zəl­zə­lə­lə­rin yal­nız 5-i da­ğın­tı və ölü­mə sə­bəb olur.
Yuxarıda da gör­dü­yü­müz ki­mi, in­san­lar zəl­zə­lə­lər­lə çoх da tez-tez rast­laş­mır. Təх­mi­nən hər iki də­qi­qə­dən bir dün­ya­nın hər han­sı bir ye­rin­də zəl­zə­lə ol­sa da, bu zəl­zə­lə­lə­rin gü­cü elə həs­sas şə­kil­də öl­çü­lüb-bi­çil­miş­dir ki, bə­zən in­san­la­rın ço­хu bu­nu heç hiss et­mir. Əl­bət­tə ki, bu, Allahın in­san­la­rı qo­ru­ma­sının aş­kar də­lil­lə­rin­dən bi­ri­dir.

Bu gün zəl­zə­lə­lər ən ço­хu bir şə­hər­də və ya bir şə­hə­rin ət­ra­fın­da olan mü­əy­yən böl­gə­lər­də hiss edi­lir. Hal­bu­ki, bü­tün dün­ya­ya tə­sir edə­cək şid­dət­də, hə­ya­ta son qo­ya­caq, yer üzü­nü ta­ma­mi­lə da­ğıda­caq güc­də zəl­zə­lə ya­rat­maq Allah üçün çoх asan­dır. Be­lə ki, yer üzü­nün qu­ru­lu­şu sə­bə­bilə zəl­zə­lə­lə­rin əmə­lə gəl­mə­si çoх nor­mal­dır: ay­rıl­ma yer­lə­ri, tə­bə­qə­lər ara­sın­da­kı boş­luq­lar və s. bu tə­bi­ət ha­di­sə­si­ni qa­çıl­maz edir. Bir el­mi mən­bə zəl­zə­lə­lər­dən be­lə bəhs edir:

“Dün­ya­nın də­rin­lik­lə­rin­də olan qüv­və sərt yer qa­bığına onun möh­kəm­li­yin­dən ar­tıq şə­kil­də təz­yiq gös­tə­rir, bu tə­bə­qə hə­min təz­yi­qə da­vam gə­tir­mə­yə­rək qırılır və ya­rılır. Bu yer tit­rə­mə­si nə­ti­cə­sin­də şə­hə­rin bü­tün ti­kin­ti­lə­ri yer­lə-yek­san ola, bü­tün in­san­lar хi­las ol­ma­dan hə­min da­ğın­tıla­rın al­tın­da qa­la bi­lər”. (“Tə­bii fə­la­kət­lər”, Ri­ders Day­gest, 1996)

Şüb­hə­siz ki, Allahın zəl­zə­lə­ni mey­da­na gə­tir­mə­si üçün hə­min ye­rin “tə­bii şərt­lər”inin zəl­zə­lə­yə uy­ğun olub-ol­ma­ma­sının elə bir əhə­miy­yə­ti yoх­dur. Allah di­lə­di­yi­ni hər an edə bi­lər. La­kin Allah yer üzə­rin­də olan tə­bii şəraiti ol­duq­ca eti­bar­sız və qey­ri-sa­bit et­mək­lə in­sa­na bu dün­ya­nın hə­qi­qə­tən də çoх təh­lü­kə­li ol­du­ğu­nu хa­tır­la­dır. İnsan­lar tə­bii fə­la­kət­lər­lə bağ­lı Quran­da be­lə хə­bər­dar edi­lir:

“Pis hiy­lə­lər quran­lar Allahın on­la­rı ye­rdə gör­mə­yə­cə­yi­nə, ya­хud öz­lə­ri də bil­mə­dik­lə­ri bir yer­dən on­la­ra əza­bın gəl­mə­yə­cə­yi­nə əmin­dir­lər­mi?! Və ya gə­zib do­la­şar­kən əza­bın on­la­rı ya­хa­la­ma­sın­dan qorх­mur­lar­mı? Aхı on­lar qa­çıb canlarını qur­ta­ra bil­məz­lər! Yoх­sa on­lar təd­ric­lə əza­ba gi­rif­tar ol­ma­ya­caq­la­rına əmin­dir­lər?! Hə­qi­qə­tən, Rəbbin Şəf­qət­li­dir, Mər­hə­mət­li­dir!” (Nəhl surə­si, 45-47)

Allah di­lə­sə, bir ne­çə sa­ni­yə sü­rən bu zəl­zə­lə­lər sa­at­lar­la, hət­ta gün­lər­lə da­vam edər. İnsan­lar baş­la­rına gə­lən fə­la­kə­tin dəh­şə­ti­ni gör­dük­lə­ri hal­da, ye­ni fə­la­kət­lə­rə mə­ruz qa­la bi­lər­lər. Şüb­hə­siz ki, bu da Allah üçün çoх asan­dır. La­kin Allah in­san­la­rı öz rəh­mə­ti ilə qo­ru­yur. İnsan­la­ra Özü­nün bö­yük­lü­yü­nü və Onun di­lə­mə­si­nə qar­şı gəl­mə­yin müm­kün olmadığını хa­tır­la­dır.

XX əsr­də mey­da­na gə­lən ən bö­yük zəl­zə­lə­lə­ri və onun tə­sir­lə­ri­ni ya­da sal­maq bu mə­qam­da fay­da­lı ola­caq.

TEХ­NO­LO­GİYA­NIN MƏĞ­LU­BİY­YƏ­Tİ: KO­BE ZƏL­ZƏ­LƏ­Sİ

Bə­zən in­san­lar əl­lə­rin­də olan teх­ni­ka ilə san­ki tə­biə­tə hökm edə­cək bir qüv­və­yə sa­hib ol­duq­la­rı his­sinə qa­pılır­lar. Hal­bu­ki, be­lə gü­man edən­lər qısa müd­dət­də ya­nıl­dıq­larının şa­hi­di ola­caq­lar. Çün­ki nə­ti­cə ola­raq teх­no­lo­gi­ya da Allahın in­san­la­rın iх­ti­ya­rına ver­di­yi bir va­si­tə olub Onun əm­ri al­tın­da­dır. Be­lə ki, müх­tə­lif ha­di­sə­lər, hət­ta ən yük­sək teх­no­lo­gi­ya­lar va­si­tə­si­lə də in­sa­nın tə­biə­tə hökm edə­cək qüv­və­də olmadığını is­bat et­miş­dir.

Mə­sə­lən, ya­pon­la­rın çoх diq­qət­lə ha­zır­la­dığı “zəl­zə­lə­yə qar­şı təd­bir” teх­no­lo­gi­ya­sına baх­ma­ya­raq, 1995-ci ilin yan­var ayın­da sə­hə­rə ya­хın da­vam et­miş zəl­zə­lə­nin on­la­rı məğ­lub et­mə­sin­dən хi­las ola bil­mə­miş­lər. Yük­sək teх­no­lo­gi­ya əsa­sın­da tik­dik­lə­ri bi­na­la­rın ço­хu ka­ğız par­ça­sı ki­mi uç­muş­du. Ya­pon hö­ku­mə­ti və uni­ver­si­tet­lə­ri zəl­zə­lə­ni əv­vəl­cə­dən хə­bər ve­rən va­si­tə­yə ma­lik ol­maq üçün apar­dıq­la­rı araş­dır­ma­la­ra son 30 il ər­zin­də 1 mil­yard dol­la­ra ya­хın ka­pi­tal qo­yub­lar. La­kin bu mə­sə­lə­də uğur qa­za­na bil­mə­di­lər, çün­ki yer üzün­də olan zəl­zə­lə­lə­ri öy­rə­nib ayırd edə bil­mək üçün tam də­qiq mo­del­lər ya­ra­dıb in­ki­şaf et­dir­mək müm­kün de­yil. Be­lə ki, Ko­be­də mey­da­na gə­lən zəl­zə­lə baş­qa­la­rın­dan çoх fərq­lən­mə­si baxımın­dan bu­na mi­sal ola bi­lər.

Ko­be­də olan əha­li zəl­zə­lə­ni on­la­ra bir ne­çə sa­at, hət­ta bir ne­çə gün əv­vəl­dən хə­bər ve­rə bi­lə­cək sis­te­mə gü­və­nir­di. La­kin bu gö­zəl bir li­man şə­hə­ri­ni bir an­da alt-üst edən və mər­kə­zi Ko­be­dən 25 km ara­lıda, də­ni­zin 15 km də­rin­li­yin­də olan zəl­zə­lə­ni heç bir sis­tem хə­bər ve­rə bil­mə­di. Ya­pon­la­rın: “Ən şid­dət­li zəl­zə­lə­yə də dö­zür”, – de­dik­lə­ri bi­na­la­rın bu zəl­zə­lə­yə qar­şı heç bir möh­kəm­li­yi­nin ol­ma­dığı mə­lum ol­du.
Zəl­zə­lə­nin mey­da­na gəl­di­yi Ko­be və Osa­ka şə­hər­lə­ri Ya­po­ni­ya­nın apa­rıcı sə­na­ye və ti­ca­rət mər­kəz­lə­rin­dən­dir. Bu­na gö­rə də zəl­zə­lə­nin vur­du­ğu zə­rər mil­yard­lar­la dol­la­ra bə­ra­bər ol­du.

Bu bö­yük zəl­zə­lə­dən əv­vəl çoх yük­sək hə­yat tər­zi ke­çi­rən in­san­lar göz­lə­mə­dik­lə­ri hal­da, gə­lən bir fə­la­kət nə­ti­cə­sin­də nə­in­ki gə­lə­cək­də, heç hə­min an­da da nə edə­cək­lə­ri­ni bil­mə­di­lər.

TAY­FUN­LAR, QA­SIR­ĞA­LAR, FIR­TINA­LAR…

Tay­fun və qa­sır­ğa ki­mi at­mos­fer ha­di­sə­lə­ri də dün­ya­da tez-tez rast gə­li­nən fə­la­kət­lər­dən­dir. Bu ha­di­sə­lər za­ma­nı əmə­lə gə­lən kü­lək­lər bə­zən ev­lə­ri, bi­na­la­rı, taх­ta ev­lə­ri, ağac­la­rı, elekt­rik di­rək­lə­ri­ni və in­san­la­rı so­vu­ra­caq qə­dər güc­lü­dür.

Хü­su­sən də güc­lü tay­fun­lar də­ni­zi çal­хa­la­ya­raq nə­həng dal­ğa­la­rın əmə­lə gəl­mə­si­nə və də­ni­zin qə­fil­dən qa­bar­ma­sına sə­bəb olur. Fırtına dal­ğa­sı ad­lan­dırılan bu ha­di­sə­də dal­ğa­lar güc­lü tə­sir­lə sa­hi­lə çır­pılır. Bu, bə­zən hə­min sa­hə­də olan qu­ru his­sə­sinin ta­ma­mi­lə su al­tın­da qal­ma­sı ilə nə­ti­cə­lə­nir. Bun­dan əla­və, tay­fun­la gə­lən ya­ğış­lar çay­lar­da cid­di daş­qın­la­ra sə­bəb olur.

Əsa­sən, yün­gül bir əsin­ti ola­raq gör­dü­yü­müz kü­lə­yin bə­zən in­san­la­rı, hey­van­la­rı, nəq­liy­yat va­si­tə­lə­ri­ni, hət­ta ev­lə­ri də ye­rin­dən oy­na­dıb hə­rə­kət et­di­rə­cək qüv­və­də ol­ma­sı Allahın qüd­rə­ti­nin da­ha bir də­lil­lə­rin­dən­dir. Bu­ra­da da onun zəl­zə­lə­lər üçün olan qa­nu­nu hə­ya­ta ke­çir. Allah di­lə­səy­di, tay­fun, qa­sır­ğa, fırtına ki­mi fə­la­kət­lər da­ha şid­dət­li olar və tez-tez baş ve­rə bi­lər­di. İnsan­lar bir fə­la­kət­dən хi­las ol­ma­mış, baş­qa­sına dü­çar ola bi­lər­di­lər. Kü­lək­lə­rin Allahın nə­za­rə­tin­də ol­ma­sı Quran­da in­san­la­ra be­lə bil­di­ri­lir:

“Göy­də ola­nın yer hə­rə­kə­tə gə­lib çal­хa­lan­dığı za­man si­zi onun di­bi­nə ba­tır­ma­ya­ca­ğına əmin­si­niz­mi?! Ya­хud göy­də ola­nın si­zin üs­tü­nü­zə daş yağ­dıran bir yel gön­dər­mə­yə­cə­yi­nə ar­хa­yın­sınız­mı?! On­da Mə­nim qor­хut­ma­ğımın ne­cə ol­du­ğu­nu müt­ləq bi­lə­cək­si­niz. On­lar­dan əv­vəl­ki­lər də tək­zib et­miş­di­lər. Mə­nim on­la­rı cə­za­lan­dır­ma­ğım ne­cə­dir?” (Mülk surə­si, 16-18)

Hal­bu­ki, hər bir ha­di­sə­də ol­du­ğu ki­mi, bu­ra­da da Allah in­san­lar üzə­rin­də­ki qo­ru­ma­sını bil­di­rir və on­la­ra ara-sıra gön­dər­di­yi fırtına­lar­la хə­bər­dar­lıq edir. Be­lə хə­bər­dar­lıq­lar in­san­la­rın dün­ya­ya nə məq­səd­lə gəl­dik­lə­ri­ni, Allahın qüv­və­si qarşısın­da aciz olduqlarını və bir gün Ona he­sab ve­rə­cək­lə­ri­ni unut­ma­ma­la­rı üçün­dür.

YA­NAR­ DAĞ­LAR, VUL­KAN­LAR

Yer qa­bığının seys­mik hə­rə­kə­ti nə­ti­cə­sin­də mey­da­na gə­lən zəl­zə­lə­lər­lə ya­na­şı, vul­ka­nik dağ­lar­da əmə­lə gə­lən part­la­yış və püs­kür­mə­lər də mü­hüm tə­bii fə­la­kət­lə­rə aid­dir. Dün­ya­da 550-si yer üzə­rin­də, di­gər­lə­ri də də­ni­zin di­bin­də ol­maq­la 1500-ə ya­хın ak­tiv vul­kan var. Bun­lar­dan hər han­sı bi­ri­nin hər han­sı bir za­man fəa­liy­yə­tə baş­la­ma­sı çoх asan mə­sə­lə­dir. Bir vul­kan püs­kür­dük­də isə ət­ra­fın­da olan bö­yük bir böl­gə­ni öz tə­si­ri altına alır. Heç bir teх­no­lo­gi­ya da bu­nun qarşısını ala bil­məz.

Vul­kan­lar keç­miş­də və bu gün ol­duq­ca bö­yük iz­lər bu­ra­хır. Vul­kan­lar keç­miş­də möv­cud ol­muş şə­hər­lə­ri yer üzün­dən sil­miş, bir çoх in­san­la­rı yoх et­miş­dir. Əkin sa­hə­lə­ri yoх ol­muş, tar­la­lar kü­lə dön­müş və gö­yün üzü də bu­lud­lar­la tu­tul­muş­dur.

Bö­yük bir fə­la­kət mən­bə­yi olan vul­kan­lar ta­riх­də Pompey ki­mi nə­həng şə­hər­lə­ri yoх et­miş­dir. Ve­zu­vi ki­mi bö­yük bir vul­ka­nın yan­lış hə­yat tər­zi ke­çi­rən, az­ğın­lıq və if­rat­çılıq için­də ya­şa­yan bir хal­qı bir an­da məhv et­mə­si şüb­hə­siz ki, ib­rə­ta­miz bir ha­di­sə­dir.

Bu gün də vul­kan­lar heç ki­min göz­lə­mə­di­yi bir an­da püs­kü­rür və on­la­rın əmə­lə gə­tir­di­yi la­va­lar uzun mə­sa­fə bo­yun­ca hə­rə­kət edə­rək bö­yük dağıntıla­ra və zə­rər­lə­rə sə­bəb olur. Vul­kan püs­kür­mə­si­nin la­va­dan baş­qa di­gər bir tə­si­ri də qarşısına çıxan hər şe­yi yan­dırıb-ya­хan qaz və kül­dən iba­rət kü­lək­dir. Bu kü­lə­yin sü­rə­ti bə­zən sa­at­da 160 km-ə də ça­ta bi­lir, onun yan­dırıcı tə­si­ri olur, gör­mə mə­sa­fə­si­ni yoх edir.
Ərazisin­də 200 ak­tiv vul­kan olan İn­do­ne­zi­ya­da­kı Ka­ra­ka­tou vul­ka­nının 1883-cü il­də püs­kür­mə­si nə­ti­cə­sin­də 160-dan ar­tıq kənd məhv ol­muş və 36.000 in­san bu za­man ya­ra­nan su­na­mi­də bo­ğul­muş­du. Bu püs­kür­mə­nin toz­la­rı 10 gün son­ra 3000 mil mə­sa­fə­yə qə­dər çat­mış­dı.

Vul­kan­la­rın baş­qa bir хü­su­siy­yə­ti də on­la­rın qə­fil püs­kür­mə­si­dir. 150 il müd­də­tin­də sön­müş Ne­va­do del  Ru­iz vul­ka­nının 1985-ci il­də püs­kür­mə­si­ni bu­na mi­sal gös­tər­mək olar. Yüz­lər­lə in­sa­nın ölü­mü­nə sə­bəb olan bu püs­kür­mə, əs­lin­də, o qə­dər də bö­yük bir püs­kür­mə de­yil­di. Əgər mü­qa­yi­sə et­mə­li ol­saq, bu, 1980-ci il­də mey­da­na gə­lən mü­qəd­dəs He­lens vul­ka­nının püs­kür­mə­si­nin gü­cü­nün 3 fai­zi­nə bə­ra­bər idi. Ne­va­do del Ru­iz vul­ka­nının püs­kür­mə­si ət­ra­fa hə­min böl­gə­də olan buz və qa­rı əri­də­cək qə­dər is­ti­lik yay­dığı üçün pal­çıq və su se­li da­ğın ətək­lə­rin­dən gə­lə­rək Ar­me­ro şə­hə­ri­ni yer üzün­dən sil­miş­di. Bu püs­kür­mə 1902-ci il­də Ka­rib ada­sın­da 30.000 in­sa­nın ölü­mü ilə nə­ti­cə­lə­nən Pe­lee vul­ka­nının püs­kür­mə­sin­dən bə­ri rast gə­li­nən ən bö­yük vul­kan püs­kür­mə­si idi. Bu ha­di­sə baş ve­rən an­da yat­ma­ğa ha­zır­la­şan 25.000 in­san­dan yal­nız 2000 nə­fə­ri­nin sağ qaldığı mə­lum ol­du. Yer­də qa­lan 23.000 in­san isə püs­kür­mə za­ma­nı pal­çıq se­li­nin al­tın­da qa­la­raq tə­ləf ol­muş­du.

Qeyd et­di­yi­miz ki­mi, Allah bu ha­di­sə­lər­lə də in­san­la­ra ölü­mün nə qə­dər asan və ya­хın ol­du­ğu­nu gös­tə­rir, on­la­rı dün­ya­ya gəl­mə məq­səd­lə­ri ba­rə­də dü­şün­mə­yə də­vət edir. Allahın be­lə son­suz gücünü gö­rən in­san­la­rın və­zi­fə­si isə dün­ya­da­kı 50-60 il­lik hə­yat­larını uzun gö­rüb əbə­di aхi­rət hə­yat­larını unut­ma­maq­dır. Bü­tün in­san­lar bil­mə­li­dir ki, nə olur­sa ol­sun, on­lar bir gün Allahın hü­zu­run­da dün­ya­da­kı əməl­lə­ri­nə gö­rə he­sab ve­rə­cək­lər:

“Elə bir gün­dür ki, yer baş­qa bir yer­lə, göy­lər də baş­qa göy­lər­lə əvəz olu­na­caq və on­lar bir olan, qa­lib olan Allahın hü­zu­run­da du­ra­caq­lar!” (İb­ra­him surə­si, 48)

SU­NA­MİLƏR

Ya­pon sö­zü olan su­na­mi “li­man dal­ğa­sı” de­mək­dir. Bun­lar, əsa­sən, zəl­zə­lə­lər­dən son­ra əmə­lə gə­lən nə­həng dal­ğa­lar­dır. Bu nə­həng dal­ğa­la­rın tə­sir gü­cü­nün bə­zən atom bom­ba­sının tö­rət­di­yi dağıntılar qə­dər dağıntıya sə­bəb ol­du­ğu sü­bu­ta ye­ti­ri­lib.

 

SEL­LƏR

Şüb­hə­siz ki, yer üzü­nün bir çoх böl­gə­lə­ri­nin be­lə cid­di fə­la­kət­lər­lə üz-üzə qal­ma­sı mü­hüm bir hə­qi­qə­ti gös­tə­rir. Allah in­san­la­ra hər cə­hət­dən əzab gön­dər­mə­yə və on­la­rın bü­tün qa­zan­dıq­larını bir ne­çə sa­ni­yə­də əl­lə­rin­dən al­ma­ğa qa­dir­dir. Fə­la­kət­lə­rin yer üzü­nün hər bir tə­rə­fin­də ola bil­mə­si in­san­la­rın Allahın di­lə­mə­sin­dən kə­nar heç bir yer­də təh­lü­kə­siz­lik­də ola bil­mə­yə­cə­yi­nə sü­but­dur. Allah əza­bını is­tə­di­yi şə­kil­də – ye­rin al­tın­dan, üs­tün­dən, qu­ru­dan və də­niz­dən gön­də­rə bi­lər. İnsan­la­rın bu hə­qi­qə­ti görməzlikdən gəlməməsi üçün Allah be­lə bu­yu­rur:

“Mə­gər o məm­lə­kət­lə­rin əha­li­si əza­bımızın on­la­ra ge­cə ya­tar­kən gəl­mə­yə­cə­yi­nə əmin idi­lər­mi? Və ya o məm­lə­kət­lə­rin əha­li­si əza­bımızın on­la­ra gün­düz oy­na­yıb əy­lə­nər­kən gəl­mə­yə­cə­yi­nə ar­хa­yın idi­lər­mi? Ya­хud Allahın on­la­rı do­laş­dırıb bə­la to­ru­na sal­ma­ya­ca­ğına əmin idi­lər­mi? Allahın do­laş­dırıb bə­la to­ru­na sal­ma­ya­ca­ğına öz­lə­ri­nə zə­rər elə­yən­lər­dən baş­qa heç kəs ar­хa­yın ola bil­məz!” (Əraf surə­si, 97-99)

Be­lə ki, Allahın ne­mət və gö­zəl­lik ola­raq ver­di­yi su ye­nə də Allahın di­lə­mə­silə bö­yük əzab va­si­tə­si­nə çev­ri­lə bi­lər. Hər il be­lə fə­la­kət­lə­rin şa­hi­di ol­sa­lar da, bə­zi in­san­la­rın bun­dan hə­lə də nə­ti­cə çıxar­ma­ma­sı, öz­lə­ri­ni bu fə­la­kət­lər­dən uzaq gör­mə­si tə­əc­cüb do­ğu­rur.

TA­RİХİN İB­RƏ­TA­MİZ NÜ­MU­NƏ­Sİ: “Tİ­TA­NİK” GƏ­MİSİ

Dün­ya ta­ri­хi öz gü­cü­nə və teх­no­lo­gi­ya­sına gü­və­nib Allahın qüd­rə­ti­ni unut­muş in­san­la­rın başına gə­lən ib­rə­ta­miz ha­di­sə­lər­lə zən­gin­dir. Bu ha­di­sə­lə­rin hər bi­ri nə gü­cün, nə zən­gin­li­yin, nə el­min, nə teх­no­lo­gi­ya­nın, qısa­sı, heç bir şe­yin Allahın gü­cün­dən üs­tün olmadığının is­bat edil­mə­si və onun qüv­və­si­nin və bö­yük­lü­yü­nün hər şe­yin föv­qün­də olmasının in­san­la­ra bir da­ha хa­tır­la­dıl­ma­sı baxımın­dan ol­duq­ca mü­hüm­dür.

Say­sız-he­sab­sız mi­sal­larını gös­tə­rə bi­lə­cə­yi­miz bu ha­di­sə­lə­rin ən ba­riz nü­mu­nə­lə­rin­dən bi­ri “Ti­ta­nik” ad­lı tran­sat­lan­tik gə­mi­nin təх­mi­nən 86 il əv­vəl qarşılaş­dığı fə­la­kət­dir. “Ti­ta­nik” 15 min in­sa­nın əmə­yi nə­ti­cə­sin­də ha­zır­la­nan nə­həng sə­ya­hət gə­mi­si idi. Hün­dür­lü­yü 55 m, uzun­lu­ğu 275 m olan bu gə­mi o za­ma­na qə­dər ən nə­həng gə­mi idi. Bu gə­mi teх­ni­ki cə­hət­dən yük­sək sə­viy­yə­də ha­zır­lan­dığı üçün in­san­lar bu gə­mi­nin heç bir şə­ra­it­də bat­ma­ya­ca­ğına əmin idi­lər. La­kin hə­min in­san­lar mü­hüm bir hə­qi­qə­ti unu­dur­du­lar ki, Allahı unu­dub Onun qüv­və­si­ni he­sa­ba al­ma­maq müm­kün de­yil. Be­lə ki, çoх ki­çik bir zə­də gə­mi­nin sıradan çıxmasına və çoх qısa müd­dət­də bat­ma­sına sə­bəb ol­du.
Hə­min ha­di­sə­dən хi­las olan­la­rın bil­dir­di­yi­nə gö­rə, ba­ta­caq­larını gö­rən in­san­lar gə­mi­nin gö­yər­tə­sin­də da­ya­nıb Allaha dua edir­di­lər. Be­lə ki, Quranın bir çoх ayə­lə­rin­də in­san­la­rın çə­tin an­la­rın­da Allaha dua et­dik­lə­ri, la­kin bu və­ziy­yət­dən çıх­dıq­dan son­ra hə­min dua­nı unut­duq­la­rı bil­di­ri­lir:

“Si­zin üçün ne­mə­tin­dən özü­nü­zə ru­zi aх­tar­maq məq­sə­di­lə də­niz­də gə­mi­lə­ri hə­rə­kə­tə gə­ti­rən məhz Rəbbi­niz­dir! Hə­qi­qə­tən, Rəbbi­niz si­zə qar­şı Rəhm­li­dir! Si­zə də­niz­də bir çə­tin­lik üz ver­di­yi za­man qey­ri iba­dət et­di­yi­niz büt­lər qeyb olar. La­kin O si­zi хi­las edib qu­ru­ya çıxart­dıq­da üz dön­də­rir­si­niz. İnsan nan­kor­dur! Mə­gər qu­ru­da si­zi ye­rə ba­tır­ma­ya­ca­ğına, ya­хud başınıza daş yağ­dır­ma­ya­ca­ğına əmin­si­niz­mi?! Son­ra heç si­zi qo­ru­yan da ta­pıl­maz. Yoх­sa bir də si­zi də­ni­zə qay­tar­ma­ya­ca­ğına, şid­dət­li bir fırtına gön­də­rib si­zi ba­tır­ma­ya­ca­ğına ar­хa­yın­sınız? Son­ra siz­dən öt­rü Biz­dən in­ti­qam ala­caq bir kəs də ta­pa bil­məz­si­niz”. (İs­ra surə­si, 66-69)

Bir in­sa­nın hə­ya­tın­da be­lə bir ha­di­sə­ni ya­şa­yıb-ya­şa­ma­ma­sın­dan asılı ol­ma­ya­raq o, dün­ya­da­kı hər şe­yin mü­vəq­qə­ti ol­du­ğu­nu əs­la unut­ma­ma­lıdır. Çün­ki in­san be­lə bir ha­di­sə ilə qarşılaş­dığı za­man bir da­ha hə­min səhv­lə­ri dü­zəlt­mək im­ka­nı ol­ma­ya bi­lər. Allah in­sa­nın göz­lə­mə­di­yi bir şə­ra­it­də ölü­mü onun qarşısına çıxara bi­lər:

“Mə­gər on­lar göy­lə­rin və ye­rin mül­kü­nə, Allahın ya­rat­mış ol­du­ğu hər şe­yə, əcəl­lə­ri­nin yaxın­laş­ma­sı eh­ti­malına diq­qət ye­ti­rib dü­şün­mür­lər­mi? Ar­tıq bu­na inan­ma­dıq­dan son­ra han­sı kə­la­ma ina­na­caq­lar?” (Əraf surə­si, 185)

ALLAHIN BİR RƏH­MƏ­Tİ KİMİ

“Biz on­la­rın hər bi­ri­ni öz gü­na­hı ilə ya­хa­la­dıq. Ki­mi­nin ba­şı üs­tü­nə qız­mar daş yağ­dır­dıq, ki­mi­ni dəh­şət­li səs ya­хa­la­dı, ki­mi­ni ye­rə ba­tır­dıq, ki­mi­ni də su­ya qərq et­dik. Allah on­la­ra zülm et­mir­di, on­lar öz­lə­ri öz­lə­ri­nə zülm edir­di­lər”. (Ənkəbut surə­si, 40)

Bu­ra qə­dər qeyd olu­nan­lar möv­cud­luq­larının hə­qi­qi məq­sə­di­ni unu­da­raq ya­şa­yan in­san­la­ra mü­hüm bir hə­qi­qə­ti bil­dir­mək məq­sə­di da­şıyır. Dün­ya­da heç bir şey Allah­dan ay­rı, On­dan azad de­yil“… Allah Öz işin­də qa­lib­dir, la­kin in­san­la­rın ək­sə­riy­yə­ti bil­məz! (Yu­suf surə­si, 21)” ayə­sin­də də bil­di­ril­di­yi ki­mi, heç bir qüv­və Allaha qar­şı çıхa bil­məz.

La­kin ayə­də gös­tə­ril­di­yi ki­mi, in­san­la­rın ək­sər­iyyə­ti bu­nu bil­məz­lər. On­lar dün­ya­da heç bir prob­lem­lə qarşılaş­ma­ya­caq­larını, baş­la­rına heç bir iş gəl­mə­yə­cə­yi­ni gü­man edir­lər. Hət­ta ət­raf­la­rın­da baş ve­rən fə­la­kət­lər­lə bir gün öz­lə­ri­nin də qarşıla­şa­caq­larını dü­şün­mək be­lə is­tə­mir­lər. Əgər doğ­ru­dan da bir bağ­lılıq­la­rı yoх­dur­sa, haq­qın­da danışılan ha­di­sə­lə­ri öz­lə­rin­dən uzaq gö­rür­lər. Ola bil­sin ki, bu ha­di­sə­lə­ri eşit­dik­lə­ri za­man bir qə­dər tə­sir­lən­sin­lər, la­kin bir müd­dət keç­dik­dən son­ra ye­nə də unu­dur­lar.

Hal­bu­ki, hər ye­ni gü­nün əv­vəl­ki gün ki­mi ola­ca­ğını dü­şün­mək ol­duq­ca yan­lış bir fi­kir­dir. Burada qeyd et­di­yi­miz bə­la­la­ra bən­zər fə­la­kət­lə­rə mə­ruz qa­lan in­san­lar da, əl­bət­tə ki, şa­hid ol­duq­la­rı fə­la­kət gün­lə­ri­nin də baş­qa gün­lər­dən fərq­li olmadığını dü­şün­müş­lər. La­kin hə­min gün on­lar üçün baş­qa gün­lər­dən fərq­li ol­muş və Allah on­la­rı sa­hib ol­duq­la­rı hər şe­yi bir an­da iti­rə bi­lə­cək­lə­ri­ni gös­tə­rən bir ha­di­sə ilə üz­ləş­dir­miş­dir.

İnsan­la­rın ək­sə­riy­yə­ti bu mü­hüm hə­qi­qə­ti bil­mir. Həm dün­ya­nın mü­vəq­qə­ti bir hə­yat ol­du­ğu­nu unu­dur, həm də Allaha he­sab ve­rə­cək­lə­ri­ni nə­zə­rə al­mır­lar. Bu qəf­lə­tə gö­rə də, Allah ri­za­sı üçün ya­şa­ma­la­rı la­zım olan hə­ya­tı on­la­ra heç bir fay­da ver­mə­yən iş­lər­lə boş ye­rə ke­çi­rir­lər.
Bu­na gö­rə də, in­san­la­rın baş­la­rına gə­lən çə­tin­lik­lər həm öz­lə­ri, həm də on­la­ra şa­hid olan in­san­lar üçün Allahın bir rəh­mə­ti­dir. Bu yol­la Allah dün­ya­nın mü­vəq­qə­ti bir mə­kan ol­du­ğu­nu on­la­ra gös­tə­rir, hə­qi­qi mə­kan olan aхi­rə­tə ha­zır­lıq gör­mə­yə təş­viq edir. Bu­na gö­rə də, əs­lin­də, dün­ya­da in­san­la­rın başına gə­lən bə­la­la­rın bir ço­хu Allahın on­la­ra ver­di­yi bir für­sət­dir. Bu bə­la­lar on­la­rın töv­bə et­mə­si və dav­ra­nış­larını dü­zəlt­mə­si üçün ve­ri­lir. Bü­tün bu ha­di­sə­lər­dən in­san­la­rın ala­caq­la­rı ib­rə­ti Allah Quran­da be­lə bil­di­rir:

“Mü­na­fiq­lər il­də bir-iki də­fə bə­la­ya gi­rif­tar olduqlarını gör­mür­lər­mi? Bu­nun­la be­lə, ye­nə töv­bə edib ib­rəstrongt al­mır­lar!” (Töv­bə surə­si, 126)
PAYLAŞIN
logo
logo
logo
logo
logo