Mikroskopik hüceyrənin içindəki DNT özündə dünyanın ən böyük ensiklopediyasından 40 dəfə çox məlumat daşıyır.
Bəs bu 1000 cildlik kitabxana gözlə görə bilmədiyimiz bir molekulun içinə necə sığır?
1000 kitablıq məlumat necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir?
Təxminən 100 trilyon hüceyrəmiz var. Bu hüceyrələrin hər birində bir DNT molekulu var. Bu molekullardan yalnız birinin içində 3 milyard müxtəlif məlumat var. Bu məlumatlar 1 milyon səhifəlik kitaba bərabərdir. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana düzsək, uzunluğu şimal qütbündən ekvatora qədər çatar. Bu 1000 cildlik əsər 24 saat fasiləsiz oxunsa, əsərin tamamlanması üçün 100 il vaxt lazım olar. Bu böyük məlumat təkcə dırnağımızda, saçımızın bir telində və ya qolumuzun üzərindəki hər hansı bir tükdə olan bir DNT-yə aiddir.
1000 cildlik kitabxana necə bir tükü meydana gətirən bütün hüceyrələrdə ayrı-ayrı qablaşdırıla bilər və necə bütün hüceyrələrin içinə sığdırıla bilər? Bir insan bunu bacara bilərmi? Belə bir əməliyyatı həyata keçirə bilən bir texnologiya varmı? Bu böyük məlumatın təsadüfən hüceyrələrin içinə yerləşməsi mümkündürmü?
Nə təsadüfi hadisələrin, nə insanın, nə də texnologiyanın bu heyrətamiz əsəri meydana gətirmədiyi aydındır. Bu, elmi cəhətdən də təsdiqlənmişdir.
DNT-nin sirli quruluşu
Dünyanın ən mükəmməl və kompleks təsisatı olan insan bədəninin inşası üçün lazım olan məlumat və təcrübə DNT-də gizlidir.
DNT hüceyrənin nüvəsində qorunan böyük bir molekuldur və bu molekul insan bədəninin bir növ məlumat bankıdır.
DNT-də qorunan məlumatlar insanın saç və gözlərinin rəngindən boyunun uzunluğuna qədər bütün fiziki xüsusiyyətləri ilə bərabər hüceyrələrdə və bədəndə meydana gələn minlərlə hadisəyə və sistemə nəzarət edir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması belə DNT-dəki məlumatlardan asılıdır.