Darvinizm dünyada baş verən bir çox münaqişənin fəlsəfi dayağıdır. Təkamül nəzəriyyəsi canlı növlərinin tək canlı hüceyrədən (darvinistlər bu canlı hüceyrənin belə necə yarandığını izah edə bilmirlər ), sözdə təsadüflər nəticəsində, davamlı dəyişikliyə uğrayaraq meydana gəldiyini iddia edir. Bu xəyali dəyişiklik və inkişaf prosesinin əsas elementlərindən biri isə münaqişədir. Canlıların yalnız münaqişə nəticəsində inkişaf etdiyini müdafiə edən bu mərhəmətsiz idologiyanın əsasını güclülərin gücsüzləri məhv etməsi təşkil edir. Azğın darvinizm dininin sözdə elmi nəzəriyyə kimi ortaya atılıb, dünya miqyasında tədris proqramına daxil edilməsi, böyük kütlənin yanılmasına və azğın darvinist fikirlərin cəmiyətlər arasında yayılmasına səbəb oldu. Bu vəziyyət milyonlarla insanın hayatını itirməsi və saysız-hesabsız bəlaların baş verməsi ilə nəticələndi.
Ötən əsrdə yaşanmış müharibələrin, əzabların, aclıqların, işğal və təzyiqlərin ilk ağlımıza gələn səbəbi kommunizm və faşizm başda olmaqla, ateist və materialist ideologiyalardır. Çox sayda insan bu ideologiyalara xidmət edənlər tərəfindən öldürüldü, yurdlarından sürgün edildi, aclığa məruz qaldılar və insanlıqdan uzaq rəftarlarla üzləşdilər. Bu batil ideologiyaların təməl prinsiplərinə baxdıqda, qarşılaşdığımız mənzərə eynidir: qanlı materialist fəlsəfə, Darvinizm. Kommunizm, faşizm və terroru müdafiə edən istənilən ideologiya, geniş xalq kütləsini inandırmaq üçün darvinizmin azğın fəlsəfəsindən faydalanır. Uzun illərdir darvinist fikirlərlə yoğrulan beyinlər bu batil dinin təbliğilə sehrlənir və ağıldankənar təlqinlər həyatın əsl mənşəyinə dair yalnış düşüncə sistemi formalaşdırır. Nəticədə, bu qanlı ideologiyanın təsirindən gipnoz olmuş beyinlər, istər-istəməz azğın darvinizm dininin rituallarının icaraçısı olur.
Qan tökməyin, terrorun və şiddətin əsasında Darvinizm dayanır
Bəzi mərkəzlər dünyanı qanlı mübarizə meydanına cevirməyi və məsum xalq kütləsini daxili ziddiyyətlərə sürükləməyi əsas məqsəd götürüblər. Öz təhlükəli fikirlərini həyata keçirmək üçün olduqca şeytani yol seçiblər; darvinizmin elmdənkənar doktrinasını təhsil sisteminin ayrılmaz hissəsi kimi təqdim etmək.
Bu yolla gənc beyinlər zərərli (dağıdıcı) fikirlərlə formalaşır. Təbiətdə mərhəmətsiz bir qarşıdurmanın mövcudluğunu, güclünün gücsüzü əzməsi prinsipinin labüdlüyünü, xəstə, yaşlı, və əlilləri cəmiyyətin anti-sosial varlığı və utanc obyekti kimi görməyi mənimsəyən beyinlər bu prinsipləri həyatın normal qaydası kimi qəbul edirlər. Bütün bunları təbii qəbul edən kəslər, zamanla xudbin, eqoist, mərhəmətdən uzaq zalım ruh halına sahib olmağa başlayır. Getdikcə insanlıqdan, fədakarlıqdan, sevgidən, mərhəmətdən uzaqlaşır, çünki bunlar, bir növ, “təkamül” prosesini ləngidən maneələrdir. Yaşadıqları həyatın məqsədsiz olduğunu düşündükləri üçün, sədaqət, fədakarlıq kimi gözəl əxlaq nümunələrini faydasız görürlər. Şiddəti daha məqsədəuyğun hesab edirlər. Bir insanı əzmək, ona əziyyət vermək, bəzən fiziki təzyiqlərə məruz qoymaq və hətta lazım gələrsə, onu öldürmək belə adi hal kimi qəbul olunur. Bunun nəticəsində darvinist təhsil alan gənc zehinlər hər cür bölücü, dağıdıcı və şiddət dolu fikirləri mənimsəməyə hazır vəziyyətə gəlir. Burada diqqətimizi çəkən ən əhəmiyyətli məsələlərdən biri darvinizmin insanlığı sadəcə təsadüflər və ziddiyyətlər nəticəsində inkişaf edən heyvan növü olaraq təqdim etməsi və Yaradıcımız olan Uca Allhın açıq-aşkar varlığını qəbul etməyib, insaların hesaba çəkildikdən sonra sonsuz axirət həyatını yaşamasını rədd etmləridir. Etdikləri zülmlərə və qəddarlıqlara görə hesaba çəkilməyəcəklərinə inanan insanlar, tək güc sahibi olan Allahı unudaraq yaşayan insan topluluqlarını azğın darvinizm dininin vəhşi qanunlarının qurbanına çevrilirlər. Nəticə isə iztirab, göz yaşı, əzab-əziyyət ...
Ötən əsrdə darvinizmin təhsil sistemi vasitəsilə geniş xalq kütlələrinə təlqin olunması, bir çox qanlı hadisələr baş verməsi ilə nəticələndi. Faşizm, kommunizm kimi ideologiylar cəmiyyətə bu şəkildə qəbul etdirildi. Dəhşətli təcrübələr yaşanmasına baxmayaraq bu ideologiyalar, darvinist diktatorluğun təzyiqi ilə özünə tərafdarlar toplaya bildi. Yüzlərlə insanı təkamülün zəif halqası hesab edərək, toplanma düşərgələrində saxlayıb, torpaqlarından sürgün edib, aclığa meruz qoyublar.Dünya bu şəkilde səfalət meydanına çevrilmişdi. Yüz illər boyu bir birləri ilə dinc və əmin-amanlıq şəraitində yaşayan xalqlar, bir-birilərini heyvan növü olaraq görürdülər. Bunun nəticəsində, münaqişələr yaranır, illərdir dinclik və bərəkətin hakim olduğu torpaqlar qana bulanırdı. Bütün bunların səbəbi olaraq, sadəcə bir qrup azğın diktatorları və ya zalım rəhbərləri görmək doğru olmazdı. Hər dövrdə törədilən qanlı hadisələrə, zülmlərə, batil Darvinizm dini ilə beyni yuyulan xalqın da dəstəyi olub. Məsələn, Nasist Almaniyasında yaşlıları, xəstələri, yəhudiləri yox etmək planını təkcə Hitler qurmamışdı. Xalqını rəhmsizcəsinə əzən və milyonlarla insanın ölümünə səbəb olan Mao və ya Lenin də zülm etdikləri zaman tək deyildilər.
Zairdə yüzlərlə insanın dərilərinin rənginə görə heyvan kimi davranırdılar və zairlilər ağır şərtlər altında həyatlarını itirirdilər. Bunun tək günahkarı o dövrdə Belçika kralı olan II Leopold deyildi. Yaxın zamanlarda şahid olduğumuz Ruanda soyqırımı, Syerra Leonedə illərlə davam edən daxili çaxnaşmalar, Qvineyadakı vətəndaş müharibəsinin səbəbkarı bir neçə rəhmsiz tiran deyildi. Misal çəkdiyimiz ölkələrdə baş verən qanlı hadisələrin əsasənda Darvinizm dayanır. Təbii ki, Darvinizm mexanizminin həyat keçməsi üçün onu dəstəkləyən tərəfdarlar lazımdır.
Dolayısıyla dünyanın hər hansı bir ölkəsəndə terror varsa, qan tökülürsə, günahsız insanlar qətl edilirsə, anarxiya baş verirsə, bunun mütləq darvinizmlə bir əlaqəsi vardır. Terrorun olmaması, qan axmaması istənilirsə, bunun qarşısını almağın ən təsirli yolu darvinizmin keçərsizliyini anlatmaq, onun elmi dəlillərin təsiri ilə iflasa uğradığını göstərməkdir. Bu həqiqətə misal olaraq, Türkiyənin Cənubi Şərqində uzun ilədir davam edən terror aktlarını da göstərmək olar. Belə ki, PKK terror təşkilatının da bugünə qədər törətdiyi bütün kommunist terror aktlarında darvinizm fəlsəfəsindən bəsləndiyi görünür.
Bu həqiqəti separatçı qruplaşma başçısının çıxışlarında çox aydın şəkildə görmək mümkündür:
Əvvəllər insanın, ona ən yaxın olan heyvan növündən çox fərqi yox idi. Hazır şəkildə təbiətdən aldıqlarını yeyir, ağac üzərində və mağarada qruplaşmadan yaşayırdılar. Lakin düşünmək və danışmaq qabiliyyətini qazanmaqla, qida toplamaq, digər heyvanlara qarşı özünümüdafiə, təbii fəlakətlərə qarşı qorunmaq bəzi ibtidai daş alətlər düzəltmək və həmcinsləriylə münaqişəyə girmək qaçılmaz həyat şərti oldu . Bu aşamaya qədər, HEYVANLAR ARASINDA MƏQBUL OLAN, BİOLOGİYANİN TƏKAMÜL PRİNSİPİ HÖKM SÜRÜRDÜ.
(Kürd Humanizmi və Yeni İnsan, İstanbul, Aprel 2001, s.13)
HEYVANIN ƏN İNKİŞAF ETMİŞ SOSİAL FORMASI İNSANDIR. Ən vəhşi heyvan, insandır, ən rəhmsiz heyvandır.
(Kürd Humanizmi və Yeni İnsan, İstanbul, Aprel 2001, s.106)
Darvinist təhsil, dünya cəmiyyəti üçün hələ də bəladır
Darvinizmin terrorla əlaqəsinin olmadığını qəbul etmək və buna qarşı biganə qalmaq, terroru, anarxiyanı qəbul etmək və bütün bunlara qarşı laqeyd olmaq mənasındadır. Uca Allahın varlığını qəbul etməyən cəmiyyətləri müharibəlrə, terrora, qətliama, mənəvi böhrana və əxlaqsızlığa sürükləyən darvinizmə qarşı elmi mübarizə şərtdir.
Məktəblərdə batil darvinizm dini ilə təhsil alan gənclərin yaşadığı ruh düşkünlüyü, həm kütləvi qətliamlara, həm də mənəvi böhrana yol açır. Yaxın keçmişdə bir çox gəncin darvinizmə kömək məqsədi ilə, güya təkamül prosesini gücləndirmək adı altında zəif və gücsüz məktəbliləri qətlə yetirməsi çox dəhşətli hal idi. Finlandiyada yaşayan məktəblilərin öldürülməsi hadisəsi mediaya da sızmışdı.
7 noyabr 2007-ci ildə Finlandiyadakı Jokela Liseyində oxuyan Erik Ovinen adlı məktəbli, 9 hamyaşıdını öldürdükdən sonra intihar etmişdi. Ovenin törətdiyi bu qanlı hadisəni bir videoda belə açıqlayırdı:
"Mən sadəcə təbii seleksiya qanununa inanan bir anarxistəm. İnsanlar təbii seçmə qanununu təkrar tətbiq etməlidirlər. Heyvanlar bu şəkildə yaşayırlar, insanlar niyə bu şəkildə yaşamasınlar? Nəticədə biz də heyvan növlərindənik. Biz insanlar yer üzərindəki ən pis heyvanlarıq. Bu səbəbdən təbii seleksiya olmalıdır. Nə qədər tez olarsa, o qədər yaxşı olar... Qanun sadəcə güclü olanın fikridir. Bu səbəbdən həyatınızın idarəsini ələ almalı və anarxist olmalısınız...Güclülər heyatda qalmalı, zəiflər ölməlidirlər. Bu, güclü olanın həyatda qalmasıdır, təbii seleksiyadır. Heyvanlar davamlı olaraq ölür. Bir it başqa it öldüyü zaman ağlamaz. İnsanlar da ölür. Reaksiya eyni olmalıdır. Bu təbiidir, böyük və ya əhəmiyyətli bir şey deyil. Qanun da, mühakimə edən də mənəm. Mənim üzərimdə idarəçi yoxdur.
Məqsədim üçün döyüşməyə və ölməyə hazıram. Təbii seleksiyaçı kimi natamam gördüyüm, insanlığın üz qaralarını, təbii seleksiyanın uğursuzluğu olan hər kəsi siləcəm... mən fərqliyəm, bir addım daha təkamül keçirdim."
(Pecca-Eric Auvinen’e ait “My Philosopy” adlı video)
Jokela Liseyində baş verən qətliam, darvinizmin gənc nəsillərə tədris olunmasının nə qədər təhlükəli olduğunun dəlilidir. Bu qanlı hadisə tək deyil. 1999-cu il aprelin 20-si ABŞ-ınc Kolorado əyalətində Kolumbayn liseyində iki tələbə, 18 yaşlı Erik Harris və 17 ya Dilan Klebold da məktəb silah və bam aparmışdılar. 12 tələbəni və 1 müəllimi 30 dəqiqə ərzində qətlə yetirdikdın sonra intihar edirlər. Hadisə zamanı Harrisin əynindəki köynəyin üzərində “TƏBİİ SELEKSİYA” yazılmışdı.
Hadisədən sonra Harrisin evində ələ keçirilən yazıların çoxunda təbii seçmə qanunu və üstünlük hisslərindən bəhs edilirdi. Harris və Klebold internete yüklədikləri videolarda, özlərinin daha çox təkamül keçirdikləri haqda və insanlığın ən üst mərhələsində olmağın necə hiss olması haqda danışırdılar.
Gənc beyinlərin darvinizmin azğın təlimləri ilə dolması, yuxarıda çəkdiyimiz misallarda olduğu kimi çox mərhəmətsiz, qanlı nəticələrə vəsilə olur. Saxt darvinizm dininin təlqinlərinə məruz qalan beynləri bu təhlükələrdən qorumaq üçün anti-darvinist, anti-materialist təhsil önəmlidir. Şübhəsiz ki, təktərəfli darvinist təhsil dünyaya ancaq müharibə, çaxnaşma, zülm, qətliam, aclıq, səfalət və terror gətirib. Təkamül nəzəriyyəsi XIX əsrin köhnə, cəfəng hekayələrindən ibarətdir.
Təkamülü elmi həqiqət kimi gənclər öyrətməyin mənası yoxdur. Təkamüllə bağlı öyrədiləcək tək şey, dövrümüzün elmi təcrübələri və dəlilləri nəticəsində təkamülün yalan olduğunu ortaya çıxarmaqdadır. Məktəblərdə yerin düz olduğunu, Günəşin onun ətrafında fırlanmasını, dünyanın öküzlərin buynuzlarında daşındığını düşünmələri necə tarıxı yanılqı kimi qəbul olunursa, təkamül də elə qəbul olunmalıdır. Çünki təkamül eynilə bunlar kimi, hətta bunlardan daha məntiqsiz bir nağıldır. Üstəlik təkamül, digərlərindən fərqli olaraq cəhalətdən deyilən fikir deyildi. O, elmi adı alıtnda, qəsdən insanları Allah inancından uzaqlaşdırmaq üçün irəli sürülmüş məqsədli bir yalandır.
- Darvinizmin ilk hüceyrənin necə yarandığını elmi yolla izah edə bilmədiyi,
- Bu günə qədər ortaya çıxarılan 250 milyondan çox fosilin təkamülü yalanlaması və Allahın yaratmasını sübut etməsi,
- Yerin təbəqələrinin təkamülü məğlub edən fosillərlə dolu olması,
- Elmin bütün sahələrinin darvinizmin mümkün olmadığını təsdiqləməsi və
- Darvinizmin çoxdan çürüdülmüş paqan dini olması həqiqəti gənc nəsillərə açıq şəkildə çatdırılmalıdır.
Beləliklə dünyanı qan gölünə çevirənlərin, çaxnaşma və şiddətdən mənfəət götürmək istəyənlərin, insanları münaqişəyə və xaosa çəkənlərin, eqoistliyin, mərhəmətsizliyin hakim olmağını istəyənlərin qurduğu tələlər pozulacaq. Dünyada Allahın Quranda bildirdiyi əxlaq yaşanmaqla aydınlıq, əmin-amanlıq olacaq, sevinc dolu, dinc və təhlükəsiz bir həyat bərqərar olacaq.