Adnan Oktarın Kaçkar Tv-dəki canlı reportajı (15 dekabr 2010)
Adnan Oktar: Taha surəsi, 130-cu ayə; Şeytandan Allaha sığınıram, "Bu halda onların söylədiklərinə qarşı səbirli ol," deməli, küfr bir şey söylədiyində səbirli olacağıq. Yağış kimi olacaq, o bir Rəhmani gözəllikdir. Səbir etdikcə, İslam yayılar. Əgər mehdiyyətə hücum olmasa, mehdiyyət necə inkişaf etsin, mənə izah etsinlər. Xeyr, belə olar deyin, mənə bir izah edin. Adam, Risalə-i Nurda Bədiüzzamanın ifadələrini dəyişdirəcək ki, biz onları çığırda-çığırda açıqlayaq. Yüz ili çıxaracaq, adam üç yüzü əlavə edəcək, mehdiyyət şahlanacaq. Bədiüzzaman məndən yüz il sonra deyəcək, adam onu çıxaracaq mehdiyyət şahlanacaq. Oradan bir fövqəladəlik olduğu aydın olar. Müqavimət göstərilmirsə, Mehdi (ə.s)-a müqavimət göstərən yoxdursa, bu necə mehdiyyətmiş? Müqavimət yox, çaqqallar yox, yarasalar yox, xurafatçılar yox, mürtəcelər yox, saxtakar dəstəsi yox, lakin mehdiyyət də irəliləyir. Mehdiyyət onları əzə-əzə irəliləyən sistemə deyilir. Bunlar olmadı mı, mehdiyyət olmaz.