Kəhraba içindəki qalıqlar, bundan on milyonlarla il əvvəlki meşələrdə necə bir həyat olduğunu ortaya qoyan əhəmiyyətli dəlillərdir. Kəhraba üzərində edilən araşdırmalar, yalnız kəhraba içindəki canlı haqqında deyil, bu canlının yaşamış olduğu mühit və ətrafındakı digər canlılar haqqında da məlumat verir. Şəkildəki 100 milyon illik sürünən ayağı qalığı isə, sözü gedən canlıların aradan keçən bu qədər zamana baxmayaraq heç bir dəyişimə uğramadığını, bu gün sürünənlər hansı xüsusiyyətlərə sahibsə və necə yaşayırsa 100 milyon il əvvəl də eyni şeylərin etibarlı olduğunu göstərir.