Osmanlının Şeyxülislam müşaviri Hüseyin Kamil bir xatirəsində belə deyirdi: "Yəmən ətrafında Anadolu uşaqlarının doldurduğu qəbiristanlıqlar insanı ürküdəcək, gözlərində axacaq yaş buraxmayacaq görünüşdədir". Bu qəbirlər I Dünya Müharibəsində sayı bəzi mənbələrə görə 300 min, bəzi mənbələrə görə 1 milyon olan Hicaz-Yəmən cəbhəsində şəhid olan bəzi Osmanlı əsgərlərinindi.
I Dünya Müharibəsinin bitməsindən demək olar ki, 100 il keçib. Ancaq Yəməndə savaşda ölən əsgərlərin məzarlarının sayı artmağa davam edir. Bu dəfəki müharibə 100 il bundan əvvəlkindən çox fərqlidir.
Yəmənlilərin də daxil olduğu Osmanlı-İngilis müharibəsi əsgərlər və tarixçilər tərəfindən ənənəvi mənada müharibə olaraq dəyərləndirilir. Keçmişdə müharibə dövlətlərarası bir vasitə olaraq milli ordular, donanmalar və hərbi hava qüvvələri tərəfindən idarə olunurdu. Silahlı münaqişələr olduğu zaman rəsmi şəkildə müharibə elanları, neytral qalma elanı, sülh sazişi və “müharibə hüququ” kimi bir sıra norma və qaydalar tətbiq edilirdi.
Sovet İttifaqının dağılmasından sonra yeni bir müharibə üsulu yayılmağa başladı. Bosniya və Qafqazlarda başlayan bu yeni müharibə üsulu indi Yəmən də daxil olmaqla bir çox Yaxın Şərq ölkəsini qana bulayır. Keçən ay Amran rayonunda Yəmən ordusu ilə husilər arasında çıxan və yetmiş nəfərin ölümünə səbəb olan münaqişələr yeni tip müharibənin nümunələrindən biridir.
İnsanlığın başına bəla olan bu yeni savaş “Postmodern müharibə” adlandırılır. Hamısı bir-birinin eynisi olmasa da yeni tip müharibələrin bəzi ortaq cəhətləri var:
1990-cu ilin ortalarından etibarən silahlı münaqişələrin təxminən 95%-i dövlətlər arasında yox, dövlətlərin içində baş vermişdir. 1979-cu ildəki İran-İraq müharibəsi və 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsi istisna olmaqla müharibələrin demək olar ki, hamısı postmodern xüsusiyyəti daşıyır.
Postmodern müharibələrin hökm sürdüyü bölgələr, adətən, qərb ölkələrinin müstəmləkəsi olmuş ölkələrin torpaqlarıdır. Buralarda etnik qruplar var. Qruplar arasında şiddətli rəqabətlə birlikdə iqtisadi problemlər mövcuddur. Postmodern müharibələrin aparıldığı ölkələrin dövlət hakimiyyətləri də zəifdir. Bu səbəbdən milli ortaq bir kimlik qurula bilmir. Ölkə içində digərlərindən etnik və məzhəb olaraq özünü fərqli görən bir qrup, dövlət tərəfindən tanınmadığı və ya özlərinə ədalətli davranılmadığı iddiası ilə asanlıqla münaqişəyə girə bilir. Bu səbəbdən postmodern müharibələr “kimlik müharibələri” olaraq da adlandırılır.
Ənənəvi müharibələr geosiyasi və ideoloji məqsədlərlə aparılarkən, postmodern müharibələr, adətən, rəqib kimliklər arasında ortaya çıxan mədəni uyğunsuzluqlar səbəbindən aparılır. Kimlik müharibələri Yəməndəki Əl-Qaidə və Husi nümünələrində olduği kimi insanların özlərini dini və ya etnik olaraq təbəqələşdirməsinə əsaslanır. İŞİD militanlarının kütləvi qətl görüntülərinə yansıdığı kimi qeyri-adi qəddarlıqla baş verir. 3 il yarımdır ki, davam edən Suriya müharibəsində olduğu kimi, bu müharibələr uzun müddət davam edir. Bundan əlavə kimlik müharibələrində ənənəvi mühariblərdəki kimi zəfər anlayışına rast gəlmək mümkün deyil.
Kiçik ölçülü hücumlar, pusqular, hərbi və hərbi olmayan hədəflərə hücumlar kimlik müharibələrində ən çox istifadə edilən üsullardandır. Yəməndə Əl-Qaidə, Husilər və digər üsyankar bəzi qruplar bu üsullardan tez-tez istifadə edir. Üsyançılar neft-qaz xətlərinə hücum edərək ordunu əməliyyatlardan vaz keçirməyə çalışırlar. Zədələnən xətlərin təmiri təhlükəsizlik səbəbindən uzun çəkir, bu səbəbdən də ölkədə neft və qaz sahəsində böyük problemlər yaşanır.
İraq və Suriya nümunəsində olduğu kimi, yol kənarına bomba qoymaq, intihar hücumları etmək, bombalı maşınları partlatmaq kimi qəddar üsullara tez-tez müraciət edilir. Terroristlər tərəfindən həyata keçirilən bu hadisələr qarşı tərəfi məğlub etməkdən əlavə tərəfdar yığma və eyni kimlikdəki zəif güclərin itaətini dəqiqləşdirməyə xidmət edir.
Yəməndə bir çox cəhətdən özünü göstərən kimlik müharibələri lazımi tədbirlər alınmaz və qəti həll yolları tətbiq edilməzsə, can almaya, ölkəni qeyri-sabitliyə sürükləməyə davam edəcək.
Buna əngəl olmaq üçün Quranda Allah’ın müsəlmanların bir-birləri ilə münaqişə etmədən birlik olaraq bir yerdə yaşamasını istədiyi yəmənlilərə izah edilməlidir. Mübarizənin sünni ilə zeydi arasında olmadığı, xurafatdan, cahillikdən və zorakılıqdan güc alan terroristlərlə, Allah'a iman edən, şəfqətli, sevgi dolu, əfv edici, mərhəmətli və vicdanlı insanlar arasında getdiyi hər fürsətdə ifadə edilməlidir.
Allah “Hud” surəsinin 116-cı ayəsində "Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı..." deyə buyurur. İman gətirənlər Allah'ın ayələrdə tərif etdiyi, bu ağıl və hikmət sahibləridir. Terroristlər nəticəni zorakılıqda axtararkən, onlar həqiqi müvvəfəqiyyətin və sülhün, ancaq Allah'ın dininə möhkəm yapışmaqla əldə ediləcəyinin şüuru ilə hərəkət edəcəklər.
Adnan Oktarın “National Yemen”də nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2014/08/09/the-changing-face-of-war/