Əsrlər boyu, üç qitəyə hökmranlıq etmiş böyük bir dünya imperatorluğunun varisi olan Türkiyə Cümhuriyyəti, yaxın gələcəkdə, Allahın icazəsi ilə bu mirasa yenidən sahib çıxacaq və böyük bir super dövlət halına gələcəkdir. Hörmətli Adnan Oktarın uzun illərdir diqqət çəkdiyi bu vəziyyət, bu gün dünyaca məşhur analitiklər tərəfindən də, dilə gətirilir, gələcəyə dair təsbitlərdə Türkiyə lider ölkə olaraq göstərilir. İndiki vaxtda cərəyan edən bir çox hadisə Türkiyənin bütün türk və islam dövlətlərinin təbii lideri olacağına işarə edir.
Hörmətli Adnan Oktar istər əsərlərində, istərsə də mətbuata verdiyi müsahibələrində dəfələrlə Türkiyənin çox şanlı bir gələcəyə doğru getdiyini müjdələyir. Hörmətli Adnan Oktarın bu barədə dediyi fikirlərdən bəziləri bunlardır:
Adnan Oktar: … inşaAllah bizim qədərimizdə Türk İslam Birliyinə vəsilə olmaq olar. Millətimizi güclü rifah içində, sevinc içində, bayram sevinci içində görmək olar. Ki, mən, inşaAllah belə ümid edirəm və bunun yüz faiz baş verəcəyinə inanıram inşaAllah. Bunu xalq da görəcək. Təxminən 10 il ərzində böyük bir Türk İslam Birliyi yaranacaq, Türkiyə dünyanın ən böyük dövləti olacaq. Ən böyük super dövləti olacaq və yeganə gücü olacaq. Bunu CIA də, Amerikan kəşfiyyatı da, Rus kəşfiyyatı da deyir, bütün dünyada bu haqda, yəni dünyanın ən böyük dövləti olacağına dair bir fikir birliyi var.
Çünki bizim mənəvi gücümüz var. Mənəvi güc dəhşətli bir gücdür. Böyük bir gücdür. Mənəvi gücün qarşısında heç bir şey dayana bilməz, Allahın icazəsi ilə. Yəni, mənəvi gücün, mənəvi qərarlılığın qarşısında heç bir qüvvə dayana bilməz. İnşaAllah biz, bu istəklə, bu imanla və bu qərarlılıqla bu böyük birliyi quracağıq. Türk-İslam Birliyini quracağıq və Türk Dövləti də, bu şərəfli birliyə başçılıq edəcək, insanları xoşbəxtliyə, sevincə və gözəlliyə qərq edəcək inşaAllah. (“Büyükhaber”, 12 dekabr 2008-ci il)
Adnan Oktar: Hamı səmimi olaraq inansın, həqiqətən Türkiyə yaxşılığa doğru gedir və həqiqətən super dövlət olacağıq. Türkiyə tarixdə heç olmadığı dərəcədə böyük bir dövlət olacaq. Türk-İslam aləminin lideri olacaq inşaAllah. Bu tarixi missiyanın başlanğıc mərhələsindəyik. Türk milləti bütün dünyanı, anarxiyadan, terrordan, çətin vəziyyətdən, əzabdan, hər cür zülmdən qurtaran bir millətdir. Həqiqətən çox zadəgan hörmətli, əziyyətlə, zülmlə yoğurulmuş bir millətdir və dünyanı idarə etməyə, dünyaya faydalı olmağa istiqamətli bir ruha sahibdir. Görünür, Allah bu vəzifəni bu millətə vermişdir inşaAllah. Çox yaxın vaxtda bunu görəcəyik inşaAllah. (“Çay” TV, 23 iyul 2008-ci il)
Adnan Oktar: Türkiyə çox xeyirli, gözəl bir yoldadır, getdikcə təmizlənir, durulur, dincləşir, sağlamlıq qazanır… Bütün Yaxın şərqin, Balkanların, bütün İslam aləminin, Türk aləminin lideri olacaq inşaAllah. Türk-İslam aləmi birləşəcək, böyük Türk-İslam Birliyi meydana gələcək, Türkiyə başçılıq edəcək, böyük qardaşlıq edəcək, dünyada üçüncü güc olacaq, Amerika və Rusiyanın xaricində bir tarazlıq ünsürü olacaq və dünyaya sülh və əmin-amanlıq çağı gətirəcək inşaAllah… (“Adana CRT” TV, 30 sentyabr 2008-ci il)
Adnan Oktar: Həll bütün İslam aləminin birləşməsi, Türkiyənin liderliyində böyük Türk-İslam Birliyinin yaradılması, Türkiyənin super dövlət olaraq bölgəyə ağırlığını qoyması və bütün İslam aləmini qardaşı olaraq, öz qardaşı kimi çox yaxşı qoruması, onların iqtisadi, siyasi cəhətdən güclənmələrini təmin etməsi, bütün Türk aləmi, ki, onların da, hamısı Müsəlmandır az-çox, onları da, qoruması altına alması və bölgədə super dövlət olaraq anarxiyanı, terroru tamamilə dayandırması, böyük bir mədəniyyət həmləsi edilməsidir… Hz. Süleyman dövrünə bənzəməyə çalışan bir səy içində olmağımızdır, həlli budur. (“Al Baghdadi” TV, 30 aprel 2008-ci il)
Adnan Oktar: Türkiyənin vəzifəsi Türk-İslam aləminin lideri olmaqdır. Türk millətinə çox böyük vəzifə düşür. Türk-İslam aləminin liderliyi dünya tarixinin ən böyük vəzifələrindən biridir. Türk millətinin ən böyük vəzifələrindən biri budur. Yəni, biz sırf Türkiyəni qurtarmaq deyil, Türk milləti olaraq, bütün Türk-İslam aləmini qurtarmaqla vəzifəliyik ... (“Konya” TV, 28 fevral 2008-ci il)
Türkiyənin gələcəyin super dövləti olacağı ilə əlaqədar son zamanlarda yerli və xarici mətbuatda yer alan diqqətçəkən xəbərlərin bəziləri belədir:
“Medya 73”, 4 fevral 2009
“Gündem” xəbər saytı, 30 noyabr 2008
“NetHaber”, 28 yanvar 2008
“NTVmsnbc”, 29 yanvar 2008
“Dünya Bülteni” xəbər saytı, 19 noyabr 2008
“Sabah”, 26 yanvar 2007
“Yeni Şafak”, 28 yanvar 2008
“Yeni Şafak” qəzeti, 31 oktyabr 2008