İmam Sadiq (ə.s) belə buyurmuşdur: (Hz. Mehdi (ə.s)) Rükn və Mövqe arasında dayanar, yüksək səslə belə səslənər: “Ey mənim nümayəndələrim, xüsusi dostlarım, ey MƏN ZÜHUR ETMƏDƏN ALLAHIN MƏNƏ KÖMƏK ETMƏSİ ÜÇÜN YER ÜZÜNDƏ HAZIRLADIĞI KƏSLƏR, itaət edərək mənə gəlin.” Onlar YER ÜZÜNÜN ŞƏRQ VƏ YA QƏRBİNDƏ MEHRAB VƏ YA YATAQLARINDA OLDUĞU HALDA İMAM MEHDİ (Ə.S)-IN SƏSİNİ EŞİDƏRLƏR. Bu bir tək səs onların HAMISININ QULAĞINA GEDƏR VƏ HAMISI ONA DOĞRU HƏRƏKƏT EDƏRLƏR. ÇOX KEÇMƏDƏN GÖZ AÇIB BAĞLAYANA QƏDƏR HAMISI HÜZURUNA ÇATARLAR. Bu (əzəmətli yığıncaq) Rükn və Mövqe arasında (günəş doğulmadan əvvəl) reallaşacaq.” Büharül Ənvar, cild 53, səh. 7 |