Qədimi “cənub meymunu” nağılı
ucgen

Qədimi “cənub meymunu” nağılı

694

Keçdiyimiz günlərdə mediada “yeni insan növünün tapıldığına” dair xəbərlər yer aldı. Mövzu araşdırıldığında xəbərdəki iddianın elmi həqiqətlərlə heç bir əlaqəsinin olmadığı dərhal aydın olurdu. Xəbər, darvinist təbliğatın klassik nümunəsi olaraq, keçmişdə yarı-meymun yarı-insan canlıların yaşadığına cəmiyyəti inandırma səyindən ibarət idi.

İndi gəlin həmişə birlikdə olan sümükləri araşdıraq və insanla əlaqəsi olub-olmadığını obyektiv olaraq qiymətləndirək.

 

Avstralopitek Deyiremeda: Yalnız soyu tükənmiş meymun

Efiopiyanın Afar bölgəsində olan sümük parçaları, sayca 4 ədəd olub, çənə parçaları və dişlərdən ibarətdir. Bunların arasında hər hansı kəllə sümüyü yoxdur. Bundan əlavə parçalar bir-birlərindən metrlərlə uzaqda olmuş, daha sonra 2012-ci ildə bu bölgədən 2 km. uzaqda kəşf edilmiş yarım ayaq fosili (Burtele ayağı) ilə birləşdirilmişdir. Son dərəcə əskik olmalarına baxmayaraq bu sümük parçaları Efiopiyalı paleoantropoloq Yuhan Hai-Selessinin “son kəşfi” olaraq Nature jurnalında nəşr olunmuşdur.

Diqqət çəkici olan isə, darvinizm təbliğatı edən nəşrlərdə yer alan yazılarda da bu fosilin meymun olduğunun qəbul edilməsidir. Fosillərin Avstralopitek, yəni “cənub meymunu” olaraq adlandırılması buna nümunədir. Avstralopitek Afarensis yəni məşhur adıyla Lusidən bir az fərqli olması səbəbiylə Avstralopitek Deyiremeda olaraq adlandırılmışdır. “Lusinin bacısını tapdıq”, “qohumunu tapdıq” başlıqları isə təkamülçülərin təbliğat səylərindən ibarətdir.

 

Avstralopitek nə idi, nə oldu?

Avstralopiteklar açıq şəkildə meymun növü olmalarına baxmayaraq, bəzi darvinistlər tərəfindən iki ayaq üzərində getməyi bacaran canlılar kimi göstərilməyə çalışırlar. Bu yalandır, çünki Avstralopiteklar ilə əlaqədar olaraq əldə edilən fosillər içində bu xəyali ssenarini təsdiqləyən tək bir dəlil də yoxdur. Bu səbəbdən bu canlılar üzərindəki fərziyyələr tamamilə həqiqətdən kənardır.

Daha əvvəl də bir çox yazımızda detallandırdığımız kimi, Avstralopitek darvinistlərin guya insan şəcərəsinin başına yerləşdirdikləri soyu tükənmiş meymun növüdür. Bu günə qədər 6500-ə qədər meymun növü yaşamış, 120-ə qədəri günümüzə çatmış, geri qalanının soyu tükənmişdir. Buna görə insanın sözdə ataları sıralamasında milyonlarla il əvvəl yaşamış və xüsusilə də soyu tükənmiş meymunlar çox yaxşı təbliğat vəsaitidir. Belə ki, fosillər əksik sümük parçalarından meydana gəlsə də, başqa canlılara aid fosillərlə birləşdirilmiş olsalar da, təkamülçülərin nağıl dünyasındakı xəyali aktyorlar olmağa davam edirlər. Əlbəttə bu xəyali izahatlar fizioloji və anatomik elmi qiymətləndirmələrə ilişib qalana qədər…

1973-cü ildə Donald Yohanson tərəfindən Efiopiyadakı Afar bölgəsində olan Lusi uzun illər insanın təkamülü ssenarisində axtarılan itkin halqa kimi göstərilmişdi. Kiçik beyin, önə çıxmış üz və iri azı dişləriylə tipik şimpanze olan Avstralopitekun ayağa qalxmaqda olan “insan” olduğu iddia edildi. Ancaq, 90-cı illərdən etibarən, Avstralopitek Afarensis, yəni bilinən adıyla Lusinin tam meymun olduğu aydın olmuş və bu həqiqət bir çox elmi yazılarda da elan edilmişdi.

 

Avstralopitek dörd ayağı üzərində yeriyən meymun

Əvvəl İngilis paleontoloq Lord Zuckerman, daha sonra Liverpul Universitetindən Fred Spoor və qrupu Lusinin dik yerimədiyini, əksinə 4 ayağı üzərində gedən sıravi meymun olduğunu göstərmişlər. Canlının tarazlığını meydana gətirən iç qulaqdakı ilbiz üzərində edilən tədqiqatlar, ilbizin yerə görə mövqeyinin dik yeriməyə uyğun olmadığını ortaya qoymuşdu.

2000-ci ildə B. G Richmond və D. S Strait adlı elm adamlarının reallaşdırdığı və Nature jurnalında nümayiş olunan digər bir tədqiqatda isə, Avstralopitekların ön qol sümüklərində tədqiqat aparılmışdır. Müqayisə edilən anatomik tədqiqatlar, bu növün indiki vaxtda yaşayan və 4 ayaq üzərində yeriyən meymunlarla eyni ön qol anatomiyasına sahib olduğunu göstərmişdir.

Dünya tərəfindən tanınmış təkamülçü paleoantropoloq Riçard Likey də, Lusinin təkamül dəlili olaraq heç bir keçərliliyinin olmadığını bu sözlərlə ifadə etmişdir:

“Lusinin (Avstralopitek Afarensis) bir piqme şimpanze qarışığından başqa bir şey olmadığı çox əzici və qarşı qoyulmayacaq şəkildə ola biləcəkdir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcı olmaqdan həddindən artıq uzaqdır.” (Richard Leakey, “Lusi - Evolutions Solitary Claim For an Ape/Man: Her Position his Splitting Away” Creation Research Society Quarterly, buraxılış 22, nömrə. 3, dekabr 1985, səh. 144-145 - Nicholas Comninellis, Creative Defense, Evidens Against Evolution, Master Books, 2001, səh. 188)

 

Kəşfiyyatçılara görə Lusi yalnız meymundur

Lusinin meymun növü olduğu bir çox elm adamı tərəfindən ortaya qoyulduğu kimi Lusini ilk kəşf edənlər də bunu etiraf etmişlər. “Lusi” fosilinin kəşfiyyatçıları olan təkamülçü paleoantropoloq Donald Yohanson və T. D. Vayt, Science jurnalına bu şərhi edirlər:

“Avstralopitek fosilləri olduqca detallı şəkildə araşdırıldı: Yerimə formaları, qulaqlarının quruluşu, diş inkişafı nümunələri, uzun və güclü ön qollar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinləri, meymuna olduqca bənzəyən kəllələr, çənələri və üzləri. Bunların hamısı Avstralopitekların meymun olduğunu və insan ilə heç bir əlaqələrinin olmadığını göstərir.” (D. Johanson - T. D. White, Science, 203:321, 1979, 207:1104, 1980 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 187-188)

Avstralopiteklar günümüz şimpanzeləriylə eyni böyüklükdə beyin, qabırğalar, çənə və ləyən sümüyünə sahibdirlər. Bu canlıların qolları və ayaqları da eynilə bir şimpanze kimi dörd ayağı üzərində yeridiklərini göstərir.

 

Tərk edilən başqa yalançı “Ata”

Avstralopitekin insanın atası olmadığı həqiqəti, məşhur Fransız elm jurnalı Science et Vienin May 1999 sayında qapaq mövzusu edilmişdir. Jurnalda “Adieu Lucy” (Əlvida Lusi) başlığı istifadə edilərək, Avstralopitek növü meymunların insanın soy ağacından çıxarılması lazım olduğu yazılmışdır. St W573 kodlu yeni Avstralopitek fosili tapıntısına əsaslanaraq yazılan məqalədə bu cümlələr yer alır:

“Yeni nəzəriyyə Avstralopitek növünün insan soyunun mənşəyi olmadığını söyləyir... St W573-ü araşdırmağa səlahiyyətli tək qadın tədqiqatçının gəldiyi nəticələr, insanın atalarıyla əlaqədar aktual nəzəriyyələrdən fərqli; hominid soy ağacını yıxır. Beləcə bu soy ağacında yer alan insan və ataları sayılan primat cinsi böyük meymunlar hesabdan çıxarılır... Avstralopiteklar və Homo növləri (insanlar) eyni budaqda iştirak etmirlər...” (Isabelle Bourdial, “Adieu Lusi”, Science et Vie, May 1999, nömrə. 980, səh. 52-62)

 

Növ içindəki çeşidləndirmə yeni növlərin yaranmasına yol açmaz

Darvinistlərin fosillərə yeni adlar qoyub, fərziyyə yaratmaq mövzusunda xəyal güclərinin sonu yoxdur. Zamanla qarşıya qoyulan meymun-insan qohumluq hekayələri isə yalnız bənzərliklərə əsaslanıb elmi dəlillə, məsələn, genetik araşdırmalarla dəstəklənilməz. Qaldı ki, bu gün də müşahidə olunan genetik həqiqət olaraq, atların, itlərin ya da inəklərin fərqli növləri vardır, amma bunlar həmişə eyni növ içindəki çeşidləmələr olub “variasiya” olaraq qiymətləndirilər.

Eyni növ içində reallaşan kiçik fenotip (xarici quruluşa dair) dəyişikliklər gen hovuzu içindəki növlərə ayrılma səbəbiylədir və Mendel qanunları olaraq bilinir. Sərhədləri o canlı növünün DNT-i ilə təyin olunmuş variasiya, eyni növ içində fərqli görünüşə sahib fərdlərin törəməsinə səbəb olan vəziyyətdir. Buna baxmayaraq, Lamark və daha sonra da Darvin “növlərə ayrılmağın yeni növlərin meydana gəlməsinə səbəb olacağı” xəyalını ortaya atmışlar. Nə var ki, bu iddiaları genetika elmi tərəfindən rədd edilmişdir. Növlər aşılmaz genetik baryerlərlə, uçurumlarla bir-birindən ayrılmış vəziyyətdədirlər. Aralarında keçid yaşanması mümkün deyil. Bu həqiqət ilk olaraq genetika elminin təməllərini ortaya qoyan Qeqor Mendel tərəfindən dilə gətirilmişdir. Avstralopitek Deyiremeda yəni “cənub meymunu” növü içində fərqli variasiya nümunəsindən başqa bir şey deyil.

 

Nəticə

Təkamülçülərin xəyalları elmi məlumatlarla çürüdülsə də bəziləri israrla nağıl dünyasında yaşamağa davam edirlər. Ancaq bu çox yaxşı bilinməlidir ki, bir nağıl nə qədər çox təkrarlanırsa təkrarlansın heç vaxt həqiqətə çevrilməz. Müəyyən müddət ictimaiyyəti yanıldıb gerçəkmiş kimi təqdim edilsə də, bəzi media orqanlarında çox yer verilsə də, xəyali şəkillər, sözdə həyat ağacları ya da qalıq saxtakarlıqları darvinist doqmaya söykənən təbliğat vəsaiti olmaqdan kənara çıxa bilməyəcək.

Görüldüyü kimi, 20 ildən çox müddətdir təkamülçülər tərəfindən belə tərk edilmiş, soyu tükənmiş Avstralopitek növünə aid hekayə təkrar gündəmə gətirməyə çalışılır. Aktuallığını itirmiş bu izahat darvinizmin çöküşü qarşısında təkamülçülərin çarəsizliyini sərgiləyir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo