Əsrlər boyu üç qitəyə hökm etmiş böyük dünya imperiyasının varisi olan Türkiyə Cümhuriyyəti yaxın gələcəkdə Allahın izni ilə bu mirasa yenidən sahib çıxacaq və böyük dövlət olacaq. Hörmətli Adnan Oktarın uzun illərdir söylədiyi sözlər bu gün ictimaiyyət, məşhur analitiklər tərəfindən dilə gətirilir, gələcəyə dair proqnozlarda Türkiyə lider ölkə olaraq göstərilir. Müasir dövrümüzdə cərəyan edən bir çox hadisələr Türkiyənin bütün türk respublikalarının və İslam ölkələrinin təbii lideri olacağına işarə edir.
Hörmətli Adnan Oktar istər əsərlərində, istərsə də mətbuata verdiyi reportajlarda tez-tez Türkiyənin çox şanlı gələcəyə doğru getdiyini müjdələyir. Hörmətli Adnan Oktarın ifadələrindən bəziləri belədir:
Adnan Oktar: … inşaAllah bizim qədərimizdə Türk-İslam Birliyinə vasitəçi olmaq var. Millətimizi güclü rifah içində, sevinc içində, bayram sevinci içində görəcəyik. İnşaAllah mən buna ümid edirəm və bunun yüz faiz olacağına inanıram. Yaşadığımız dövrdə bunu hər birimiz görəcəyik. Təxminən 10 il ərzində böyük Türk İslam Birliyi yaranacaq, Türkiyə dünyanın ən böyük dövləti olacaq. Ən böyük super dövlət və tək güc sahibi olacaq. Bunu CIA, Amerikan və rus kəşfiyyatları deyir və bütün dünyada Türkiyənin ən böyük dövlət olacağı söylənilir. Çünki bizim çox böyük mənəvi gücümüz var. Mənəvi şövq böyük gücdür. Allahın izni ilə mənəvi gücün qarşısında heç bir şey dayana bilməz. İnşaAllah biz bu şövqlə, bu imanla və bu dözümlülüklə bu böyük quruluşu meydana gətirəcəyik. Möhtəşəm Türk-İslam Birliyini meydana gətirəcəyik. Türk dövləti bu şərəfli birliyin başında olacaq və insanları xoşbəxtliyə, sevincə və gözəlliyə qərq edəcək inşaAllah.
(Büyükhaber / 12 dekabr 2008-ci il)
Adnan Oktar: Hər kəs səmimi olaraq inansın! Həqiqətən Türkiyə irəliyə doğru gedir və həqiqətən super dövlət olacağıq. Türkiyə tarixdə heç vaxt olmadığı kimi böyük dövlət olacaq. Türk-İslam aləminin lideri olacaq inşaAllah. Bu tarixi missiyanın başlanğıc mərhələlərindəyik və türk milləti bütün dünyanı anarxiyadan, terrordan, çətinlikdən, əzabdan, hər cür ağrıdan qurtaran millətdir. Həqiqətən çox köklü, əfəndi, ağrı-acı ilə yoğrulmuş millətdir və dünyanı idarə etməyə, dünyaya faydalı olmaq üçün mənəvi gücə sahibdir. Allah o vəzifəni bu millətə verib inşaAllah. Çox yaxın zamanda bunu görəcəksiniz inşaAllah.
(Çay TV / 23 İyul 2008-ci il)
Adnan Oktar: Türkiyə çox xeyirli və gözəl yolda getdikcə inkişaf edir, sağlam güc qazanır… Orta Asiya, Balkanların, bütün İslam və türklük aləminin lideri olacaq inşaAllah. Türk-İslam aləmi birləşəcək, böyük Türk-İslam Birliyi meydana gələcək və Türkiyə liderlik edərək böyük qardaş kimi dünyada üçüncü güc olacaq. Amerika və Rusiyanın xaricində sabitlik ünsürü olacaq və dünyaya sülh və salamatlıq dövrü gətirəcək inşaAllah…
(Adana CRT TV, 30 Sentyabr 2008)
Adnan Oktar: Həll yolu olaraq bütün İslam aləminin birləşməsi, Türkiyənin liderliyində böyük Türk-İslam Birliyinin yaradılması, Türkiyənin super dövlət olaraq bölgəyə hakimlik etməsi və bütün İslam aləmini qardaşı olaraq qoruması, onların iqtisadi, siyasi baxımdan güclənmələrini təmin etməsi və bölgədə super dövlət olaraq anarxiyanı, terroru tamamilə yox etməsi, böyük mədəniyyət həmləsi edilməsi… Hz. Süleyman dövründəki kimi olmalıyıq.
(Ali Baghdadi TV, 30 Aprel 2008)
Adnan Oktar: Türkiyənin vəzifəsi Türk-İslam aləminin lideri olmasıdır. Türk millətinə çox böyük vəzifə düşür. Türk-İslam aləminin liderliyi dünya tarixinin ən böyük vəzifələrindən biridir. Türk millətinin ən həyati vəzifələrindən biri budur. Yəni, biz sırf Türkiyəni qurtarmaq üçün deyil, bütün Türk-İslam aləmini qurtarmaqla öhdəçilik daşıyırıq...
(Konya TV, 28 Fevral 2008)