Bala Z. Kirenaikam (Z. cyrenaicum) işçi qarışqaya hücum edir və iflic vəziyyətinə saldığı qarışqa ilə qidalanır.
İsrailin Negev səhrasında yaşayan bu kiçik hörümçək özündən 4 dəfə böyük qarışqaları ovlayır. Zəhəri ilə bu qarışqaları necə öldürdüyü Çexoslovakiya Respublikası Masarik Universitetinin alimləri tərəfindən araşdırıldı. Yəni, qarışqaların öz ölçülərinin dörddə biri qədər olan başqa bir canlı tərəfindən ovlanması necə mümkündür?
Alimlərin apardığı araşdırmalar göstərdi ki, dişi hörümçək əvvəlcə qarışqalara arxadan qəfil hücum edir, sonra geri çəkilib əks-hücumdan qorunur. Lakin bala hörümçək hücum taktikasını dişilərdən fərqli seçir. Ölçüləri kiçik olduğuna görə qarışqanın belinə dırmaşa bilir və qarın hissəsini dişləyərək, onu hərəkətsiz vəziyyətə gətirmək üçün zəhərin içinə itələyir. Beləliklə, hərəkətsiz qalan ovun əks-hücumundan qorunur.
Adətən heyvanlar ov etməyi ata-anasından öyrənir və onlar necə edirlərsə eynisini etməyə çalışırlar. Lakin burada vəziyyət fərqlidir. Bala anası kimi ovunu zəhərləyib qaçmır, əksinə, əvvəldən axıra kimi ovunun yanında durur. Yəni bala daha təcrübəli davranır. Yaxşı bəs bu məlumatları anasından öyrənmirsə, necə bilir?
Biliyin mənbəyi Allah’dır. Biz isə elmə və biliyə möhtacıq və Allah’ın dilədiyi qədər bilə bilərik. Allah bununla kiçik bir canlıya elmi bəxş etdiyini bizə göstərir. Bu kiçik hörümçəyin hansı qarışqa növünü ovlamağı bilməsi, qarışqaya təsir edəcək zəhərin DNT şifrəsi və qarışqanın zəif nöqtəsinin qarnı olduğu kimi ətraflı məlumata sahib olması bu canlının Allah’ın vəhyi ilə hərəkət etdiyini açıq-aydın göstərir.
“…O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam surəsi, 59)