Tunqara qurbağasının dişi qurbağa üçün, su gölməçəsində serenada edərkən əmələ gətirdiyi su dalğaları, qurbağanın yarasalar tərəfindən daha asanlıqla ovlanmasına səbəb olar.
Hər nə qədər Cənubi Amerika bölgəsində tsularda yaşayan Tunqara qurbağası yarasanı hiss etdiyi anda səs çıxartmaqdan imtina edib səssiz qalsa da, su dalğaları bir neçə saniyə daha davam edər.
Əks-səda, yarasa üçün, sanki təbii bir hidrolokasiya əmələ gətirər və beləliklə də, qurbağanı yerinə qədər müəyyənləşdirməsinə kömək edər.
Yarasa çıxan səsə doğru irəlilədikdə, qurbağa üstünə yaxınlaşan yarasanı hiss etdiyi anda susmasına baxmayaraq, səs dalğalarının bir neçə saniyə daha davam etməsi nəticəsində qurbağanı o bulanıq suda hədəfi tam müəyyənləşdirə bilir.
Yarasalar, Allahın onlara verdiyi mühüm xüsusiyyət olan hidrolokasiya sistemlərindən istifadə edərək, qurbağanın aldığı tədbirlərə baxmayaraq, su dalğalarını heyrətamiz həssaslıqla qəbul edib qurbağanın yerini müəyyənləşdirə bilirlər. Allah, bütün canlıları yaradarkən onların olduqları mühitdə rahat yaşaya biləcəkləri xüsusiyyətləri onların bədənlərində yaratmışdır. Allah, sonsuz mərhəmət sahibidir.
Sizin İlahınız tək bir İlahdır; Ondan başqa İlah yoxdur; O, Rəhmandır, Rəhimdir (bağışlayan və rəhmlidir). (Bəqərə surəsi, 163)