Cahil cəmiyyətlərdə evdar qadınların imtina edə bilmədikləri ən böyük vərdişlərdən biri də öz aralarında "gün" adını verdikləri, yalnız qadınların bir yerə yığışdıqları yemək verilən yığıncaqlardır. Əlbəttə ki, bir insanın sevdiyi dostlarıyla, yoldaşlarıyla bir yerə yığışması, bu kəslərin bir-birlərinə hörmət etmələri gözəl bir nemətdir. Ancaq bu yığıncaqların sevgi və hörmətin ifadə ediləcəyi, dostluqların möhkəmlənəcəyi, Allahın adının xatırlanacağı gözəl əxlaqa əsaslanan fəaliyyətlər olması olduqca əhəmiyyətlidir. Ancaq cahil cəmiyyətdə adətən bu yığıncaqlar tam əksinə bir əxlaqın yaşandığı mühitlər olur. Adətən belə bir yığıncaqda cahil əxlaqdakı qadınların bişirdikləri keks haqqında aldıqları bir tərif onların xoşbəxt olması üçün kifayət etdiyi halda, yenə eyni şəkildə ərləri izn vermədiyi üçün bu yığıncaqlardan birində iştirak edə bilməmək də bəlkə həftələrlə davam edən bir narahatlıq və bədbəxtliyə səbəb olar. Bu, bəhsi keçən mövzuda insanların nə qədər məhdud və kiçik bir dünyada yaşadıqlarını görmək baxımından diqqət çəkicidir. Çünki bu cür yığıncaqlarda danışılanlar, edilənlər adətən bu kəslərin axirətlərinə bir fayda təmin etməkdən uzaqdır. Bu cür yığıncaqlar çox vaxt bu insanları dünyaya bağlamaq istiqamətlidir. Axirəti, hər şeyin yaradıcısı olan Allahın ucalığını, Quranda əmr edilən gözəl əxlaqı yaşamağı xatırlatmaq əvəzinə boş mövzular müzakirə olunar, lazımsız hadisələr tənqid olunar. Bu kimi kəslər bir-birlərinin Qurana görə gözəl cəhətlərinə əhəmiyyət verməz, əksinə bir-birlərini daima dünyəvi və səmimiyyətdən uzaq şəkildə tərifləyərlər və bu təriflər çox vaxt həqiqi düşüncələrini əks etdirməz. Qarşılarındakı insanları Quran əxlaqını nə dərəcədə yaşadıqları baxımından qiymətləndirməz.
Dedi-qodu etmək, televiziyalarda verilən romantik serialların ən axırında baş verənlər ya da keks-tort reseptləri bu yığıncaqlarda danışılan ən mühüm mövzulardır. Halbuki eyni yığıncaq, eyni mühit Allahdan qorxan və axirətə hazırlıq görən insanlar üçün yaradılmış olsa, şübhəsiz ki, burada edilən söhbətlərdən kəslərin həm özlərini inkişaf etdirməsi, həm də başqalarına xeyir verə biləcəkləri çox gözəl nəticələr çıxar. Çünki Quranda möminlərin boş sözlərdən və boş işlərdən üz çevirmələri və hər anlarını faydalı işlərlə, faydalı düşüncələrlə keçirmələri əmr edilmişdir. Ayələrdə bu mövzu belə bildirilir:
Onlar, tamamilə boş şeylərdən üz çevirənlərdir. (Muminun surəsi, 3)
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.. (Furqan surəsi, 72)
Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər. (Qəsəs surəsi, 55)