ADNAN OKTARIN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ (2 DEKABR 2011, 20:00)
"Allah aranızdan camaatı çəkindirənləri"-yəni müsəlmanlara mane olanlar "aman getmə, başqa yerə getmə" deyənləri-"və öz qardaşlarına: “Bizə qoşulun!”"deyənləri bilir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə bir müsəlman olardı, onu döndərirdilər. Müsəlmanların yanına buraxmırdılar. "Sən bir dur"-deyirlər. Digər qardaşlarına da "bizə qoşulun" deyirlər. "Yanımıza gəlin. Onların yanından ayrılın. Bizə qoşulun"-deyirlər. Onlardan əlbəttə ki, şəxsiyyətsiz, vicdansız, Allahsız, kitabsız olanlar da bunları dinləyirlər. Çünki onlara bu, cazibədar gəlir. "Onlardan, azı xaric cihada qoşulmazlar"-deyir Allah. "Kefinə, zövqünə uyğun yaşamaq istəyərlər, mənfəətinə uyğun yaşamaq istəyərlər" deyir Allah. Əhzab surəsi, 18-ci ayədə.
"Çünki sizə qarşı xəsislik edirlər." Yəni "sizlərə heç bir şeyini vermək istəməzlər"-deyir Allah. Əhzab surəsi, 19-cu ayədə. Eqoist, yəni öz mənfəətlərinin arxasınca gedərlər. Heç bir şey vermək istəməz, öz maraqlarını düşünərlər. Özlərinin zəngin olmasını, özlərinin yaxşı olmasını, özlərinin rahat yaşamasını istəyərlər. "Onlara qorxu gəldikdə,"-yəni çətin vəziyyətə düşsələr-"ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən." Baxışları pozular, dəli kimi, axmaqca, cahil bir baxışla baxarlar. "Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancarlar." Mala və dünyaya ehtiras göstərərək, bu səfər dilləri bir anda azğınlaşar, kəskinləşər və müsəlmanlara kəskin dilləri ilə hücum etməyə başlayarlar, oyunla təhqir edərlər, böhtan atarlar. "Onlar iman gətirməmişlər, beləcə Allah onların əməllərini puça çıxartmışdır."Amma mütləq boşa çıxır. Bunlar münafiq olaraq yaradıldığı üçün məğlub olaraq da yaradılır. Etdikləri boşa çıxır. "Bu Allah üçün çox asandır"-deyir Allah.