Mülayim qurşaqdakı ərazilərdə kəpənəklərin qidalandıqları çiçəkli sahələr azdır. Bu səbəbdən kəpənəklər yaxşı qidalanacaqları ərazilərə köç edirlər. Düz xətt üzrə uçaraq çiçək tarlasına çatanda dayanıb sanki orada uzun müddətdir yaşayırmış kimi davranmağa başlayırlar. Çiçəklərlə qidalanır, cütləşir və dişilər yumurtalarını buraya qoyurlar. Lakin bu tarladakı həyat tərzi də qısa çəkir, bir neçə dəqiqə və ya bir neçə gün ərzində kəpənəklər tarlanı tərk edirlər.
Kəpənəklər günün ən isti vaxtında və ancaq günəş parladıqda köç edirlər. Günəşin ən parlaq olduğu zaman üfüqü xətt üzrə aralarında bucaq təyin edirlər. Günəşin bucağı dəyişdikcə üfüqü xətt üzrə aralarındakı bucağı qoruyurlar. Beləcə, bu bucaq sabit qalır və coğrafi istiqamətləri saatda təxminən 15 dərəcə dəyişir. Tropik qurşaqdakı kəpənəklər mülayim qurşaqdakı növlərdən fərqli olaraq gün ərzində köç istiqamətlərini dəyişmirlər.
Səhər vaxtı şərqə uçan kəpənək gecəyə yaxın hələ də şərqə uçur. Səfərinə başlayarkən günəşə görə istiqamətini təyin edir, sonra günəşin yerini dəyişməsinə baxmayaraq, mövqeyini qoruyur. Bunun üçün kəpənək günəşin yer dəyişdirdiyini, yer dəyişikliyinə görə mövqeyini dəyişdirsə, səhv yerə gedəcəyini, özü üçün doğru və yanlış yerin hara olduğunu, doğru yerin hansı istiqamət olduğunu bilməlidir. Kəpənək köçündəki hər bir fərd bu məlumatlara sahibidir. Əslində, bu məlumatlara sahib olmaq da kifayət deyil. Hər kəpənək bunları bilib, yeri dəyərləndirməli və qərar verməlidir. Bunları kiçik kəpənəyin mühakimə qabiliyyəti ilə əlaqələndirmək, əlbəttə ki, məntiqli fikir deyil. Bu canlılara həyatlarını davam etdirmələri üçün lazımi xüsusiyyətləri təmin edən Allahdır.
Düşünün ki, ən dayanıqlı kompaslar belə həm elektromaqnit, həm də zamanın aşındırıcı təsirindən bir müddət sonra həssaslıqlarını itirirlər. Halbuki bu kiçik canlılar üçün olduqca əhəmiyyətli olan istiqamət tapma qabiliyyətləri heç bir xarici təsirlə xarab olmur, onları yarı yolda qoymur. Allah yaratdığı hər varlığı qüsursuz şəkildə yaratmışdır. Allah canlıların yaradılışı haqqında bir ayədə belə buyurur:
“Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Nur surəsi, 45)
Rəbbimizin sonsuz ağlı və yaradışındakı mükəmməllik kəpənəklərdə də özünü göstərir. Allah bu qədər möhtəşəm yaradılış dəlillərini görməyib inkar edənlər haqqında keçmişdəki inkarçıları nümunə verərək belə buyurur: