2008-ci ildə yaranan və dünyanın bir çox ölkəsini cənginə alan iqtisadi böhranın ən çox təsir etdiyi yerlərdən biri olan Avropada bundan xilas olmağın asan olmayacağı mütəxəssislər tərəfindən tez-tez gündəmə gətirilmişdi. Ötən həftələrdə beynəlxalq təşkilatlar tərəfindən ard-arda açıqlanan hesabatlar mütəxəssislərin bu ehtimalını təsdiqləyir. Böhranın Avropada sonlandırılmadığı barədəki iddia hesabatların ortaq nöqtəsidir. Bu iddianı irəli sürənlərdən biri də keçən ilin bu vaxtlarında “avro zonasındakı böhran hələ ki sonlandırılmayıb” başlığı ilə yayımlanan hesabatından düz bir il sonra eyni başlıqlı yeni bir hesabat təqdim edən beynəlxalq kredit dərəcələndirmə təşkilatı S&P-dir. Təşkilata görə Avropada böhranın ən pis dövrü bitsə də, hələ ki kökü kəsilməyib, yenidən qığılcımlanır.
Ağır zərbə alan və çökmək təhlükəsi ilə qarşı-qarşıya qalan iqtisadiyyatla yanaşı, Avropada narahatlıq doğuran ikinci bir hal yoxsullaşan vətəndaşların vəziyyətidir. Avropalılar xoşbəxt deyil. Son illərin ən qlobal problemi getdikcə gücləndirilən iqtisadi tədbirlərə və siyasətlərə qarşı xalqın artan reaksiyası və işsizliyə görə milyonlarla insanın gerçəkləşdirdiyi küçə nümayişləridir. İttifaqın daxilində yaşayanların 24/100-dən başqa yerdə, qalan 120 milyon insan yoxsulluq təhlükəsindədir. Ağır borc böhranına görə işdən çıxarılan, ya da maaşları azaldılan xalq götürdükləri kreditləri ödəyə bilməyəcək vəziyyətə düşdülər. Böhrandan təsirlənən Yunanıstanda çox sayda insan evlərini itirməkdən qorxur. İtaliyada, İspaniyada, Portuqaliyada ödənilməyən kreditin miqdarı yüz milyonlarla avroya çatır. Kredit böhranı orta təbəqənin hər nümayəndəsinə təsir edir. Digər tərəfdən, Yunanıstan, Portuqaliya və İspaniya başda olmaqla, bir çox ölkədə işsizlik probleminə hələ də həll yolu tapılmayıb. İspaniyada ev kreditini ödəməyib intihar edənlərin sayında artım müşahidə olunur. İttifaqın ən güclü ölkəsi Almaniyada isə bir il ərzində iqtisadiyyatın daha da pisləşəcəyi gözlənilir. Aparılan ictimai tədqiqatlar nəticəsində hər üç almandan biri ölkədə hər an bir böhran vəziyyətinin yaranacağına inanır. Qısası, birliyin önündə həll edilməli olan böyük bir problem var.
Bəs Avropa İttifaqı necə bu vəziyyətə gəldi? İttifaqın tarixinə azca nəzər salaraq problemin əsl mənbəyini araşdıraq. Birləşmiş bir Avropa düşüncəsi illərdir bir-biri ilə münaqişə edən və minlərlə itki verən avropalılar üçün bir vaxtlar sadəcə xəyaldan ibarət idi. 50-ci illərin əvvəllərində bəzi avropalı lider ve mütəfəkkirlər bu xəyalı gerçəkləşdirmək istədilər. Onlar sülh üçün ümumi bazar yaratmalı idilər. Əvvəlcə Avropa Polad və Kömür Birliyi quruldu. Bu müddət Avropa İqtisadi Cəmiyyəti, Avropa Atom Enerjisi Cəmiyyəti, Avropa Cəmiyyətləri, Gömrük İttifaqı və nəhayət Avropa İttifaqının qurulması ilə davam etdi. Qloballaşmadan sonra dünyada sadəcə iqtisadi bir qüvvənin kifayət etmədiyini anlayıb, siyasi mənada bütünləşməyə qərar verildi. Birlik cənuba tərəf genişləndi, nümayəndələrinin sayı artı. 2002-ci ildə ortaq pul vahidi kimi avrodan istifadə edilməyə başlanıldıqdan sonra ittifaqa üzv olan dövlət sayı artmağa başladı və sonda Xorvatiya da üzv olduqdan sonra nümayəndə sayı 28-ə çatdı.
Avropa Polad və Kömür birliyini qurduqdan sonra sülh yaratmaq üçün vasitə kömür və polad idi. Bunun səbəbi tarix boyu bir-biri ilə müharibə aparan Fransa və Almaniyanın kömür və polad sənayelərini birləşdirmək, beləcə bu xam maddələrdən yaranan uyğunsuzluğun qarşısını almaq və iki ölkənin yeni müharibəyə başlamasına mane olmaqdır. Lakin ortada bir həqiqət də var ki, o da binanın təməlinin əvvəlcədən yanlış atılmasıdır. Çünki sülh yaratmaq üçün tək vasitə sevgi olmalı idi. Sevgi, dostluq və qardaşlıq bütün dünyada olduğu kimi o illərdə Avropanın da ən böyük ehtiyaclarından biri idi və hələ də elədir. Mütəxəssislər son vaxtlarda Avropa İttifaqında yaşanılan problemləri əsasən iqtisadi cəhətdən qiymətləndirsə də, problemin kökü sevgi birliyi, qardaşlıq birliyi, iqtisadiyyat təməlli siyasi birlik olmaqdır. Halbuki birlik dostluq, qardaşlıq, paylaşmaq, bərəkət, rahatlıq deməkdir. Bir yerdə birlik varsa, o yerdə sevgi, rahatlıq və bərəkət də var. Birliyin əsas vasitəsi olan sevgi bağlılıq, anlayış, sadəlik, hamıya eyni münasibət göstərmək deməkdir. Materialist bir anlayış və maddi mənfəətlər üzərində qurulan sevgisiz, mərhəmətsiz bir sistemdə insanların bədbəxt olduğu, buna görə də köməkləşmənin, həmrəyliyin aradan qalxdığı və təhlükəli vəziyyətin yarandığı məlumdur. Belə bir yerdə birlikdən, nizam-intizamdan danışmaq olmaz. Avropa da sevgi və dostluğa əsaslanan bir birlik qursaydı, iqtisadi cəhətdən geridə qalan ölkələri zəif bir qanad kimi yox, xilas edilməyə ehtiyacı olan qardaş kimi görərdi. Birliyin nümayəndələri hər vəziyyətdə sevgi ilə, coşğu ilə bir-birlərinə birləşsəydilər, heç şübhəsiz, belə birlik heç bir zaman zəifləməz, gücünü itirməzdi. Ancaq o vaxt qan itirməz, həm maddi, həm mənəvi cəhətdən çökməz, əksinə daim qüvvətlənərdi. Avropa İttifaqının bu gün məruz qaldığı sıxıntılardan xilas olmasının yolu tezliklə bu anlayışı hədəf alması, mənfəətləri üçün birləşmək yerinə, sevgi, dostluq birliyi qurmaq üçün səmimi cəhd etməsidir.
Adnan Oktarın Blitz & MBC Timesdə nəşr olunan məqaləsi:
http://www.mbctimes.com/english/eurozone-crisis-is-the-european-financial-crisis-finally-over
http://www.weeklyblitz.net/2014/12/european-union-paying-price-economic-nature-else/