Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi 31 iyul 1959-cu ildə Avropa İqtisadi Birliyinə (AİB) göndərdiyi rəsmi əməkdaşlıq müraciəti ilə başladı. Daha sonra bu məsələ 12 sentyabr 1963-cü ildə Ankarada müvəqqəti əməkdaşlıq müqaviləsinin imzalanması, Türkiyənin 1 yanvar 1996-cı ildə Gömrük İttifaqına qoşulması və 11 dekabr 1999-cu ildə Helsinki Zirvəsində namizədliyinin rəsmi olaraq təsdiqlənməsi ilə davam etdi.
Bu proses müxtəlif mərhələlərdən keçsə də, bu günə qədər heç bir nəticə əldə edilməmişdir. Belə bir vəziyyətə nadir hallarda rast gəlmək mümkündür. İlk müraciət etdiyi vaxtdan təqribən 60 ildir ittifaqa tam üzv olmaq üçün gözləyən Türkiyə rəsmi namizəd olduqdan sonra Avropa İttifaqı tərəfindən ən çox gecikdirilən ölkədir.
Türkiyənin Avropa İttifaqına daxil olmasına bir çox maneələr yarandı. Əslində, hər iki tərəf də bu problemlərin mənbəyidir. Lakin Türkiyə 2006-cı ildə ciddi dəyişikliklər həyata keçirərək öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirdi. Buna baxmayaraq, Avropa İttifaqının yaratdığı problemlərin ardı-arası kəsilmədi. Hətta ittifaqa üzv olan bəzi ölkələrin son illər Türkiyəyə qarşı çıxması münasibətlərin daha da pisləşməsinə gətirib çıxardı. Münasibətləri bu cür arzuolunmaz həddə çatdıran bəzi məqamları aşağıdakı kimi qeyd edə bilərik:
- Xüsusən son bir neçə ildir Avropa İttifaqı, eləcə də ittifaqa üzv olan bəzi ölkələr Türkiyənin daxili işlərinə və qanuni dövlət siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Hökümətlərə və liderlərə davamlı təhdid dolu mesajlar göndərilir. Bu təhdid və ittihamlar isə, əslində, türk xalqının hüquq və azadlıqlarını hədəfə alır...
- 2013-cü ilin may ayında baş verən Gəzi Parkı hadisələrində anarxist qruplar və terror təşkilatları zor gücü ilə Türkiyənin sabitliyini pozmağa cəhd göstərmiş, Avropa İttifaqı isə bu cəhdə gizli və açıq şəkildə dəstək vermişdi. Üstəlik, kommunistlərin və PKK terroristlərinin də daxil olduğu bu silahlı iğtişaşın “demokratik etiraz aksiyası”, “küçə nümayişləri”, “sərbəst toplaşmaq azadlığı” adı ilə qanuniləşdirilməsi üçün bir çox cəhdlər edildi. Terrorist və qiyamçılara müdaxilə edən təhlükəsizlik əməkdaşları isə insan hüquqlarını pozan, faşist, qəddar kimi qələmə verildilər. Avropa İttifaqına üzv olan bəzi kəşfiyyat orqanları da iğtişaşın təxribat və təşkilində bilavasitə rol oynamışdı...
- Avropa İttifaqı və bu ittifaqa üzv olan bəzi ölkələr 15 iyul 2016-cı ildə müvəffəqiyyətsizliklə nəticələnən dövlət çevrilişinə çox laqeyd yanaşdılar.
- Avropa İttifaqına üzv olan bəzi ölkələr illərdir Türkiyəni təhdid edən PKK, PYD, FETÖ, DHKP-C kimi qanlı terror təşkilatlarına pul, silah-sursat, məxfi məlumatlar və canlı qüvvə ilə yardım etmişlər. Bu fakt dəfələrlə aşkar edilmişdir.Avropa mətbuatındanolan bəzi nümayəndələrbu təşkilatların təbliğatını da aparmışlar. Bu terror təşkilatlarına qarşı aparılan qanuni hərbi əməliyyatlar, istintaqlar, eləcə də məhkəmə və icra prosesləriisə insan hüquqlarının pozulması kimi göstərilmişdir...
- Avropa İttifaqıTürkiyəyə məcburi köçkünləri saxlamaqmüqabilində viza rejiminin ləğv ediləcəyini vəd etdi, lakinbuna əməl etmədi. Beləliklə, illərdir məcburi köçkünlərə sığınacaq verərək 10 milyard dollardan çox maddi yardımı insanlıq borcukimi öhdəsinə götürməkdən çəkinməyən Türkiyəyə heç bir əsaslı yardım edilmədi...
- Konstitusiya dəyişiklikliyibarədə 16 aprel 2017-ci ildə keçirilən referendumzamanı “bəli” seçimini edənlərin əleyhinə Avropada mətbuat vəsiyasət kimi hər cür vasitə ilə təhdid və qaralama kampaniyaları aparılırdı...
- ATƏT-in referendumla bağlı hesabatından sonra Avropa Şurası Parlament Assambleyası 13 ildən sonra Türkiyəni yenidən siyasi nəzarət altına almaq barədə qərar qəbul etdi. Bitərəf və qərəzsiz olduğu iddia edilən ATƏT nümayəndələrini bir-bir araşdırdıqda isə hər birinin tərəfkeşlik etdikləri aşkar edildi. Andrey Hunko (Almaniya), Lorena Lz de Lakal (İspaniya), Zərifə Yatkın (Avstraliya) kimi ən az on nümayəndə PKK terror təşkilatının tərəfdarı olmuş və referendum zamanı aktiv olaraq “xeyr” kampaniyasına qoşulmuşlar.
Aydındır ki, Avropa İttifaqının göstərdiyi bu xoşagəlməz münasibət iki tərəf arasındakı əlaqələrə mənfi təsir edir. Hətta ittifaqın səlahiyyətli nümayəndələri əvvəlki illərlə müqayisədə daha açıq danışmağa başlayıblar. May ayının əvvəlində “Reuters”də yayımlanan “Yüksək səlahiyyətli nümayəndələr Türkiyənin Avropa İttifaqı arzusunun hələ ki sona çatdığını bildirirlər” başlıqlı xəbərdə Avropa Komissiyasının üzvü İoqan Hanın belə demişdir:
“Hər kəsə məlumdur ki, Türkiyə Avropanın perspektivindən uzaqlaşıb... Əlaqələrimizin əsasını başqa bir şey təşkil etməlidir... Gələcəkdə nə ediləcəyinə, başqa cür əməkdaşlığın qurulub-qurulmayacağına baxmalıyıq”.
Hər ötən gün Avropa İttifaqının gündəmində buna bənzər açıqlamaların sayı daha da artır.
Bütün bunlar belə düşünməyə əsas verir ki, Avropa İttifaqı Türkiyəni əvvəldən ittifaqa qəbul etmək istəməyib. İllərlə müxtəlif bəhanələr və xüsusi üsullarla bu prosesin gecikdirilməsində məqsəd Türkiyənin tam uzaqlaşdırılmadan ittifaqdan kənarda saxlanılmasıdır. İqtisadi və strateji səbəblər bu günə qədər Avropa İttifaqının üzvlük məsələsində Türkiyənin qəti qərar bildirməsinə ən böyük maneələrdir. Lakin Türkiyə bu hesabların fərqində olaraq prosesi öz xeyrinə istifadə etdi, tam üzv olmaq üçün göstərdiyi qətiyyətli cəhdindən əl çəkmədi.
Səlahiyyətli şəxslərin çıxışlarından aydın olur ki, Avropa İttifaqı bu gecikdirmə prosesindən sonra özünə bəraət qazandırmaq üçün “ittifaq Türkiyəni kənarlaşdırmadı, Türkiyə öz istəyi ilə uzaqlaşdı” kimi yeni fikirlər irəli sürəcək.
Avropa İttifaqına qoşulmasa da, illərdir davam edən proseslər bir çox mühüm məsələlərdə özünü inkişaf etdirməsi üçün Türkiyəyə ilham mənbəyi oldu. Məsələn, demokratiya, insan hüquqları, fikir azadlığı, müasirlik, iqtisadi və mədəni inkişaf və s. Əlbəttə ki, bu da demokratik müsəlman ölkəsi olan Türkiyənin lehinədir. Avropa İttifaqının siyasəti həmçinin onu da göstərdi ki, Türkiyə qonşu İran və Rusiya kimi dost ölkələrlə daha yaxın və mehriban münasibətlət saxlamalıdır.
Avropa İttifaqına üzv olan bəzi ölkələrin yoxsullaşaraq iqtisadi böhranlarla mübarizə aparması, onların maddi yükü, həmçinin getdikcə güclənən ifrat sağ, milliyyətçi cərəyanlar bu ittifaq üçün təhdid ünsürüdür. Bu isə Avropa İttifaqının öz mövcudluğunu qoruyub saxlamasında çətinlik yaradır. Əlbəttə ki, bu ittifaq dəyərlidir və mütləq qorunmalıdır. Bu mühüm ittifaqın dağılması heç kəsin lehinə deyil və heç kəs də buna razı olmaz. Lakin o da aydındır ki, Avropa İttifaqı öz varlığının qorunmasını da, Türkiyə ilə olan münasibətlərini də özü müəyyən edəcəkdir.
Adnan Oktarın “Kashmir Reader”də yayımlanan məqaləsi:
http://kashmirreader.com/2017/05/27/will-turkeys-journey-join-eu-end/