İsra surəsi, 104 (İsrail millətinin o bölgədə yaşaması Qurana uyğundur)
ucgen

İsra surəsi, 104 (İsrail millətinin o bölgədə yaşaması Qurana uyğundur)

1955

Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (24 noyabr 2011, 10:30)

Adnan Oktar: İsra surəsinin 104-cü ayəsində, şeytandan Allaha sığınıram; "və onun ardından İsrailoğullarına söylədik" deyir Allah, "o torpaqda (yurdda) oturun, axirət vədi gəlib çatdıqda hamınızı toplayacağıq", yəni İsrail millətinin o bölgədə yaşaması Qurana görə zəruridir, normal və Allahın taledə yazdığı bir hadisədir. Lakin İsrailin orada olmasının məqsədi, təkcə İsrailin orada rahat-rahat yeyib içərək, rahat yaşaması deyil. Allah İsrailin dindar olmasını istəyir, imanlı olmasını istəyir və bu xüsus çox əhəmiyyətlidir; Kral Məsihə-Moşiyaha tabe olmalarını istəyir. Moşiyaha tabe olduqları zaman, Şiloha, yəni Kral Məsihə tabe olduqları zaman, Allah o bölgəyə hüzur, bərəkət və bolluq verəcəyini söyləyir. Əks halda; intiqam alacağını, böyük əzablar və böyük iztirablar verəcəyini söyləyir. Yəni İsrail darvinist-materialist olaraq bölgədə yaşamağa çalışsa, Allah rahatlıq verməyəcəyəm deyir Tövratda. Çox böyük əzab verəcəyindən uzun-uzadı danışmışdır. Yəni çox böyük fəlakətlər verəcəyindən uzun-uzadı danışmışdır və Allah: "Qəlblərinizə kəskin qorxu salacağam və intiqamım heyrətamiz olacaq" deyir. Lakin Kral Məsihə tabe olsalar, Moşiyaha tabe olsalar, dindar olsalar, bölgədə bərəkət, bolluq və hüzur içindı yaşayacaqlarını söyləyir Allah. Bu xüsusun çox ciddi şəkildə İsraildəki bütün insanlara, dövlət rəsmilərinə, hər kəsə çatdırılmalı olduğu aydındır. Yəni əks təqdirdə, Allah Tövratın hökmünü gerçəkləşdirəcəyini söyləyir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo