Bir çox ölkədə müsəlmanların varlığına qarşı reaksiyalar artır, hər gün yeni tədbirlər alınır. İslamofobiya termini ilə bütün dünyada İslama qarşı yönəldilən qorxu sanki normal düşüncə kimi əks etdirilir. Müsəlmanlara qarşı olan nifrət və düşmənçilik adi hala gətirilir. İslamofobiya düşüncəsini aradan qaldırmağın yolu ilk öncə «fanatizmlə əsl İslamın» fərqini izah etməkdir. Bu isə iki tərəfli cəhalətin aradan qaldırılması ilə mümkün olacaq.
Savadsızlıq, dünyagörüşünün azlığı və bunun nəticəsi olan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini təhdid edən ümumi problemdir. Bir tərəfdə xalqının az qala üçdə ikisi oxuma-yazma belə bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünməsinə baxmayaraq, bir çox həlledici mövzuda tamamilə yanlış və əsassız məlumatlarla beyni doldurulmuş,ya da çox mühüm həqiqətlərdən xəbərsiz Qərb cəmiyyəti ...
Cəhalət az inkişaf etmiş üçüncü dünya ölkələri, Yaxın Şərq və İslam ölkələrinin xalqları ilə birləşdirilmək istənilən anlayış olsa da, bir az yaxından araşdırdıqda əslində bunun Qərb cəmiyyətlərində də çox yayılmış xəstəlik olduğu məlum olur. Çünki bilgi sahibi olmaq yalnız oxuma-yazma bilmək, ən yaxşı universitetləri bitirmək, müəyyən sahələrdə mütəxəssis olmaq demək deyil. İnsanın öz həyatını, varlıq məqsədini, ətrafında baş verən hadisələri və bu hadisələrin ardındakı hikmətləri anlamasını təmin edəcək məlumatlardan məhrum olması, üstəlik ən həyati mövzularda qulaqdan dolma, yanlış məlumatlara sahib olması əslində cəhalətin ən inkişaf etmiş dərəcəsidir.
Cəhalət anlayışının ən qeyri-adinümunələrindən biri Qərb cəmiyyətlərində din halına gəlmiş darvinizmdir
Darvinizm və onu əsas alan materialist düşüncə qərb cəmiyyətlərini bir əsrdən çoxdur ki, Allah'ın varlığı və yaradılış kimi ən həyati həqiqətlərdən uzaq salır.
Bu gün darvinizm və materializmi elmi gerçək hesab edib kor-koranə bu uydurmalara inanmaqintellektuallıq olaraq göstərilməyə çalışılsa da, əslində cəhalət nümunəsidir.
Çünki əldəki yüz milyonlarla fosilin canlıların yer üzündə ilk ortaya çıxdıqları andan dövrümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan gəldiklərini, bunun da təkamül deyə xəyali bir prosesin heç vaxt yaşanmadığını ortaya qoyduğundan xəbərsizdirlər.
Ancaq bu gün mədəniyyətin beşiyi hesab edilən Qərb dünyası bütün təhsil sistemini, elm anlayışını və dünyagörüşünü«darvinizm»adlıelm adı altında saxtakarlığa, başqasözlə, qatı cəhalətə söykəyir.
Qərb cəmiyyətlərinə istiqamət verən böyük cəhalət: "islamofobiya"
Qərb cəmiyyətlərində darvinizm mövzusunda olduğu kimi, İslamla bağlı da böyük cəhalət hökm sürür. Qulaqdan dolma xurafatlarla və əsassız fikirlərlə əslində sülh, sevgi, birlik və qardaşlıq dini olan İslamı əksinə olaraq (İslamı tənzih edirik) terror və vəhşiliyin mənbəyi, qan tökən, qorxu dini olaraq qəbul edirlər. Bu böyük cəhalət küçədəki insandan dövlətin ən yuxarı təbəqələrinəqədər hakimdir. İslam ölkələri və müsəlmanlar əleyhinə alınan qərarların,yürüdülən dövlət siyasətinin əsasında cəhalət,yanlış anlayış hökm sürürvə bu da böyük kütlələr tərəfindən dəstəklənir.
Qərb cəmiyyətinin bir hissəsi hər gün müəyyən mərkəzlərdən yayımlanan təlkin və propaqandalar, din adı altında irəli sürülən yanlış model və mənfi nümunələrdən yola çıxaraq İslam haqqında önmühakimə yaratmışdır. Ancaq onların ən önəmli xətası İslamı düzgün tanıya biləcəkləri tək mənbə olan Quranı oxumamalarıdır.
İslamofobiyanın əsl mənbəyi cəhalətə əsaslanan xurafat din anlayışıdır
Qurana əsaslanan əsl İslamın islamofobiyanın səbəbi olmadığı açıqdır. Ancaq bir çox İslam ölkəsində İslam adına ortaya çıxan, Qurana uyğun olmayan model və bu modeli müsəlmanlıq adı altında yaşayan insanların həyat tərzi haqqında bunu demək mümkün deyil.
Bu ölkələrdəqatı cəhalətə əsaslanan xurafat, mövhumat, adət-ənənələrlə yoğrulmuş yanlış din anlayışı hakimdir. Bunun nəticəsində isə hər cür vəhşilik, şiddət, elm, sənət, müasirlik və mədəniyyətdən uzaq, qadınlara ikinci sinif vətəndaş kimi davranan bir cəmiyyət və həyat tərzi ortaya çıxır. Müsəlman cəmiyyətlərin böyük hissəsi atadan oğula keçən və dövlət tərəfindən də rəsmi olaraq təqdim edilən atalarından qalma bu din anlayışını İslam olaraq mənimsəyib. Halbuki bütün müsəlmanların dinin əslini və özünü araşdıraraq, əsl mənbəyi olan Quranı oxuyaraq öyrənmələri lazımdır ki, dinləri haqqındakı cəhalətdən xilas olsunlar.
İslam adına ortaya çıxan və Qurana zidd olan bu din anlayışını görən Qərb cəmiyyəti də bu mənzərəyə qarşı qeydsiz-şərtsizəks reaksiya və müdafiə mexanizmini işə salır ki, bunun da adı islamofobiyadır.
Göründüyü kimi, nəticələri dünya səviyyəsində olan, illərdir qan, şiddət, ölüm, acı və gözyaşından ibarət islamofobiyanın ortaya çıxmasında hər iki tərəfin də rolu var.
İstər müsəlmanlar,istərsə də Qərb cəmiyyəti İslamın əslini Qurandan öyrənməyib xurafatlarda israr etdikləri üçün iki tərəfin də acılarının, qorxularının, narahatlıqlarının sona çatması çox çətin görünür.
Bəzi İslam ölkələrindəki cəhalətin ürküdücü tərəfləri
Bəzi İslam ölkələrindəki cəhalətin səviyyəsinin anlaşılması baxımından statistikalar çox önəmlidir:
Oxuma-yazma bilməyənlərin nisbəti:
Əfqanıstan | > | Qadın: | % 97.6 |
| > | Kişi: | % 77.3 |
Yəmən | > | Qadın: | % 91.8 |
| > | Kişi: | % 57.4 |
Pakistan | > | Qadın: | % 89.2 |
| > | Kişi: | % 68.3 |
Banqladeş | > | Qadın: | % 86.6 |
| > | Kişi: | % 62.5 |
Mərakeş | > | Qadın: | % 79.7 |
| > | Kişi: | % 52.9 |
Digər bir çox İslam ölkəsini də əhatə edən bu qara siyahı artaraq davam edir. Burada problem təhsilin və ya dünyagörüşünün olmaması deyil, oxuma-yazma belə bilməmə dərəcəsindəki acınacaqlı vəziyyətdir. Burada qadın savadsızlığı isə daha çox diqqət cəlb edir. Bu cəhalət əlbəttə ki, cəmiyyətlərin ümumi dünyagörüşünü də müəyyən edir. Məsələn, İslam aləmində bir ildə çap edilən kitab sayı təkcə Yunanıstanda çap edilən kitab sayının yarısıdır.
İslamofobiyabütün dünyada daha da artsa, İslam aləmi və müsəlmanların aqibətininnecə olacağınıheç kim düşünmür. Halbuki ABŞ və Avropa ilə yanaşı bütün Afrika və Asiyada İslam əleyhdarlığı hazırkı vəziyyətlə müqayisə edilməyəcək dərəcədə artsa, o zaman müsəlmanların bu cəmiyyətlərə həqiqəti göstərib inandırmaq imkanları daha da çətinləşəcək.
Türkiyənin fərqi və öncülüyü
İslam aləmini əhatə edən bu qaranlıq mənzərədə tək istisna ölkə Türkiyədir. Atatürk inqilabları nəticəsindəTürkiyə,demokratiya və dünyəvi dövlət sistemi çərçivəsində xurafatdan kənar, İslamı əslinə ən uyğun şəkildə yaşayan, Quran əxlaqını ən gözəl şəkildə cəmiyyətə və mədəni dəyərlərinə sirayət etdirmiş, sürətlə inkişaf edən bir ölkədir.
Sənaye və ticarətin inkişafı, iqtisadi yüksəliş və müasirlik baxımından İslam ölkələrinidəfələrlə qabaqlayaraq dünya nəhəngləri sırasına girmə yolundadır. Türkiyədə çap olunan kitab sayının bütün ərəb ölkələrində çap olunan kitab sayından 5 dəfə çox olduğunu nəzərə alsaq, dünyagörüşü baxımından üstünlüyü də göz önündədir.
Bütün bu gerçəklər Türkiyənin İslam dünyasındakı öncü rolunu bir daha ortaya qoyur. Bir-bir incələdikdə heç bir İslam ölkəsinin bu vəzifənin öhdəsindən gəlməyə namizəd belə olmadığı aydın olar. Təkcə zənginlik və təbii sərvətlər də bu vəzifə üçün kifayət deyil.
Ən zəngin İslam ölkəsi olan Səudiyyə Ərəbistanını götürsək, bu ölkənin İslam aləminə neftdən başqa verə biləcək nə sənəti, nə elmi, nə dünyagörüşü var. Böyük hissəsi xurafat vəcəhalətlə iç-içə olan, demokratiyadan uzaq, hər dövrdə ipləri qərbin əlində olan, Allah'ın verdiyi zənginlikləri müsəlmanlara deyil, qərb müstəmləkə güclərinin xəzinələrinə axıdan dövlət təəssuratı yaradır.
Müharibə əvəzinə sülh və təhsilə investisiya qoyulması Qərbin də mənfəətinə uyğundur
Əlbəttə ki, oxuma-yazma bilməyən sayı milyonlarla olan kütlələrin bildikləri də ancaq eşitdikləri olacaq. Məlumatların doğruluğunu və ya yanlışlığını yoxlamaq imkanları da yoxdur. Bu səbəbdən dünyadakı bütün müsəlman qardaşlarımızın yaxşı təhsil almaları və Quranı yaxşı bilmələri çox önəmlidir. Əks təqdirdə İslam adına ortaya atılan xurafatları Qurana və İslama aid etməyin nə qədər yanlış olduğu ortadadır.
Radikalizm və terrorizmlə mübarizəyə xərclənən pullar təhsilə yatırılsa, axan qan duracaq, bütün dünya daha mədəni və daha aydın fikirli cəmiyyətlərdən ibarət olacaq. Məsələn, təkcə son 10 ildə Pakistanda daxili və xarici terrora sərf edilən 60 milyard dollar belə tək başına dünyadakı cəhaləti aradan qaldırmağa kifayətdir.
Əgər Qərb dünyası yanlış anladığı və dolayısilə özünə təhlükə olaraq gördüyü İslam aləmini yox etmək üçün mübarizə aparmaqdansa, insanların əsl İslamı öyrənmələri üçün həm müsəlman ölkələrində, həm də öz dövlətlərində maarifləndirmə işi aparsa, Allah'ın izni ilə həm özünə, həm də bütün insanlığa faydalı olacaq. Beləliklə Quranda təsvir edilən İslamın zənn edildiyinin əksinə sevgi, sülh, hüzur, rifah, müstəqillik və xoşbəxtlik dini olduğu açıq şəkildə ortaya çıxacaq. Oxuma-yazma bilən müsəlmanlar radikalizmdən, xurafatlardan sıyrılaraq dinlərini Qurandan öyrənəcək, Qurana uyğun davranmağa başlayacaqlar. Qərb də İslamın əslini Qurandan tanıyacaq. Nəticədə islamofobiya sürətlə dünyadan silinəcək və dünyanı Qızıl Dövrün astanasına gətirən gözəl zəmin yaranacaq.
İslam dünyası dərhal hərəkətə keçməli, xurafatla əsl İslamı fərqləndirməli və islamofobiyanın səbəbinin xurafat olduğunu açıq şəkildə ortaya qoymalıdır. Müsəlman cəmiyyətlər dünyanı bu barədə məlumatlandırdıqca reaksiyanın İslama yox, xurafata qarşı olduğu məlum olacaq və islamofobiya düşüncəsi də tamamilə aradan qalxacaqdır. Beləliklə bütün dünya İslamın əsl gözəlliyini görəcək və hansı inancdan olursa-olsun, cəmiyyətlər qardaşlıq və sülh içində yaşaya biləcək dostluq mühiti əldə edəcəklər.
İslamofobiya qorxusu Avropada dalğa-dalğa yayılır
İslam dininə və müsəlmanlara qarşı önmühakimədən irəli gələn qorxunu ifadə edən islamofobiya anlayışı daha çox 11 sentyabr terror hadisələrindən sonra dünya gündəminə gəlsə də, kökləri səlib yürüşlərinə, hətta daha da əvvəllə müsəlmanların ilk dəfə yayılmaları dövrünə qədər gedib çıxır. Dövrümüzdə İslam, dünyanın hər tərəfinə yayılmışdır. 45 milyondan çox müsəlman Avropa əhalisinin 6%-ini təşkil edir. Hər il bir milyon müsəlman Avropaya köçür. Avropada müsəlmandoğulanlarınnisbəti müsəlman olmayanlara görə 3 dəfə çoxdur. 2050-ci ildə müsəlmanların Avropa əhalisinin 20%-ni təşkil edəcəyi təxmin edilir. Şübhə yoxdur ki, bunlar avropalıların islamofobiya düşüncəsinin son illərdə artaraq davam etməsinin əsas səbəblərindəndir.