Neftin əmələ gəlməsi
ucgen

Neftin əmələ gəlməsi

1086

«Xəlq edən və nizama salan, əzəldən müəyyən edən və yol göstərən, ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! O Rəbbin ki, yamyaşıl otlar çıxartdı. Sonra da onu quru, qara vəziyyətə döndərdi». (Əla surəsi, 1-5)

 
Məlum olduğu kimi, neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır. Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neftə və qaza dönür. Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur. Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlanaraq (qaz halına dönərək) geriyə qatran yığnağı buraxır.
 
«Əla» surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi paralellik içindədir. Xüsusilə «otlaq, düz, çəmənlik» mənalarına gələn «əlməra» ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur. Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl, qaraya çalan, əsmər, his rənglərini bildirmək üçün işlədilən «əhva» kəlməsidir. Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - «qusaən»lə - dəstəklənir. Bəzi Quran tərcümələrində «çör-çöp, süpürüntü» kimi məna verilən «qusaən» kəlməsi «sel suyunun otları, çöplərini bir-birinə qataraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot, çöp, yarpaq və köpük kimi qarışıqlıq» mənasına da gəlir. «Qusmaq» mənası verən bu söz bəzi mənbələrdə «sel qusmağı» kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir. Həmçinin neftin meydana gəlməsi, ortaya çıxması, köpüklü görünüşü, rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.
 
Buradan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi ilə çox oxşardır. Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prosesinin tərif edilməsi, şübhəsiz ki, Quranın Allah`ın vəhyi olmasının başqa bir dəlilidir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo