Türkiyənin Qafqazda öndərlik etdiyi Qafqaz Birliyinin təmin edilməsi layihəsi ilə əlaqədar bu xəbərlərdə diqqət çəkilən mövzulardan biri Türkiyənin bu mövzudakı müvəffəqiyyəti və Türkiyəyə qarşı sevgi və maraqdır. Hörmətli Adnan Oktar da açıqlamalarında Qafqaz Birliyinin Türk-İslam Birliyinin qurulmasının təməli olduğu söyləyir və Türkiyənin bu birliyin təbii lideri olduğunu açıqlayır.
Hatay TV, 7 sentyabr 2008
Adnan Oktar:Getdikcə Türkiyənin böyük qardaşlığı yayılmağa başladı, hamı qəbul edir. Məsələn, Gürcüstan, Ermənistan böyük qardaş kimi qəbul edir Türkiyəni, bu çox gözəldir. Yəni bölgə Türkiyəni sevir. Türk əsgərini çox sevirlər. Türk əsgərinə qarşı əcaib bir məhəbbət var dünyada. Çox mübarək bir ordu kimi tanınır. Məncə yollar sonuna qədər açıqdır, yəni Türk-İslam Birliyi mənim qənaətimə görə ən geci 10 il içində rahat meydana gələcək kimi görünür. Olacaq yəni, onu da söyləyim, inşAllah… Türkiyə cəfa əhlidir. Yəni Türkiyə zənginlik dərdində deyil, Türkiyə. Türkiyə xidməti, insanların xoşbəxtliyini, mehribanlığı, hüzur içində yaşamağı sevir. Bizim millətimiz elədir. Bizim qonaq otaqlarımıza heç kimgirməz. Qonaqlar yatıb-durar orada, ən gözəl yeməklər qonaqlara verilər, biz onunla xoşbəxt olan bir millətik. Yəni insanların xoşbəxtliyindən xoşbəxt olan bir millətik. Yəni bizdə eqoistlik yoxdur. Türkiyə dünyanı nizama salıb sülhü,qardaşlığı təmin edəndə onlar çox xoşbəxt olar. Bizim millətimizin hamısı çox xoşbəxt olar. Yəni biz iki dilim çörəklə doyan, bir parça pendirlə belə doyan, lakin hüzur axtaran, sevgi axtaran, dostluq axtaran, bir millətik biz. Biz elə pul-para ilə xoşbəxt olmuruq. Biz mənəviyyatla xoşbəxt oluruq, sevgi ilə xoşbəxt oluruq, inşAllah.
|