Radioaktiv sərhəd tanımır
ucgen

Radioaktiv sərhəd tanımır

1882

11 mart 2011-ci ildə Yaponiyada dünyanın ilk beş böyük zəlzələsindən biri baş verdi. Bu zəlzələ də digər bütün zəlzələlər kimi unudulub getdi. Ancaq zəlzələnin bu gün hələ də haqqında bəhs etdiyimiz bir təfərrüatı var: Fukuşima nüvə stansiyası qəzası

Zəlzələ zamanı Fukuşima nüvə stansiyasında təhlükəsizlik baxımından bağlı vəziyyətə gətirilməli olan hissələr bağlanmışdı. Belə ki, stansiya zəlzələ zamanı dərhal reaksiya verə biləcək səviyyədə qurulmuşdu. Hissələr bağlandıqdan sonra generatorlar işə düşəcək və nüvə stansiyaları üçün zəruri olan soyutma sistemi üçün lazımi elektrik təmin edilmiş olacaqdı. Ancaq təəssüf ki, hadisələr planlaşdırıldığı kimi olmadı. Zəlzələdən bir saat sonra meydana gələn sunami stansiyanın su ilə dolmasına səbəb oldu və soyutma işini başladacaq dizel generatorlar işə düşmədi.

Bir nüvə reaktoru işləməsə belə ərimədən və radioaktiv sızıntıdan qorumaq üçün onu daima soyutmaq lazımdır. Soyutma sistemlərindəki axsaqlıqlar yanğın meydana gətirir və radioaktif maddə sızıntısına səbəb olur. Fukuşimadakı qəzanın səbəbi də budur…

Təəssüf ki, Fukuşima nüvə stansiyalarındakı radiaktiv maddə sızıntısının qarşısı hələ də alına bilmir. Nüvə təhlükəsi başda Yaponiya olmaqla bütün dünyanı təhdid edir. Çünki radioaktiv sərhəd tanımır və yayılma davam edir.

Fəlakətin təsirlərinə bir neçə maddə ilə qısaca nəzər yetirək:

·        24 min il boyunca təhlükə yaymağa davam edəcək radioaktiv maddələr minlərlə ton su ilə dənizə axdı, torpağa və havaya qarışdı. 

·        TEPCO (Tokyo Electric Power Company) stansiyadan dənizə radioaktiv su sızdığını etiraf etdi. (300 ton radiasiyalı su Sakit okeana sızdı.)

·        Ətrafda yaşayan uşaqlarda tiroid xərçəngi nisbəti normadan 40 dəfə artdı.

·        Aparılan araşdırmalarda təkcə üç növ xərçəng tipinə rast gəlinməsi düşünülərkən, 120-dən çox uşaqlıq dövrü xərçəng tipi aşkar edildi.

·        375.000 gənc, təqribən 200.000 uşaq Fukuşima Tibb Universiteti tərəfindən test edildi. Bu insanların 48%-dən çoxunda xərçəng öncəsi anormallıqlara rast gəlindi. 1

·        Yeraltı sularda normadan 100 dəfə çox radioaktiv çirklənmə müəyyən edildi.

·        160.000 insan evinə bir daha geri qayıtmamaq şərti ilə bölgədən çıxarıldı.

·        Kyodo xəbər agentliyi radioaktiv maddə yayılan suyun saatda 100 milisievert radioaktiv maddə yaydığını, bu miqdarın da Yaponiyada nüvə stansiyasında işləyən bir işçinin bir ildə məruz qalacağı radiasiya həddini aşdığını bildirdi.

·        Balıqlarda qanunla müəyyən edilmiş normadan 2 min 500 dəfə çox radiasiya müəyyən edildi.2

Bu göstəricilər nüvə fəlakətinin miqyasını göstərmək baxımından əslində kifayətdir. Ancaq dünyadakı nüvə stansiyalarında meydana gələn qəzalar və nəticələri ilə bağlı göstəricilər incələndikdə insan həyatını və ətraf mühiti nə dərəcədə təhdid etdiyi daha yaxşı aydın olacaq.

Dünyadakı nüvə stansiyalarında meydana gələn ilk ciddi qəza Üç Mil Adasında (1979) baş vermişdir. Reaktor nüvəsinin əriməsinə səbəb olan hadisələr zənciri ilə qurğu bir daha açılmamaq üzrə bağlanmışdı. Qəzadan sonra ABŞ-da istehsal mərhələsində olan reaktorların sayı sürətlə azalmışdı. 1980-1984-cü illər arasında 51 amerikan nüvə reaktoru ləğv edilmişdi. Qlobal şəkildə nüvə enerji stansiyalarının sayının artması 1986-cı ildə daha da dağıdıcı olan Çernobıl (1986) faciəsi ilə durmuşdu. Çernobıl qəzası bütün dünyada nüvə enerjisi sektoru baxımından çevriliş nöqtəsi idi. Naqasaki və Xerosimaya atılan atom bombalarından 100 dəfə daha çox radiasiya havaya sızmışdı3 Təsirləri dövrümüzdə də davam edən bu faciə 1.000.000 insanın həyatını itirməsinə səbəb oldu.

Uzun müddət durğunluqdan sonra iqlim dəyişikliyi və enerji asılılığına dair narahatlıqlar səbəbindən bu sektor yenidən canlanırdı ki, Fukuşima faciəsi baş verdi. Bu, nüvə stansiyalarına sahib bir çox ölkədə böyük narahatlıq yaratdı. Almaniya fəlakətdən dərhal sonra verdiyi açıqlamada 2022-ci ilə qədər bütün nüvə stansiyalarını bağlayacağını və yenilənə bilən enerjiyə keçəcəyini elan etdi.

Vəziyyət bu şəkildə olduğu halda, Türkiyədə qızışan yeni nüvə stansiyalarının qurulması mübahisələrinə dünya necə baxır?

Almaniya ilə birlikdə inkişaf etmiş ölkələrin yeni nüvə stansiya planlarını təxirə saldığını vurğulayan mütəxəssislər Türkiyənin nüvə stansiyası qurma ilə bağlı təkidini təəccüblə izləyir. Çünki stansiyada heç bir qəza baş verməsə, sızıntı olmasa belə nüvə stansiyalarının insan sağlamlığına ziyanı məlumdur.

Nüvə Silahı Əleyhinə Həkimlər İttifaqının (IPPNW) üzvü və hazırki sədri dr. Anjelika Klassen, Krummel nüvə stansiyasının ətrafında yaşayanlar üzərində aparılan elmi araşdırmada uşaqlardakı qan xərçəngi və tiroid xərçəngi nisbətində artım müşahidə edildiyini açıqladı. Nüvə enerjisini müdafiə edənlər öz evlərinin yanında belə bir qurğu istəyib-istəmədiklərini düşünməlidirlər.

Haqqında çox danışılmayan, ancaq ən önəmli risk faktorlarından biri də nüvə stansiyalarının fəaliyyəti əsnasında istehsal etdiyi radioaktiv atıqlardır. Nüvə atıqlarının yox olmadığı və yüz minlərlə il boyunca insanlar, bütün canlılar və bitkilərlə təmas etməyəcəyi şəkildə qorunmalı olduğu məlumdur.

Atıq saxlama qurğularının terror hücumlarının hədəfində olması bir yana qalsın, nüvə enerjisi mütəxəssisləri hələ atıq probleminin üstəsindən gələ bilən bir texnologiya inkişaf etdirə bilməyiblər. Bu səbəbdən bir çox ölkə nüvə atıqları üçün az inkişaf etmiş ölkələri nüvə zibilliyi olaraq istifadə edirlər.

Nüvə enerjisi sonu olmayan yoldur. Təbiətdə çox az miqdarda olan uran nüvə stansiyalarına tələb artacağı təqdirdə təxmin ediləndən daha qısa müddətdə tükənəcək. Bu qısa dövr ərzində meydana gətirilən nüvə atıqları ilə dünya tarixinin çox uzun dövründə ciddi faciələrə səbəb olacaq miras qoyacaq.

Enerji ehtiyacının təmin edilməsi üçün dünyamız nüvə stansiyalarına möhtac deyil. Nüvə, ölkələrin bütün ehtiyatlarını  zəhərləyir. Xüsusilə Türkiyə günəş və külək enerjisi potensialı baxımından Avropada birinci yerdə olduğundan ətraf mühitə zərər verməyən, mövcud enerji mənbələrindən düzgün istifadə edildiyi halda, ölkəmizin nüvə enerjisinə ehtiyacı qalmayacaq.

Türkiyə nüvə enerjisinə yönəlib bu sahəyə on milyardlarla dollar investisiya qoymaq əvəzinə yeni siyasətlərə dəstək verməlidir. Enerjiyə qənaətin təşviqi, enerji oğurluqlarının minimuma endirilməsi və külək enerjisi kimi yenilənə bilən enerji mənbələrinə yönəlmək nüvəni ölkəmiz üçün alternativ olmaqdan xilas edəcək.

Almaniya kimi əhalisi çox olan, sənayesi inkişaf etmiş, dolayısilə enerjidən istifadə səviyyəsi yüksək olan bir ölkə nüvə stansiyasından imtina etmişdir. Türkiyədə də bu tətbiq edilə bilər.

Unutmayaq ki, heç bir şey insan həyatından daha dəyərli deyil.

[1]  http://www.commondreams.org/views/2014/06/15/fukushimas-children-are-dying
[2]  http://www.bbc.co.uk/turkce/haberler/2013/08/130820_fukusima_nukleer
[3] http://www.bbc.com/news/world-13047267

 

Adnan Oktarın «Arabian Gazette»də nəşr olunan məqaləsi:

http://www.arabiangazette.com/radioactivity-has-no-borders-20150530/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr