Xüsusilə 11 sentyabrdan sonra Avropada və ABŞ-da artan İslam əleyhdarlığı səbəbindən Qərb cəmiyyətində günlük həyatda müsəlmanlara qarşı ön mühakimənin və ayrı-seçkiliyin artdığı məlumdur. Bu ayrı-seçkilik və ön mühakiməyə görə Qərbdə yaşayan müsəlmanların istər ictimai, istərsə də iş həyatında bir çox çətinlik və problemlərlə üzləşdiyi də bir həqiqətdir.
11 sentyabrdan irəli gəldiyi deyilsə də, əslində İslamın qlobal təhlükə olaraq önə sürülməsi və İslamofobiyanın siyasi və ideoloji əsasları 90-cı illərin əvvəllərinə gedib çıxır. Keçmiş ABŞ Müdafiə Nazirinin müşaviri Samuel Hantinqtonun «Foreign Affairs» adlı elmi jurnalının 1993-cü il yay sayında dərc etdiyi, sonradan da geniş kitab halına saldığı «Mədəniyyətlər qarşıdurması» məqaləsinə qədər…
Mədəniyyətlər qarşıdurması fikri Soyuq müharibədən sonra artıq qərb-şərq qütbləşməsinin olmadığı və bundan sonra əsl münaqişənin mədəniyyətlər arasında, xüsusilə də Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında olacağını proqnozlaşdırırdı. Qəribədir ki, bugünkü vəziyyət eynilə Hantinqtonun proqnozlaşdırdığı kimi həyata keçdi və bu hələ də davam edir.
«Mədəniyyətlər qarşıdurması» fikrinin ortaya atılmasından dərhal sonra «The New York Times» qəzetinin 1993-cü il sentyabr sayında yeni «düşmən» bu şəkildə elan edilirdi: «İslam fundamentalizmi sürətlə qlobal təhlükəsizlik və sülh üçün ən önəmli təhlükə halına gəlir. 1930-cü illərdəki nasizm və faşizm, 1950-ci illərdəki kommunizm təhlükəsi qədər böyük təhlükədir bu…»
İslamı dinsiz və amansız ideologiyalardan daha təhlükəli görmək və göstərmək şübhəsiz çox acınacaqlı vəziyyətdir. ABŞ-ın ən məşhur kütləvi informasiya vasitələrinin birində dərc edilən və Hantinqtonun fikrini daha dəqiq və sərt şəkildə dilə gətirən bu ifadələr bu gün kilid olan bəzi sualları yaradır: Görəsən Hantinqton həqiqətən də gələcəyi çox yaxşı görmüşdü, yoxsa o tarixdən sonra İslamı dünya miqyasında bir nömrəli hədəf göstərəcək uzun müddətli, qlobal layihənin nəzəri və psixoloji dayağını hazırlayırdı?
İslam əleyhdarlığı üçün xərclənən milyonlarla dollar
Miqrantlar ölkəsi olan ABŞ-dakı İslamofobiyanın Avropaya nisbətlə daha aşağı səviyyədə olduğu məlum olsa da, son günlərdə dərc edilən önəmli bir hesabat pərdə arxasındakı İslam əleyhinə təşkilatlanmanın daha yuxarı səviyyələrə çatdığını göstərdi.
«Center for American Progress» adlı düşüncə mərkəzinin dərc etdiyi "The Islamophobia Network’s Efforts to Manufacture Hate in America" (Amerikada nifrət yaratmaq üçün səy göstərən İslamofobiya şəbəkələri) başlıqlı hesabata görə, 2001-2012-ci illər arasında İslam əlehdarı kompaniyalar təşkil edən qurumlara edilən maliyyə yardımının həcmi 57 milyon dollara çatır. İllərdir İslam dini və müsəlmanlar əleyhində hər fürsətdə bütün imkanlarından istifadə edərək nifrət istehsal edən bu düşüncə mərkəzlərinin və bunlara maliyyə dəstəyi verən 8 əsas sponsor və verdikləri pulun miqdarı hesabatda yer alır.
İslam əleyhinə xəbərlər, elanlar, reklamlar, karikaturalar, filmlər, sənədli filmlər kimi vasitələrlə həyata keçirilən İslamofobiya kampaniyası və propaqandalar Amerika cəmiyyətində sadə müsəlmanlar haqqında belə sanki zorakılıq tərəfdarı terror təşkilatı üzvləri imiş kimi bir imaj yaradır.
Hesabata görə, media və bir sıra siyasətçilərin baş rolunu oynadığı bu kampaniyalarda ABŞ ictimaiyyətində «müsəlmanlar ABŞ-ın şəriətlə idarə edilməsini istəyir» kimi konspirasiya nəzəriyyələrinə əl atılır. 2016-cı il prezident seçkilərinə qədər sürətlə həyata keçirilən bu İslamofobiya propaqandası sayəsində ən çox «xilas edən» rolunu oynayacaq namizədin ABŞ xalqından ən çox səsi alması məqsədi güdülür. Müəyyən insanların siyasi fikirlərində və seçki propaqandalarında İslamofobiya ən vacib yeri tutur.
UCLA professoru Travis Diksonun bir araşdırmasına görə, ABŞ mediasında müsəlmanlar Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarından daha çox terrorist kimi qələmə verilir. 2008-2012-ci illər arasında milli və kabel yayımı şəbəklərindən nümunə kimi seçilən 146 bölməlik xəbər proqramında yerli terrorist kimi göstərilənlərdən 81%-i müsəlman olaraq göstərilmişdi.
Halbuki, bu tarixləri əhatə edən FTB hesabatlarında şübhəli şəxslərdən yalnız 6%-nin müsəlman olduğu göstərilirdi.
Media quruluşları, internet saytları, düşüncə mərkəzləri və siyasi platformalar üzərindən qətiyyətlə davam etdirilən bu qərəzli nifrət kompaniyası İslama və müsəlmanlara qarşı çox dəqiq bir proqramın həyata keçirildiyinin açıq göstəricisidir.
İslamofobiya əslində İslam deyil, radikalizm qorxusudur
İslamofobiya seçki siyasətləri, qlobal mənfəətlər, İslam aləmindəki qətliamları leqallaşdırma, Yaxın Şərqdə nəzarəti əldə saxlama, İslam dünyasının təbii zənginlikləri üzərində hakimiyyət qurmaq və Yaxın Şərqi sonu gəlməyən alov və qan gölünə çevirmək planları kimi müxtəlif mənfəətlər istiqamətində qızışdırılsa da problemin digər və daha çox köklü bir tərəfi var: İslam dünyasını əhatə edən radikalizm!
Təəssüf ki, bu gün müsəlmanların böyük əksəriyyəti savadsızlıqdan İslam adı altında radikalizm bataqlığına sürüklənmiş vəziyyətdədir. Radikalizm, digər deyişlə xurafatçı din anlayışı müasir həyata düşmən, müxtəlif fanatik, mühafizəkar qəbilə ənənələrinin xurafatlarla sintezlənməsindən meydana gəlmiş azğın düşüncə tərzidir. Quranda göstərilən əsl İslam əvəzinə bütövlükdə xurafat dinini mənimsəyən və bu səbəbdən müharibəni, fanatizmi, qadınlara, sənətə, elmə, estetika və keyfiyyətə qarşı qəzəbi yaşayış forması olaraq görən bir cəmiyyətin varlığı bütün dünyanı narahat edir. Bu insanlar İslam adına ortaya çıxır və insanlara Allah adına qorxu salır, gözəl olan hər şeyi qəzəb səbəbi olaraq görürlər. Əlbəttə ki, belə mənfi və ürküdücü bir model qarşısında İslamın əsli haqqında bilgisi olmayan Qərb insanının qorxu və narahatlıq keçirməsi çox təbii haldır.
Qurandakı orijinal forması ilə İslam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir. Qurandakı İslam xurafat dininin tam əksinə ən ön mühakiməli insanın belə bütün səmimiyyəti ilə müdafiə edib dəstəkləyəciyi və dünyanı əsl sülh şəraitinə aparacaq modeldir.
57 milyon dolların təkcə bir neçə milyon dolları belə bütün insanlara İslamın əslini tanıtmaq, İslam və radikalizmin fərqini göstərmək və radikalizmin düşüncə tərzini əbədi olaraq yox edərək bundan irəli gələn terror bəlasının sonunu gətirmək üçün artıqlaması ilə kifayətdir. Ancaq bu ən köklü, təsirli və praktik üsulun hələ də bəzi çevrələrin mənfəəti ilə üst-üstə düşməməsi həll yolunun önündəki ən böyük əngəldir.
1. http://www.ibtimes.com/british-link-muslims-terrorism-reject-syrian-refugees-poll-finds-1968995
Adnan Oktarın «Morocco World News»də dərc olunan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/08/165502/a-million-dollar-project-islamophobia-2/