Axırzaman… Bu anlayış bir çox insanatanışolmaya bilər. Bu səbəbdən, əvvəlcə bu anlayışı qısa şəkildə açıqlayaq. Axırzaman son dövr mənasını verir və İslam qaynaqlarına görə, qiyamətə yaxın bir zamanda Quran əxlaqının bütün dünyaya hakim olduğu dövrü ifadə edir. Bu dövrdə insanların rahat şəkildə yaşamaları üçün hər cür şərait mövcud olacaq. Əvvəlki dövrlərdəki çətinliklərin yerini bolluq, bərəkət və ədalət tutacaq. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiya ortadan qalxacaq. Bu dövr bütün inanan insanların əsrlərlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs dövr olacaq.
Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzaman ətrafı şəkildə izah edilir. Ondan sonra bir çox İslam mütəfəkkirləri də axırzaman haqqında əhəmiyyətli məlumatlar vermişlər. Bu izahlara baxdığımız zaman axırzamandan əvvəl dünyada böyük pozulma və qarışıqlığın yaşandığını, ancaq sonradan əsl din əxlaqının yaşanması ilə qurtulduğunu, bolluq və bərəkətin olduğunu, texnologiyanın, bütün nemətlərin insanların xidmətinə verildiyini, elmin, tibbin və incəsənətin inkişaf etdiyini görürük.
Axırzamanın ilk dövrlərində dünya Allahı inkar edən bəzi fəlsəfi sistemlərlə degenerasiyaya uğrayacaq. İnsanlar yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində mənəvi boşluq və əxlaqi pozuntu olacaq. Böyük fəlakətlər bir-birini təqib edəcək, müharibələr, qarşıdurmalar yaşanacaq və insanlar “Necə xilas olacağıq?” sualına cavab axtaracaqlar. İslam torpaqlarındakı qarşıdurmalar da bu qəbildəndir. Bu gün dinini azad yaşamaq və ibadətlərini yerinə yetirmək istəyən müsəlmanlar təzyiq altında yaşayır, qadınlar, uşaqlar, yaşlılar mərhəmətsiz şəkildə qətlə yetirilir. Müsəlmanları qorxutmaq və İslam dünyasında böyük birlik meydana gəlməsinə mane olmaq istəyən anti-islami qüvvələr isə zorakılığı get-gedə artırırlar. Ancaq bu müharibə və qarşıdurma dövrünün ömrü çox qısa olacaq. Çünki Allah axırzamanın böyük qarışıqlığı içindəki insanları qurtaracağını və onları hz. Mehdi (ə.s) vasitəsilə müqəddəs dövrə çatdıracağını vəd edir.
Hz. İsanın (ə.s) yenidən dünyaya gələcəyi, hz. Mehdinin (ə.s) çıxacağı dövr müsəlmanlar üçün qışın bitdiyi, baharın başladığı bir dövr olacaq. Hədislərdə o dövrdə silahların susacağının bildirilməsi yer üzündə sülhün bərqərar olmasını bildirir. Bu hədislərdən bəziləri belədir:
Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaq. Heç kim arasında düşmənlik qalmayacaq. Bütün düşmənliklər, boğuşmalar, həsədlər bitəcək.
Müharibə də ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq.
Hədislərdə də bildirildiyi kimi, Qızıl dövrdə əvvəldən aralarında qarşıdurma olan xalqlar arasında qardaşlıq yaşanacaq, hər cür müharibənin yerini sülh, dostluq və sevgi tutacaq.